26 dek 16:45manset

Klublar Komitəsində Kamran Quliyev dönəmi başladı

Klublar Komitəsində Kamran Quliyev dönəmi başladı
“İndi hansısa namizəddən danışmağım qeyri-etik olar”

Dünən “Bulvar” otelində Klublar Komitəsinin (KK) bu il üçün son iclası keçirildi. Gündəliyə bir məsələ daxil olunmuşdu: komitəyə yeni sədr seçkisi. Toplantı saat 10.30-da başlamalı olsa da, “Neftçi” və “Qarabağ” rəsmilərinin yubanması səbəbindən təxminən 10 dəqiqə gecikmə ilə start götürdü. Yeri gəlmişkən, onu da qeyd edək ki, toplantıda klublar bu tərkibdə təmsil olunurdu: Kamran Quliyev (Sumqayıt), Orxan Hüseynzadə (Neftçi), Əmrah Çəlikəl, Asif Məmmədov (hər ikisi “Qarabağ”), Fikrət Hüseynov (AZAL), Fariz Nəcəfov (Qəbələ), Natiq İsmayılov (Zirə), Mikayıl Nərimanoğlu (Kəpəz), Səbuhi Məmmədov (İnter). Səbuhi bəy iclas başlamamış “bankirlər”in yeni prezidenti Azər Əliyevin işinin çoxluğundan tədbirə qatıla bilmədiyini bildirdi.
Klub rəsmiləri bağlı qapılar arxasında təxminən bir saat müəyyən məsələlər ətrafında fikir mübadiləsi apardıqdan sonra komitənin katibi Firuz Abdulla seçki prosesini izləmək üçün media nümayəndələrini iclas zalına dəvət etdi. Səsvermənin yekununda “Sumqayıt”ın prezidenti Kamran Quliyev KK-nın yeni sədri seçildi. O bu vəzifədə AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovu əvəz etdi. Onu da bildirək ki, Quliyev 7 səslə bu vəzifəyə
layiq görüldü. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl isə 1 səs topladı.
Səsvermədən sonra artıq sabiq komitə sədri Fikrət bəy çıxış edərək, bir il öncə ona etimad göstərdiklərinə görə klub rəsmilərinə təşəkkürünü çatdırdı, xələfinə isə qarşıdakı ildə uğurlar arzuladı. Kamran bəy çıxışında onu bu posta layiq görənlərin inamını doğruldacağını söylədi: "Çox məsuliyyətli işdi. Mən sizlərdən biriyəm, hamımız futbol ailəsinin üzvüyük. Klublar Komitəsi bu vaxta qədər xeyirli qərarlar qəbul edib. İstəyirik ki, işimiz daha effektli olsun, klubların problemlərini yenə qaldıraq, həllinə nail olaq".
Qeyd edək ki, 2014-cü ilin dekabrından fəaliyyət göstərən AFFA Klublar Komitəsinə 2015-ci ildə “Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti Tuyqun Nadirov, 2016-cı ildə isə Fikrət Hüseynov rəhbərlik edib.
Toplantı başa çatdıqdan sonra Kamran bəy jurnalsitlərin suallarını cavabladı.
- Əvvəlcə yeni sədr seçilməyinizlə bağlı təəssüratınızı bölüşərdiz?
- Həmkarlarıma “çox sağ ol” demək istəyirəm. Məsuliyyətli işdi. Onların etimadını doğrultmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Klublar Komitəsi çox faydalı qurumdu, klubların problemlərini müzakirə etmək üçün bir tribunadı. Təbii ki, biz icra orqanı deyilik. Amma tövsiyə xarakterli təkliflər, klubların üzləşdiyi problemlər haqda lazımi orqanlara müraciətlər etmişik. Etiraf edək ki, iki il ərzində effektli iş qurulub. Məsələn, bu ilin yayında legionerlərə görə rüsum və cərimələrin ödənişi ilə bağlı təkliflər vermişdik, AFFA İcraiyyə Komitəsi səviyyəsində də bu qəbul olunub. İnanırıq ki, gələcəkdə də işimiz faydalı olacaq, klubların problemləri açıq-aydın görünəcək, bu barədə söhbətlər aparılacaq, bunların aradan qaldırılması üçün də müzakirələr olacaq. Bu məsələlərə AFFA İcraiyyə Komitəsində baxılması üçün cəhdlər edəcəyik.

- Tuyqun Nadirovun sədrliyi dövründə “Xəzər Lənkəran” fəaliyyətini dayandırdı, Fikrət Hüseynov dönəmində AZAL turnir cədvəlinin sonuncu pilləsinə yuvarlandı. Qorxmursuz ki, bu uğursuz tendensiya “Sumqayıt”a da təsir göstərə bilər?
- Yaxşı zarafatdı. İnanmaq istərdik ki, biz o tilsimi qıra bilərik. Hazırda premyer-liqada çıxış edən klubların sayı çox azdı. İnanırıq ki, gələcəkdə onların sayı artacaq və daha çox həmkar bizimlə müzakirələrə qatılacaq. Əvvəla deyim ki, mən burda “Sumqayıt”ı təmsil edirəmsə, o demək deyil ki, ancaq bu komanda ilə bağlı məsələlərə baxılacaq. Seçkilər tam şəffaf şəkildə keçirilir. Böyük ehtimalla, gələn ilin sonunda da başqa yeni rəhbər olacaq. Bu vəzifə mənim üzərimə müəyyən qədər məsuliyyət qoyur. Burda tək “Sumqayıt”ın yox, başqa klubların da problemlərini müzakirə edib, aradan qaldırmağa çalışacağıq.

- Fikrət Hüseynov qeyd etdi ki, bu gün ən çox müzakirə olunan məsələ hakimliklə bağlı olub. 8 klubdan 7-si hakimlərdən narazıdı. Bu məsələnin növbəti iclasda gündəmə gəlməsi, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu komitənin növbəti toplantısına dəvət etmək planınızda var?
- Klublar Komitəsinin sisteminə uyğun olaraq, bütün məsələlər müzakirə olunduqdan sonra tövsiyə xarakterli protokol, müraciət hazırlanır. Bu gün müraciət şəklində sənəd hazırlamamışıq. Təbii ki, hakimlərlə bağlı məsələ 7 yox, 8 klubun hamısını narahat edir. Amma hakimliyin hazırkı durumu o qədər də acınacaqlı deyil. Gənc hakimlər artıq Avropada yeni rütbələr alırlar. İstərdik ki, onların aldıqları rütbə və təcrübə sayəsində premyer-liqa və birinci diviziondakı hakimlik problemi də həll olunsun. Yəqin ki, bu barədə gələcəkdə müzakirələrimiz olacaq. Hələ ki belə fikir yoxdu. Amma növbəti iclaslarda klublar tərəfindən belə təklif olsa, Xaqani müəllimi dəvət edə bilərik. İndi yalnız ili bağladıq. Müəyyən narazılıqlar olub. Amma bu o demək deyil ki, bu hər dəfə təkrarlanır.

- Klubların hamısı hakimlikdən narazıdısa, necə deyirsiz ki, durum acınacaqlı deyil?
- Hakimlərimiz təhsil almasalar, öz üzərində işləməsələr, toplanışlara getməsələr, beynəlxalq səviyyədə görüşlərə təyinat almasalar, vəziyyət acınacaqlı olar. Əliyar Ağayev bu il U-19-lar arasında Avropa çempionatının final matçını idarə edib. Avropa Liqası oyunları səviyyəsində hakimlərimiz var. Klublar səviyyəsində əvvəl “Neftçi” güclü idi, indi “Qarabağ” və “Qəbələ”. Başqa klublar da onlara oxşamaq istəyirlər. Çünki onların bəlli bir səviyyəsi var. Bu gün Əliyar Ağayev Avropada özünə yer tapıbsa, inanıram ki, başqa hakimlər də onun yolunu davam etdirmək istəyirlər. Acınacaqlı deyil, amma çatışmazlıqlar var.

- “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssisin dəvət olunmasının vacibliyini qeyd edib. Klublar onun bu ideyasını dəstəklədimi?
- AFFA-nın əcnəbilərlə işləmək təcrübəsi var. Millinin baş məşqçisi əvvəl də əcnəbi olub, indi də əcnəbidi. Söhbət komitə rəhbərinin seçilməsindən, ora hansısa adamın təyin olunmasından getmir. Xaqani Məmmədov hazırda komitə sədridi. İndi hansısa namizəddən danışmağım qeyri-etik olar. Onun hazırkı durumu da sual altında deyil. Nə vaxtsa belə vəziyyət yaransa, onda bu məsələni müzakirə edə, namizədlərdən danışa bilərik. Ancaq indi bu haqda müzakirə aparmağımız doğru olmaz.

RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar