30 in 19:53manset

Alesionun ilk sınağı oktyabrda olacaq

Alesionun ilk sınağı oktyabrda olacaq
Şərait dəyişməyibsə, ikinci dəfə “palçığa girməyin” nə mənası?

“Futbol+”in xəbəri təsdiqləndi. AFFA dünən futzal millimizin yeni baş məşqçisinin adını rəsmən ictimaiyyətə açıqladı. Xəbər verdiyimiz kimi, bu post braziliyalı mütəxəssis Joze Alesio da Silvaya həvalə olundu. Beləliklə, yığmamızın və “Araz”ın sabiq baş məşqçisi 3 illik fasilədən sonra işinə “qaldığı yerdən davam edəcək”. 2014-cü ildə Bakını tərk edərək Qazaxıstana üz tutan 49 yaşlı mütəxəssis bu dəfə əks marşrut üzrə hərəkət etdi. Alesionun asiyalılarla müqaviləsinin müddəti bitib və o, yeni anlaşmaya imza atmayıb. Əldə etdiyimiz bilgiyə görə, hələ apreldə bizimkilərə razılığını bildiribmiş. Sadəcə, tərəflər Alesionun müqaviləsinin müddətinin bitməsini, həmçinin Biro Jadenin missiyasını başa vurmasını gözləməyi məqsədəuyğun sayıblar.
Alesionun oyunçu kimi vətənində “Voltorantin”, “Portu Aleqri”, “Vasko de Qama”, Rusiyada “Spartak” və “TTQ Yava” klublarında çıxış etdiyini, məşqçilik fəaliyyətinə də şimal qonşularımızda başladığını vurğulayaq. Çıxış etdiyi hər iki klubda oynayan-məşqçi funksiyasını yerinə yetirən Alesio 2007-08-ci illərdə Qazaxıstan “Kayrat”ına rəhbərlik edib. 2008-dən Azərbaycan karyerası başlayan braziliyalı əvvəl “Araz”ın, dekabrdan isə həm də millinin baş məşqçisi olub. 2014-cü ilədək onun rəhbərliyi altında çıxış edən komandamız tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. İlk cəhdində - AÇ-2010-da yarımfinala yüksələn milli daha iki dəfə Alesio ilə qitə birinciliyinə yollanıb. DÇ-2012-yə vəsiqə isə pley-offda əldən verilib. 5 mövsüm “Araz”ı UEFA kubokuna aparan Alesio 2 dəfə komandası ilə birlikdə “dördlər finalı”na qədər irəliləyib. Naxçıvan təmsilçisi 2010 və 2014-cü illərdə Avropanın üçüncüsü olub.
Qeyd etdiyimiz kimi, Alesio 2014-cü ildə ölkəmizdən qalmaqalla ayrılmışdı. O müqaviləsi davam edə-edə Bakını xəbərsiz şəkildə tərk edərək, Qazaxıstana üz tutmuşdu. Alesio millimizdəki işini “Kayrat”da köməkçi-məşqçi vəzifəsinə dəyişmişdi. Bundan narazı qalan AFFA o vaxt Qazaxıstan Futbol Federasiyası və baş məşqçinin qaçdığı “Kayrat”a şikayət məktubu göndərsə də, sonradan güzəştə getməyə qərar verdi. Onun gedişindən sonra millimizdə baş məşqçi dəyişiklikləri tez-tez baş verirdi. Alesio təkbaşına 6 il iş başında olmuşdusa, son 3 ildə öncə Tino Peres, ardınca Miltinyo, son olaraq Biro Jade çalışsa da, heç biri postunda uzun müddət qalmadı. Baxmayaraq ki, hər biri müəyyən mənada uğur qazanıb. Peres millini ilk dəfə DÇ-nin final mərhələsinə çıxarmış, Miltinyo Kolumbiyada uğurlu çıxışı ilə daha bir ilkə imza atmış, AÇ-2018-in seçmə mərhələsində milliyə rəhbərlik edən Biro Jade isə komandanı final mərhələsinə daşımışdı.
Alesio ikinci dönəmində nəyi dəyişəcək? Futzal Federasiyasının tələbi nədi? Federasiya prezidenti Zaur Axundov AÇ ilə bağlı iddialarını hələ iki ay əvvəl Bakıdakı seçmə mərhələ oyunlarından dərhal sonra bildirmişdi. Biroyla yola davam etmək istəməmələrini də məhz “iştah”ının artmasıyla izah etmişdi. Axundov AÇ-nin final mərhələsində qrupdan çıxmağı və yarımfinalda oynamağı hədəfləyib. Alesionun 2018-ci ilin əvvəlində Sloveniyada bunu bacarıb-bacarmayacağını zaman göstərəcək. Ancaq braziliyalının ilk sınağı daha tez – bu ilin oktyabrında olacaq. Belə ki, o, əvvəlcə “Araz”ı uğura daşımalıdı. Qeyd edək ki, futzal üzrə UEFA kubokunda növbəti mövsüm avqustun 22-də start götürəcək. Ancaq naxçıvanlılar mübarizəyə təsnifatdan yox, əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları isə oktyabrın 10-15-i aralığında olacaq. “Araz”ın rəqibləri, ümumiyyətlə, turnirin ilk iki mərhələsinin püşkatma mərasimi bir həftə sonra – iyulun 6-da İsveçrənin paytaxtı Nyonda atılacaq.
Futzal Federasiyası Alesionun qarşısına ÇL statuslu turnirdə də ciddi tələb qoyub. “Araz” nəinki əsas, elit mərhələni də adlayıb “dördlər finalı”nın iştirakçıları, başqa sözlə, “divlər”in arasına düşməlidi. Hər halda, o, iki dəfə bunu bacarıb. Məhz onun vaxtında qazanılan reytinq sayəsində çempionumuz avrokuboklara elit mərhələdən başlayırdısa, indi əsas mərhələdə mübarizəyə start verməli oluruq. Ümid edirik ki, Alesio “Araz”ı və millini yenidən uğura daşıyacaq, yarımçıq qalan ideyalarını da həyata keçirəcək. Axı o, Bakıdan qaçandan sonra Qazaxıstanda verdiyi ilk müsahibədə ölkəmizdə futzal təsərrüfatını inkişaf etdirmək üçün potensial olmadığını, Zaur Axundovun onun tələblərini yerinə yetirmədiyini dilə gətirmişdi. Heç nə dəyişməyəcəksə, ikinci dəfə “palçığa girməyin” nə mənası var?!
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar