25 in 23:07manset

UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı

UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı
Levnikov: “Əliyar qitə futbol qurumunun MDB üzrə diqqətdə saxladığı 5 hakimdən biridi”

Ötən il Əliyar Ağayevin ardıcıl beynəlxalq oyunlara təyinat alması, idarə etdiyi matçlarda özünü yaxşı tərəfdən göstərməsi hamımızı sevindirirdi. Sinəsində FİFA loqosu daşıyan referinin idarəçiliyinin yüksək qiymətləndirilməsi həm də ondan xəbər verirdi ki, 2017-ci ildə Azərbaycan hakimlik məktəbinin layiqli davamçısı sayılan Ağayevin səsi-sorağı daha yüksək zirvələrdən, daha sanballı qarşılaşmalardan, dünyanın aparıcı klublarının, yığmalarının oyunlarından gələcək. Ancaq təəssüf ki, cari “futbol ili” istedadlı ədalət təmsilçisi üçün o qədər də uğurlu başlamayıb. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hələ ötən ilin dekabrında onun 1-ci kateqoriyaya yüksələcəyini demişdi. Lakin Məmmədovun söylədikləri özünü doğrultmadı. Bu ayın əvvəlində UEFA futbol hakimlərinin kateqoriyasını açıqladı. Ancaq gözlənilən irəliləyiş baş vermədi. Belə ki, Ağayev yenə də 2-ci kateqoriyada qaldı. Halbuki qışda İspaniyanın Malaqa şəhərində FİFA hakimlərinin toplanışında olan Əliyarın orda özünü yaxşı tərəfdən göstərdiyi deyilirdi. Maraqlıdı, Əliyar beynəlxalq oyunlarda yaxşı qiymət alıbsa və toplanışda qüsuru olmayıbsa, 1-ci kateqoriyaya yüksəlməsinə nə mane olub? Onu da qeyd edək ki, Ağayev 2017-ci ildə cəmi 1 oyun idarə edib. O da UEFA Gənclər Liqasının 1/4 final mərhələsinə təsadüf edib. Həmin qarşılamada Moskva ÇSKA-sı “Benfika”ya 0:2 hesabı ilə yenilib.
Ağayevin diqqətdən kənarda qalması, arzusunda olduğu zirvəyə yüksələ bilməməsi özü kimi bizi də narahat edir. Görəsən, bu yolda ona nə mane olub? Əliyar hansı səhvə yol verib ki, qitə futbol qurumu onu “radara salıb”? Bu suallara cavab tapmaq üçün beynəlxalq dərəcəli hakim, Qazaxıstan Hakimlər Komitəsinin sədri, UEFA-nın MDB ölkələri üzrə əlaqələndiricisi Nikolay Levnikovla danışmağı lazım bildik. Onu da xatırladaq ki, Xaqani bəy müsahibələrində məhz Levnikova istinad edərək, Əliyarın bu yay 1-ci kateqoriyaya “transfer olunacağını” söyləyib.
- Bu ilin yanvarında AFFA-nın Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov mətbuata açıqlamasında Əliyar Ağayevin bu yay daha yüksək kateqoriyaya, dəqiq desək, 1-ci kateqoriyaya yüksələcəyini bildirmişdi. Lakin iyunun əvvəlində məlum oldu ki, hakimimiz bu il də 2-ci kateqoriyada qalmalı olub. Nə baş verir? Əliyarın kateqoriyasını dəyişməyə nə mane oldu?
- Hər şey öz qaydasındadı. Qeyri-adi heç nə baş verməyib. Əliyar əvvəlki kimi UEFA-nın diqqət və nəzarətindədi. Onun adı yenə 1-ci kateqoriyaya keçməyə real namizəd olan hakimlərin siyahısındadı. Bu dəfə sözügedən kateqoriyaya bir neçə referi keçdi ki, onların hakimlik təcrübəsi və stajı Ağayevdən daha artıq idi. Əliyar ən ümidverici hakimlərdən biridi və UEFA-nın ona güvəni böyükdü. Artıq ona qitəmiqyaslı turnirdə təyinat da verilib. İnanıram ki, həmişə olduğu kimi hamımızın etimadını doğruldub, çətin missiyanın öhdəsindən gələ biləcək.
- Bəlkə Ağayev Malaqadakı toplanışda imtahanlarda özünü yaxşı tərəfdən göstərə bilmədiyinə, məsul sınaqda “yandığına” görə 1-ci kateqoriyaya adlaya bilməyib?
- Mən sizə yenə deyirəm: Əliyar qitə futbol qurumunun MDB üzrə diqqətdə saxladığı 5 hakimdən biridi. O Malaqadakı toplanış zamanı testləri yetərincə yüksək səviyyədə cavablayıb. Özüm də həmin imtahanlarda iştirak etdiyimdən onun dediyiniz kimi çətin sınaqdan üzüağ çıxdığını söyləyə bilərəm. Bu gün, ola bilsin, onunla yanaşı kateqoriyasını dəyişməyə namizəd olan başqa ədalət təmsilçiləri 1-ci kateqoriyaya adlayıblar. Lakin bu o demək deyil ki, azərbaycanlı referi etimadı doğrultmayıb. Əliyarla yanaşı, bəzi istedadlı referilər də öz vaxtını gözləməli olacaqlar. Ola bilsin, dekabrda və yaxud gələn yay Əliyar qeyd olunan pilləyə yüksələcək. Bunun üçün Əliyardan həvəsdən düşməmək, həmişəki kimi oyunları yüksək səviyyədə idarə etmək tələb olunur. Sizə səmimi deyirəm, Ağayev çox istedadlı və ümidverici referidi. Siz kimi, mənim də ona ümidlərim çox böyükdü.
- Siz dekabrda Əliyarın daha yüksək kateqoriyaya adlamaq perspektivindən danışdız. Ancaq bildiyimizə görə, UEFA bu məsələdə dəyişiklik edib. Əvvəllər ilin sonunda hakimin kateqoriya dəyişmək imkanı olurdusa, 2017-ci ildən bu məsələ yayda reallaşır. Belə olan halda siz hansı əsasla onun dekabrda yenidən şans qazanacağını vurğulayırsız?
- Əvvəllər ildə iki, indi isə bir dəfədi. Bu qayda hər il dəyişdiyindən heç kim bununla bağlı konkret fikir bildirə bilməz. Bu üzdən UEFA-nın dekabrda bu məsələyə yenidən baxacağını gözləmək mümkündü. Hər şey yaşıl meydanlarda başverənlərdən asılıdı. Tutaq ki, elit və yaxud birinci kateqoriyada yer alan hakimlərdən bir neçəsi ilin sonuna kimi baş tutan oyunlarda üzərlərinə düşən işin öhdəsindən gəlmədi və cəzalandı. Onda necə olacaq? Belə çıxır ki, UEFA məhdud sayla 2017/18 mövsümünü başa vurmalıdı. Bu kimi məsələləri nəzərə alanda dekabrda yenidən siyahıda dəyişiklik olacağını gözləmək mümkündü. Ona görə də Əliyarın dekabrda istəyinə çata biləcəyini söylədim. Bunun üçün o həvəsdən düşməməlidi.
- Əliyarın xüsusi nəzarət altında olduğunu, “köhnə qitə”də ən ümidverici hakimlərdən biri sayıldığını bildirdiz. Buna baxmayaraq, ədalət təmsilçisi bu il cəmi bir oyuna (Levnikovla danışanda Ağayevin ÇL oyununa təyinat aldığı hələ rəsmən açıqlanmamışdı) təyinat alıb. İstedadına şübhə etmədiyiniz, UEFA-nın gələcəyinə ümid bəslədiyi referi üçün bu az deyil?
- Beynəlxalq oyunlar üçün bütün hakimlər aid olduqları kateqoriyaya uyğun sayda oyuna təyinat alırlar. Əlyarın bu il az sayda oyunda fit çalmasına səbəb isə Avropda FİFA dərəcəli referilərin sayının çoxluğudu. Ola bilər ki, hansısa ədalət təmsilçisi bir oyun az, bir oyun çox idarə etsin. Ancaq ümumilikdə UEFA hamıya eyni gözdə baxır. Ağayevin yer aldığı kateqoriyada qaydalara əsasən hakim il ərzində 4, bəzən 5 beynəlxalq matça təyinat ala bilər. Həmin qarşılaşmalarda özünü doğruldanlara daha çox görüşlər həvalə olunur. Birinci kateqoriyada bu oyunların sayı 8, elitə daxil olunanlarda isə bu rəqəm 10-du. Hər bir ölkə istəyir ki, hakimləri daha çox beynəlxalq matçlara təyinat alsın. Ancaq “köhnə qitə”də oyunların sayı buna imkan vermir. Peşəkarlıq baxımından Əliyar heç kimdən geri qalmır, lakin rəqabət güclü olduğundan bəzən kənarda qalır. Eyni problemlə bağlı MDB-yə daxil olan futbol federasiyalarının Hakimlər Komitəsindən çox narazılıqlar eşidirəm. Ancaq real durumla barışmaq lazımdı.
- Ola bilər ki, növbəti mövsümdə FİFA dərəcəli azərbaycanlı hakimlərin sayında artım olsun?
- Bu suala qəti cavab verirəm: belə olmayacaq. Bu nəinki sizə, ümumiyyətlə, UEFA-nın bayrağı altında birləşən bütün ölkələrə şamil olunur. Səbəb isə çox sadədi. Avropada yüksək səviyyəli hakimlərin sayı çox, oyunlar isə azdı. Ölkənin reytinqindən asılı olaraq, FİFA dərəcəli hakimlərin sayı müəyyənləşib. İngiltərə, İspaniya, İtaliya kimi ölkələr qitəmiqyaslı turnirlərdə 10 hakimlə təmsil olunurlar. Reytinq azaldıqca referilərin sayı da aşağı enir. Yaxın gələcəkdə UEFA-nın bu limiti dəyişmək fikri yoxdu. Bəlkə də hansısa ölkə reytinq cədvəlində gözlənilməz sıçrayış edib, 2-3 il eyni nəticələri təkrarlayarsa, bu məsələ gündəmə gələ bilər. Bu isə hazırki durumda o qədər də inandırıcı görünmür. Ancaq belə olacağı təqdirdə nəsə dəyişiklik gözləməyə dəyər.
- Hazırda Rusiyada keçirilən Konfederasiyalar Kubokunda hakimlər videotəkrarın köməyindən istifadə edirlər. Bəziləri yenilikdən razı, bəziləri isə narazıdı. Elə matçlar olub ki, videotəkrar belə hakimliyin yüksək səviyyədə olmasını təmin etməyib. Konkret Meksika – Yeni Zelandiya matçında Afrika qitəsini təmsil edən hakim meydanda yaşananlara obyektiv qiymət verə bilmədi. Sizin yeniliklə bağlı mövqeyinizi bilmək maraqlı olardı. Bir də videotəkrar qarşıdan gələn avrokubok mövsümündə tətbiq olunacaqmı?
- Bu sınaqdı və hələ ki sözügedən yenilik avrokuboklarda tətbiq olunmayacaq. İstər Çempionlar Liqasının, istərsə də Avropa Liqasının oyunları köhnə qaydalar – hakimlərin hökmü və məhdud əvəzetmə qaydasında keçiriləcək. Konfederasiyalar Kubokunda tətbiq olunan yenilik ilin sonunda FİFA-nın konqresində müzakirə olunacaq və müsbət rəy alacağı halda növbəti mundialda tətbiq olunacaq. Hər bir yenilik böyük turnirlərdə özünü doğruldandan sonra daxili çempionatlara və klub səviyyəsində keçirilən beynəlxalq oyunlara şamil olunur. Mənim fikirmə gəlincə, bu haqda geniş danışmaq, subyektiv fikrimi ortya qoymaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, hər bir yeniliyin müsbət və mənfi tərəfləri var.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar