30 in 23:18manset

Toğrul Əsgərov Türkmənistan yığmasına keçir?

Toğrul Əsgərov Türkmənistan yığmasına keçir?
Federasiya onu əməliyyat etdirmək istəmir

Toğrul Əsgərov istəsə də, istəməsə də, tez-tez gündəmə gələn idmançılardandı. Londonda finalda 4 qat dünya çempionuna qalib gəlib, 19 yaşında ən gənc olimpiya çempionumuz olanda hamı bu gəncəli pəhləvana qəhrəman kimi baxırdı. Çox keçmədən “ulduz xəstəliyinə tutulması” haqda xəbərlər yayıldı. Atlara bağlılığıyla seçilən sərbəst güləşçinin babasının vəfatı və zədəsi də uzun müddət yarışlardan kənarda qalmasıyla nəticələndi. 2015 onun üçün dönüş ili oldu. İlk Avropa Oyunlarının qalibi olan gəncəli pəhləvan bir il sonra Rio-2016-da gümüş medal qazandı. Ancaq son Olimpiada da Əsgərov üçün düşərli olmadı. Yanvarda Hindistanda qatıldığı kommersiya xarakterli Pro Liqada boynundan aldığı zədə İslam Həmrəyliyi Oyunlarına kənardan baxmasıyla nəticələndi. Tezliklə əməliyyat olunacağı deyilsə də, heç bir irəliləyiş olmadı. Üstəlik, məlum oldu ki, Hindistanda olarkən yediyi meyvələrdən birindən yasaq maddə orqanizminə keçib. Nəticədə birilliyə bütün yarışlardan kənarlaşdırıldı.
Ancaq indi başqa problem var. Bunu anlamaq üçün Toğrulun “feysbuk” səhifəsinə göz atmaq kifayətdi. Hazırda Türkmənistanda olan güləşçinin paylaşdığı şəkildə bu sözlər yazılıb: “Azərbaycanda çox böyük itki, Toğrul Əsgərov artıq Türkmənistan komandasında çıxış edəcək”. Bunu idmançının paylaşması vəziyyətin ciddiliyindən xəbər verir. Onun özüylə danışmaq cəhdlərimiz fayda vermədi. Belədə dərhal yığmanın baş məşqçisi Firdovsi Umudovla əlaqə saxladıq: “Ola bilər, onu tanınmış bir idmançı kimi ora dəvət ediblər. Amma bu o demək deyil ki, Türkmənistan yığmasına keçəcək. Qoy qayıtsın, oturub söhbət edəcəyik. Onun komandanı dəyişməsi də qaydalara uyğun deyil. Federasiyamız icazə verməsə, Olimpiadada başqa ölkəni təmsil edə bilməz. Şəxsən mənimlə heç bir problemi olmayıb. Buna tam əmin ola bilərsiz. Toğrul çox güclü güləşçidi. Belə güləşçilər tez-tez yetişmir. O, 3-cü və hətta 4-cü dəfə Olimpiadada iştirak etmək gücündədi. İstedadına söz ola bilməz. Sadəcə, hərdən bəzi idmançılar doğru olmayan insanlara, cərəyanlara qoşulurlar. Biz də onlara nəyin doğru, nəyin yanlış olduğunu başa salırıq. Toğrulla isə belə problemimiz olmayıb. Vaxtında problem olmuşdu, o zaman sərt tənqid etmişdim. Ondan sonra özünə gəldi və Bakı-2015-in qalibi oldu. Sonra da Olimpiadada 2-ci yeri tutdu. Yaxşı olardı ki, bu məsələylə bağlı onunla da danışasız”.
Əldə etdiyimiz məlumata görə, Əsgərovun problemi AGF ilə bağlıdı. Federasiya onun əməliyyatını yubadır. Bəlkə də dopinqə düşməsi qurumun idmançıya qarşı soyumasına yol açıb. Ola bilər, onun yığmada yox, Hindistanda zədələnməsi də AGF-nin əlini bərk tutmasına səbəbdi. İdmançı isə öz hesabına bahalı əməliyyata yaxın durmur. İstənilən halda, bu qarşıdurma xoş sonluq vəd vermir. Onsuz da Ramil Quliyevin Türkiyəyə, Nicat Rəhimovun Qazaxıstana getməsi bizi yandırıb-yaxır. Toğrulu da itirsək...
SƏRXAN
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar