28 in 14:02manset

Yığmada ikinci Alesio dönəmi başlayır

Yığmada ikinci Alesio dönəmi başlayır
Millimizin vakant baş məşqçi postu ilə bağlı qeyri-müəyyənlik, nəhayət, aradan qaldırılır. Futzal Federasiyasının bir aydı davam edən axtarışları sona çatıb. Beləliklə, “Araz”ı və millini sürpriz sima – Joze Alesio da Silva çalışdıracaq. Qazaxıstan mətbuatının iddiasına görə, braziliyalı mütəxəssis “Kayrat”dan, eləcə də bu ölkənin yığmasından ayrılmağa qərar verib. Orta Asiyadan olan həmkarlarımız bizimkilərin Alesio ilə neçə müddətdi danışıq apardığını, ancaq Qazaxıstan tərəfinin onu buraxmaq istəməməsi üzündən müqavilənin yubandığını yazır. Bununla belə, Futzal Federasiyasının israrlı təklifi qarşısında “əriyən” millimizin sabiq çalışdırıcısı qazaxların “saqqızını oğurlaya” bilib.
Əslində millinin baş məşqçi postuna yenidən braziliyalı mütəxəssisin gətiriləcəyini qəzetimizin ötən sayında anons etmişdik. Ancaq Futzal Federasiyası rəsmiləri məlumatı nə təsdiq, nə də təkzib etmiş, yeni çalışdırıcının kimliyinə bayram günlərində aydınlıq gələcəyini deməklə kifayətlənmişdilər. Alesionun yenidən ölkəmizə qayıdacağını ehtimal etmişdik. Baxmayaraq ki, o, 2014-cü ildə Azərbaycanı qalmaqallı şəkildə, heç kimə xəbər vermədən gecəykən tərk etmiş, belə desək, qaçmışdı. Ancaq Futzal Federasiyasının prezidenti Zaur Axundov Qazaxıstana üz tutan Alesionu həmişə hörmətlə yad edir, onun uğurlarını tez-tez yada salırdı. Braziliyalı mütəxəssisin millimizə namizədliyi DÇ ərəfəsində də gündəmdə idi. Axundov hətta “Alesio gəlib millini Kolumbiyaya aparsa və ordan uğurlu nəticəylə qayıtsa, umu-küsüyə baxmayaraq, özüm onu qarşılamağa hava limanına gedərəm” demişdi. İnsafən, futzalımızla bağlı ən böyük uğurlar Alesionun adı ilə bağlıdı. İlk dəfə onun rəhbərliyi altında qitə çempionatının final mərhələsinə vəsiqə qazanmış, hətta Avropa dördüncüsü olmuşuq. Görək, “taktika ustası” kimi tanınan mütəxəssisin ikinci dönəmi də uğurlu olacaqmı?
Joze Alesio da Silva
DÇ-lərdə
DÇ-2012 seçmə mərhələ (Azərbaycan) 3 2 0 1 12-6 6
pley-off 2 0 1 1 4-5 1
AÇ-lərdə
AÇ-2010 seçmə mərhələ (Portuqaliya) 3 2 1 0 12-7 7
final mərhələsi (Macarıstan) 5 2 2 1 18-13 8
AÇ-2012 seçmə mərhələ (Azərbaycan) 3 2 0 1 13-13 6
final mərhələsi (Xorvatiya) 2 0 0 2 9-13 0
AÇ-2014 seçmə mərhələ (Slovakiya), 3 3 0 0 11-3 9
final mərhələsi (Belçika) 2 1 0 1 7-13 3
Alesionun rəhbərliyi altında millinin keçirdiyi rəsmi oyunlar
AÇ-2010 (seçmə mərhələ - Portuqaliya)
19.03.2009 Portuqaliya 3:3
20.03.2009 Polşa 4:3
22.03.2009 Finlandiya 5:1
(final mərhələsi - Macarıstan)
19.01.2010 Macarıstan 3:1
21.01.2010 Çexiya 6:1
1/4 final
25.01.2010 Ukrayna 3:3, p. - 4:2
1/2 final
28.01.2010 Portuqaliya 3:3, p. - 3:5
3-cü yer uğrunda oyun
30.01.2010 Çexiya 3:5
AÇ-2012 (seçmə mərhələ - Azərbaycan)
24.02.2011 Qazaxıstan 6:3
25.02.2011 Fransa 4:2
27.02.2011 İspaniya 3:8
(final mərhələsi – Xorvatiya)
01.02.2012 Portuqaliya 1:4
03.02.2012 Serbiya 8:9
DÇ-2012 (seçmə mərhələ - Azərbaycan)
15.12.2011 Xorvatiya 1:3
16.12.2011 Makedoniya 7:1
18.12.2011 Ukrayna 4:2
(pley-off)
27.03.2012 Rusiya 2:3
09.04.2012 Rusiya 2:2
AÇ-2014 (seçmə mərhələ - Slovakiya)
27.03.2013 Norveç 6:0
28.03.2013 Bosniya və Hersoqovina 3:2
30.03.2013 Slovakiya 2:1
(final mərhələsi – Belçika)
31.01.2014 Sloveniya 7:6
02.02.2014 İtaliya 0:7
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar