28 in 13:09manset

“İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun”

“İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun”
Qriroqçuk artıq “Dinamo” ilə “Yagelloniya”nı incələyir

Ötən mövsüm premyer-liqada bürünc medallara sahib çıxan “Qəbələ” ölkə kubokunun finalında da “Qarabağ”a məğlub oldu. Yay fasiləsində isə komandada ciddi dəyişikliklər baş verdi. Belə ki, “qırmızı-qaralar” Teo Uiks, Rəşad Eyyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Daniel Subotiç, Sergey Zenyov, Rafael Santos, Murad Musayev, David Petrzkieviç və Rikardinyo ilə yolları ayırdı. Bölgə klubu hələ ki gedənlərin yerinə 7 yeni oyunçu cəlb edib. Vitse-çempion Elvin Məmmədov, İlqar Qurbanov, Aqil Məmmədov, Xavi Ernandes Qonsales, Stiven Jozef-Monroz və Dion Malone ilə yeni müqavilə imzalayıb, Yusif Nəbiyev isə icarədən geri qaytarıb. Yenilənmiş heyətlə komanda Avstriyada təlim-məşq toplanışı keçib. Amma nəticələr elə də ürəkaçan deyil. İlk oyunda yerli “Fulpmes”i 8:0 hesabıyla məğlub edən Roman Qriqorçukun yetirmələri ardınca Rusiya pemyer-liqası təmsilçisi “Axmat”a 0:1, hər oyun bir hissədən ibarət olan turnirdə isə Bolqarıstan ÇSKA-sına 0:2 və yerli “Vakker”ə 0:1 uduzub. Son qarşılaşmada komanda Bolqarıstanın digər təmsilçisi “Ludoqorets”lə üz-üzə gəlib və həmin görüşdə də rəqib 2:0 hesablı qələbəyə sevinib.
Avroliqaya ikinci təsnifat mərhələsindən başlqayacaq komandanın rəqibi “Dinamo” (Batumi, Gürcüstan) ilə Polşa “Yaqelloniya”sı arasında baş tutacaq dueldən sonra bəlli olacaq. Bəs “Qəbələ” Avroliqaya nə dərəcədə hazırdı? Komandaya niyə hələ də hücumçu cəlb olunmur? Bölgə təmsilçisi qrupa düşməsə, büdcəsinin azaldılacağı ilə bağlı deyilənlər nə dərəcədə həqiqətəuyğundu? Bütün bu suallara aydınlıq gətirmək üçün baş məşqçi Roman Qriqorçukla danışdıq.
- Təlim-məşq toplanışı necə keçdi? Razı qaldızmı?
- Yaxşı işlədik. Hər şey normal keçdi. Vəziyyət elə gətirdi ki, xeyli oyunda gücümüzü sınadıq. Üç qarşılaşmada 70-80 dəqiqə oynadıq. Uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Görünür, rəqiblər də yaxşı çalışırlar. Lakin gözlədiyimizdən daha effektli hazırlaşdıq. Hazırda əsas məsələ futbolçu tapmaqdı. Ümid edirəm ki, bunun öhdəsində gələcəyik.
- Toplanış zamanı qeyri-adi nəsə baş vermədi?
- Konkret məşqlərdən söhbət gedirsə, hər şey qaydasında keçdi. Qeyri-adi nəsə yox idi. Orda bizim üçün normal şərait yaradılmışdı. Toplanış zamanı əsas məsələ bütün heyətin eyni yerdə olmasıdı. Çağırdığımız oyunçular da var idi. Lakin heyət tam deyildi.
- Yoxlama oyunlarındakı nəticələrdən razı qaldız?
- Olan olub. İndi yoxlama oyunlarında qeydə alınan nəticələrə baxıb üzülməməliyik. “Axmat”a qarşı çox yaşı oyun sərgilədik. Uşaqlar meydana qələbə üçün çıxmışdılar. Digər qarşılaşmalarda isə uduzduq. Yalnız nəticələrə yox, rəqiblərə də baxmaq lazımdı. Onlar həmin görüşlərdə bizdən daha yaxşı təsir bağışladılar. Düşünürəm ki, bütün nəticələr ədalətlidi. Əsas odu ki, oyunçular haqda xeyli şey öyrəndik, çatışmazlıqları gördük. Qarşıda növbəti toplanışımız var. Avroliqa ərəfəsində Bakıya qayıdacağıq. Görəcəyimiz çox iş var.
- Artıq üçüncü ildi ki, “Qəbələ” hər yay xeyli oyunçularla yolları ayırır, komandaya yeni futbolçular cəlb olunur. Baş məşqçi kimi bu sizin işinizi çətinləşdirmir?
- Bu proses elə də asan baş vermir. Yaxşı olar ki, bir heyət bir neçə il oynasın. Amma biz şikayətlənməməliyik. Deməməliyik ki, bu pis andı. Mən buna sakit yanaşıram. Təbii ki, bəzi çətinliklərimiz var. Bundan əvvəlki iki ildə komandanı çox dəyişdik. Həm də tezliklə yeni kollektiv formalaşdırıb, öz oyunumuzu tapdıq. Həm Avroliqada, həm də ölkədaxili yarışlarda layiqincə çıxış etdik. Görək, bu il necə olacaq? Müəyyən dərəcədə heyətimiz kasaddı. Amma hələ qarşıda vaxt var. Tələsmək olmaz.
- Gedənlərdən kimə görə daha çox təəssüfləndiz? Yəni kimin qalmasını istərdiz?
- Bilirsiz, mənim bir prinsipim var. Gedənin arxasınca baxmıram. Gedənlərə yalnız sevgi və minnətdarlıq hissi ilə yanaşıram. Xoşdu ki, həmin oyunçularla iş gördük.
- Yeni gələnlər gedənlərin yerini doldura biləcəkmi?
- Buna inanıram. Komandaya legioner cəlb ediriksə, biz ona inanırıq və tez uyğunlaşmasını istəyirik. Düşünürəm ki, yeni gələn futbolçular komanda üçün yararlı olacaqlar. Onlar məşqlərdə də özlərini yaxşı tərəfdən göstəriblər. Ümid edirəm ki, yaxın zamanda oyun sistemimizə tam uyğunlaşacaqlar. Bilirsiz, əksi də baş verə bilər. Bu işdə fala baxmaq lazım deyil. Həm “Qəbələ”də, həm də başqa yerlərdə nümunələr var ki, futbolçular komandaya uyğunlaşa bilməyib və gediblər. Baxmayaraq ki, yaxşı oyunçular olublar. Bu, normal haldı. Sadəcə, biz yollar tapmalıyıq ki, onlar komandaya uyunlaşsınlar. Bu da zaman tələb edir.
- Yeni futbolçular “Qəbələ”nin oyun üslubunun dəyişməsinə səbəb ola bilərmi?
- Xeyr. İstəməzdim ki, “Qəbələ”nin oyun üslubu dəyişsin. Hər zaman hücum futbolu oynamışıq. Ötən mövsüm də xeyli əla oyunlarımız oldu. Baxmayaraq ki, ötən mövsüm də komandada ciddi dəyişikliklər oldu, amma sistem toxunulmaz qaldı. Çalışırıq ki, baxışda olan futbolçulara da bu sistemi anladaq. Kim uyğun gəlir, onları dəvət edirik. İnanıram ki, cəlb etdiklərimiz bizim sistemə tez uyğunlaşacaq oyunçulardı.
- Müdafiə və yarımmüdafiəyə oyunçular cəlb etdiz. Bəs “Qəbələ”də yeni hücumçu olacaqmı?
- Həmişə hücumçu haqda düşünürəm (gülür). Çünki forvardın vacibliyini anlayıram. Hücumçu və hücumameyilli oyunçular elə bir fiqurdular ki, onlar xüsusidilər. Komandanın yaxşı hücumçusu varsa, deməli, güclüdü. Həyatda da görürük ki, ulduz və bahalı oyunçular həmişə hücumçu və hücumameyilli olurlar. Bu, futbolun qaydasıdı. Hücumçu matçın taleyini həll edir və nəticə qazanır. Bu cür futbolçu tapmaq çox çətindi. Çünki baha olurlar. Xüsusilə də söhbət Azərbaycan çempionatından gedirsə. Yaxşı hücumçular Avropa klublarında oynamaq istəyirlər. Onlar mövsümə gec başlamaq istəyirlər. Üstəlik, hazırlıq çətinlikləri də var. Yaxşı hücumçular hazırda istirahət edirlər. Amma biz indi məşq edirik. İyun isə məzuniyyət ayıdı. Yəni çətindi.
- Yəni əsas çətinlik maliyyədən asılıdı.
- Bu yalnız büdcə problem deyil. Dediyim kimi, yaxşı hücumçu yaxşı pul deməkdi. Bu da normaldı. Çünki hücumçu komandanın üzüdü. Biz də istəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun. Bu cür futbolçu da yaxşı keyfiyyətlərə sahib olmalıdı. Xüsusilə də texniki və fiziki keyfiyyətləri. Bəli, bu cür oyunçu bahadı. Həm də onları tapmaq çətindi. Özü də yayda. Amma inanıram ki, yaxşı hücumçu transfer edə bilərik.
- Artıq üç ildi “Qəbələ”dəsiz. Bu müddət ərzində büdcə baxımından komandada dəyişiklik olubmu?
- Bu haqda danışmaq istəməzdim. Çünki mənim yox, rəhbərliyin işidi. Hər il büdcəmizlə bağlı nə yenilik olursa, onlar məndən yaxşı bilir. Mənim işim, sadəcə, futbol və komanda haqda danışmaqdı.
- Hamı düşünür ki, bu il qrup mərhələsinə düşməsəz, büdcə kəskin azaldılacaq, komanda akademiyanın yetirmələrinə daha çox üstünlük verəcək, legionerlər azalacaq.
- Mən bu haqda heç nə eşitməmişəm. Nə rəhbərlikdən, nə də klubda başqa adamlardan. Dediyinizi heç cür təsdiqləyə bilmərəm.
- İlk mövsümdü ki, “Qəbələ” Avroliqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayır. Bu sizin xeyrinizədi, yoxsa ziyanınıza?
- Bu mövsüm komandaya yeni futbolçuların cəlb olunması yönündə işlərimizdə gecikmələr oldu. İkinci təsnifat mərhələsindən başlamaq pis deyil. Lakin komandanın yeni yığıldığını nəzərə alsaq, birinci mərhələdən başlasaydıq, daha yaxşı olardı. Çünki ilk mərhələdə oynadıqca turnirin dadını hiss edirsən və növbəti mərhələyə daha yüksək ruhla hazırlaşırsan. Mənə görə komandanı sırf rəsmi oyunlarla turnirə hazırlamaq lazımdı, nəinki yoxlama matçları ilə. Amma indiki hal da məni təəssüfləndirmir.
- Püşkü necə dəyərləndirərdiz? “Dinamo”, yoxsa “Yagelloniya”?
- Çox çətin sualdı. Fərqli oyun sisteminə malik komandalardı. Onlardan hansının növbəti mərhələyə çıxacağını da bilmirəm. Hazırda hər iki komandanın oyunlarına baxırıq, təhlil edirik. Artıq cütün qalibi bilinəndən sonra konkret işimizə başlayacağıq.
- Yaxşı olardı ki, “Dinamo” ilə qarşılaşasız. Həm yol uzun deyil, həm də komanda elə də güclü...
- Belə deməzdim. Yaxşı olardı ki, ikinci təsnifat mərhələsini oyunsuz keçək (gülür). Bəli, minlərlə kilometr yol qət eləmək çətindi. Amma bu əsas problem deyil. Əsas çətinlik mərhələni keçməkdi. Lakin biz bu səddi aşmağa cəhd edəcəyik.
- Necə düşünürsüz, bu heyət qəhrəmanlıq edərək, qrup mərhələsinə düşə, yenə tarix yaza bilərmi?
- İndidən falçılıqla məşğul olmayaq. Hər şey mümkündü. Komandanın yenidən qurulduğunu da unutmaq olmaz. Biz bu “Qəbələ”nin nələrə qadir olduğunu rəsmi oyunlarda görməmişik. Sadəcə, toplanışda oyunçuları görmüşük. Xeyli futbolçumuz məşqlərdə iştirak etməyib. İndidən nəsə vəd edə bilmərəm.
- Qrupa düşməsəz, bu sizin üçün uğursuzluq sayılacaq?
- Xeyr, bu fəlakət deyil. “Qəbələ” ardıcıl iki mövsüm qrupda oynayıb. Bu özü bir ciddi işdi və böyük uğurdu. Bu komanda qrupa düşməsə, məyus olmayacam, heyrətlənməyəcəm. Bu cür yanaşmaq olmaz.
- Hər il rəhbərlik komandanın qarşısına daha böyük hədəflər qoyur. Bu sizin üçün əlavə təzyiq yaratmır?
- Niyə belə düşünürsüz? Bilirsiz, rəhbərlik hədəf qoymasa belə, hər bir məşqçi və futbolçu məsuliyyət hiss edir. Hamımız qarşımıza hansısa məqsəd qoyuruq. Bu məsələləri böyütmək lazım deyil. Mənim fəlsəfəm belədi ki, hər qarşıdakı görüşdə yaxşı oynayıb, qələbə qazanmaq lazımdı. Ürək və güclə hədəfə dorğu irəliləyəndə hər şey yaxşı olur. Bir oyunda qələbə növbəti oyuna vəsiqə deməkdi. Bu cür yanaşma ilə uğur əldə edə bilərik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar