02 iy 19:06manset

Alesio iyulun 15-də Bakıya gələcək

Alesio iyulun 15-də Bakıya gələcək
Zaur Axundov eyforiyaya qapılmamağı məsləhət gördü

Srağagün ölkəmiz üçün avrokubok həyəcanı başladı. Özü də necə başladı?! İlk mərhələdən mübarizəyə qoşulan “Zirə” və “İnter”in parlaq qələbələri ilə. Birincilər evdə Lüksemburq təmsilçisi “Differdanj”ı 2:0 hesabıyla məğlub etdisə, sabiq “bankirlər” səfərdə Serbiya “Mladost”undan 3:0 üstün oldu. Qəsəbə klubunun evdə qələbə qazanacağını çox adam gözləyirdi. Lakin “İnter”in səfərdən darmadağınla qayıdacağına ümid az idi. Hamı yaxşı bilir ki, mövsüm ərzində komanda hansı çətinliklərdən keçib. Amma ruh yüksəkliyi, mübarizlik səfərdə paytaxt təmsilçisinə inamlı qələbə qazandırdı. Qarşıda cavab görüşünün olmasına baxmayaraq, “İnter”in mərhələ adlamaq şansı çox yüksəkdi. Lap demək olar ki, vəsiqəni təmin edib. Amma unutmaq olmaz ki, futbol sürprizlərlə doludu. Birillik fasilədən sonra avrokuboklara dönən “İnter”in böyükhesablı qələbəsinə klubun Müşahidə Şurasının sədri Zaur Axundov da şahidlik edib. Bu üzdən Zaur bəylə danışmağı lazım bildik. O, İstanbulda hava limanında təyyarəyə tələsdiyini söyləsə də, suallarımıza cavab verməyə imkan tapdı.
- Öncə təbrik edirik. Oyun haqda fikirləriniz maraqlı olardı. Bəyəndizmi?
- Çox sağ olun. Mən də sizi təbrik edirəm. Bu, bizim birinci oyunumuz idi. Səfərdən vacib qələbə ilə qayıtdıq. Lakin bizi eyni çətinlikdə cavab oyunu gözləyir. Hər şey iyulun 6-da Bakıda həll olunacaq. Hesabı, təbii ki, bəyəndim. Amma oyunda bəzi çatışmazlıqlar var idi. Xüsusilə də müdafiədə. Bu da normal haldı. Çünki iki transfer dönəmidi ki, futbolçu ala bilmirik. Bəzi çətinliklərimiz var. Ümumi durumu siz bizdən də yaxşı bilirsiz. Bundan əlavə, mövsümün birinci rəsmi qarşılaşması idi. Oyundakı bəzi anlaşılmazlıqlar bununla bağlı oldu. Buna baxmayaraq, uşaqlar çalışıb, bütün güclərini ortaya qoyub can yandırdılar. Səhvlərin üzərində çalışmaq lazımdı. İyulun 6-da da qələbə əzmi ilə meydana çıxacağıq.
- Belə çıxır ki, cavab oyunu formal xarakter daşımayacaq.
- Qəti belə olmamalıdı. Siz məni yaxşı tanıyırsız. Oyunçu meydana çıxdısa, mübarizə aparmalıdı. Heç bir formallıqdan söhbət gedə bilməz. 3:0 hesablı qələbəni tam yaddan çıxarmalıyıq. Eyforiyaya qapılmaq olmaz. Qarşıda bizi məsuliyyətli 90 dəqiqə gözləyir.
- Bütün çətinliklərə baxmayaraq, serblər üzərində bu cür qələbəni gözləyirdizmi?
- Açığı, 3:0 hesabını gözləmirdim. Serbiya klubları çox güclü olur. Dünən (srağagün) də özünüz bunun şahidi olduz. Amma futbolçular mübarizə apardılar. Başda Zaur Svanaze olmaqla hər kəsə təşəkkürümü bildirirəm. Lakin əsas minnətdarlığım iyulun 6-dan sonra olacaq. İndi heç özüm də sevinmirəm.
- Rauf Əliyevin vurduğu qolu çox müzakirə edirlər. Sizcə, o bu qolla bir daha milliyə layiq hücumçu olduğunu sübut etdimi?
- Kimisə fərqləndirməzdim. Qalan iki qol da gözəl idi. Dünən meydanda komanda mübarizə apardı. Kimisə seçmək doğru olmazdı. Raufun yaxşı hücumçu olduğunu hamı bilir. Verdiyiniz suala gəlincə, bunu zaman göstərək. İndi nəsə açıqlama vermək yanlış olar. Diqqətimizi cavab oyununa yönəltməliyik. Çalışıb bu mərhələni adlamalıyıq. Ondan sonra bütün suallara artıqlamasıyla cavab verərəm.
- Bu oyunla Avroliqada hara kimi irəliləmək niyyətindəsiz?
- Bilirdim ki, bu sualı verəcəksiz. İndidən nəsə demək çox çətindi. Bu oyunla hələ birinci mərhələni keçməmişik. Hadisələrə real yanaşaq. Bilirsiz axı xasiyyətimi. Arxayınlaşmaq olmaz. Bu mərhələni keçək, sonra növbəti addımlar haqda danışmaq olar.
- Komanda meydana üzərində “Samaya” yazılmış formalarla çıxmışdı. Bundan sonra “İnter”ə bu şirkət sponsorluq edəcək?
- Bəli, “Samaya” şirkəti Avroliqada komandanın sponsorudu. Lakin “Bank BTB” haqda yazılanlara inanmayın. Onlarla əməkdaşlığımızdan heç bir söhbət gedə bilməz.
- Maraqlıdı ki, “Samaya” yazısı komananın formasını bir az qəribə göstərirdi, dizaynını pozurdu. Yəqin ki, tələskənliyə yol vermisiz.
- Bu öncədən düşünülmüşdü. Bizim formalarda Azərbaycan Beynəlxalq Bankının loqosu var idi. Bilirsiz, komanda yığışandan sonra birinci oyuna az vaxt qalmışdı. Amma ölkə çempionatında yeni formalarla çıxış edəcəyik. Avroliqa üçün formalar bir neçə ay öncə hazırlanır. “Samaya” ilə bu yaxınlarda əməkdaşlığa başlamışıq.
- Yeni formalar nə vaxt gələcək?
- Artıq sifariş etmişik. İyulun sonunda formalar artıq Bakıda olacaq.
- Zaur Svanadze ilə müqavilənin müddəti nə vaxt artırılacaq? Hamı bunu həsrətlə gözləyir.
- Baş məşqçi üçün yeni müqavilə hazırlamışıq. Müddəti bir il olacaq. Sabah (bu gün) köhnə müqavilənin müddəti bitir. Sabah səhər saatlarında komanda vətənə dönəcək. Ya sabah (bu gün), ya da bazar ertəsi Svanadze ilə yeni sözləşmə imzalayacağıq. Narahatlığa əsas yoxdu.
- Sonuncu sualımız futzalla bağlıdı. Joze Alesio yenidən millinin baş məşqçisi oldu. Bir ara münasibətləriniz korlanmışdı. Lakin tezliklə hər şey aradan qalxdı və onu geri qaytardız.
- O, ölkə futzalını yaxşı tanıyır. Qərara aldıq ki, onunla yeni müqavilə bağlayaq. Artıq sözləşmə imzalanıb. Şəxsi münasibətlər haqda sualınıza Bakıya gələndə ətraflı cavab verərəm.
- Müqavilənin müddəti nə qədərdi?
- Qarşıdakı bir il ərzində Alesio yığmanın “sükanı arxasında” olacaq. O, iyulun 15-də Bakıya gələcək.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar