23 in 20:17manset

Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb

Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb
“O hadisə mənə çox böyük zərbə oldu”


Emil Balayev! Bəli, futbol ictimaiyyətinə, azarkeşlərə çox tanış bir addı. O, bugünlərdə “Səbail”lə 2 illik müqavilə bağlayıb. Əslində gənc qolkiper qışdan bəri birinci divizionda paytaxt təmsilçisinin qapısını qoruyurdu. Lakin icarə əsasında. İndi isə Emil tam olaraq “Səbail”ə məxsusdu və növbəti iki mövsümdə “aslanlar”ın formasını geyəcək. Karyerasına “Neftçi”də başlayan Emil “Araz Naxçıvan”a keçdi və yenidən paytaxt klubuna qayıtdı. Tez parlayan, özünü yaxşı tərəfdən göstərən qolkiperə tezliklə xarici klublardan təkliflər gəldi. Belə ki, o, 2014-cü ildə Almaniyaya yollandı. Həmin ilin noyabrında “Ayntraxt”la müqavilə bağladı. Lakin onun legioner həyatı uzun çəkmədi. Üçüncü qapıçı kimi bundesliqa təmsilçisinə transfer olunan Emil ciddi zədə aldı və uzun müddət futbolsuz qaldı. Elə onun karyerasında düşüş də məhz həmin zədədən sonra başladı. Məcburiyyətdən vətənə dönən gənc əlcək sahibi “Qarabağ”la müqavilə bağladı. Amma onun Ağdam klubunda da işləri yaxşı getmədi. Heyətə düşə bilməyən qolkiper tezliklə özünə yeni iş yeri tapdı. Bu, ötən il yaradılan “Səbail” oldu. Bundan əlavə, ötən ilin dekabrında Balayev bədbəxt hadisə ilə üzləşdi. O, idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurdu və bu qəza 6 aylıq körpənin ölümünə səbəb oldu. Bütün bu məsələlərlə bağlı özü ilə danışmağı lazım bildik.
- Bir neçə gün əvvəl “Səbail”lə 2 illik müqavilə bağladın. Artıq komandanın məşqlərinə qoşulmusan?
- Bəli, artıq 3 gündü məşqlərə başlamışam. Elə müqavilədən dərhal sonra komandaya qoşuldum. Hazırda məşqlərin ilk mərhələsi gedir. Xüsusən də fiziki durumumuzu yaxşılaşdırmağa çalışırıq. Əsas məqsəd fiziki gücümüzü bərpa etməkdi. Çünki qarşıda bizi çempionat gözləyir. Məşqlərin ilk mərhələsi yekunlaşandan sonra təlim-məşq toplanışı olacaq.
- Ötən mövsümün ikinci yarısında da “Səbail”də idin. Amma birinci divizionda. Yenidən premyer-liqaya qayıtmaq sənin üçün nə deməkdi?
- Təbii ki, bu mənim üçün sevindirici haldı. Birinci divizionla premyer-liqanı müqayisə etsək, görərik ki, arada çox böyük səviyyə fərqi var. Aşağı dəstə klubları premyer-liqa komandaları ilə oynayanda bu fərq açıq-aşkar üzə çıxır. Hər bir futbolçu elitada oynamağı arzulayır. O cümlədən mən də. Bütün oyunçular kimi, mən də inkişaf etmək üçün premyer-liqada çıxış etməli, güclü komandalara qarşı oynamalıyam.
- “Səbail” premyer-liqaya yüksəlsə də, bir çox futbolçularla yollar ayrıldı. Lakin səni komandada saxladılar. Məşqçilər korpusunun bu qərarına münasibətin necədi? Ümumiyyətlə, digər futbolçular elitada çıxış etməyə layiq deyildilər?
- Bu məsələ ilə bağlı konkret bir söz deyə bilmərəm. Çünki bu, məşqçinin qərarıdı. Bizim qarışacağımız iş deyil. Hər bir futbolçunun borcudu ki, məşqçinin qərarı ilə razılaşsın, ona hörmətlə yanaşsın. Mənimlə müqavilənin müddəti uzadıldı. Buna görə çox şadam. Rəhbərlik, məşqçilər korpusu mənə etibar edibsə, buna sevinməliyəm. Onların ümidlərini doğrultmağa çalışacam.
- Yeni heyətlə “Səbail”in premyer-liqada hədəfi nə olacaq? Səncə, komanda elitada layiqli mübarizə apara biləcəkmi?
- Qısa zamandı məşqlərə qoşulmuşam. Ümumi komanda haqda indi danışmaq çox tezdi. Komanda şəklində yox, fərdi formada məşqlərimizi davam etdiririk. Qapıçılar məqşçi Vitali Kovalyovla məşq edir. Digər futbolçular isə fiziki hazırlıq keçirlər. Buna baxmayaraq, heyətdə az-çox tanıdığım oyunçular var. Onların hansı keyifiyyətlərə sahib olduqlarını bilirəm. Fikirləşirəm ki, çempionatın statrına kimi yaxşı komanda formalaşacaq. Yaxşı və mübariz komandanı görəcəyinizə ümid edirəm.
- Necə düşünürsən, 8 komandalı çempionat ölkə futbolu üçün yaxşıdı, yoxsa pis?
- Çempionatda 8 komandanın iştirak edəcəyi ilə bağlı qərar qəbul olunanda çox pis olmuşdum. Fikirləşirdim ki, premyer-liqada rəqabət və maraq azalacaq. Lakin zaman fərqli şeyi göstərdi. Şahidi oldum ki, komandalar öz aralarında var gücləri ilə mübarizə aparırlar. Heç kim təslim olmaq istəmirdi. Bu ab-havanı görmüşəm. 8 komandalı çempionat maraqlı keçdi. Buna baxmayaraq, mən daha çox komandanın mübarizə aparmasının tərəfdarıyam. Bu, ölkə futbolu üçün daha yaxşı olardı.
- “Qarabağ”da möhkəmlənə bilməməyinin səbəbi nə oldu? İbrahim Şehiç amili, yoxsa başqa səbəb?
- İlk növbədə Şehiçin nə qədər yaxşı qapıçı və insan olduğunu vurğulamaq istəyirəm. O, peşəkar futbolçu olmaqla yanaşı, həm də yaxşı insandı. Bosniya və Hersoqovina kimi millinin qapıçısıdı. Təbii ki, o olan komandada rəqabət də yüksək olur. Hardasa bu amilin də təsiri oldu. Birinci qapıçı olmaq çox çətin idi. Üstəlik, “Qarabağ”da çox qısa müddətdə çıxış etdim. “Səbail”dən təklif gələndə düşündüm ki, bu şansı əldən verməyim. Oyun praktikamın çox olması üçün bura keçdim.
- Ümumiyyətlə, “Qarabağ” səni saxlamaqda maraqlı idi? “Səbail”dən təklif gələndə baş məşqçi Qurban Qurbanovla və ya klub rəhbərliyi ilə danışdın?
- Danışmağa, müzakirə aparmağa vaxt olmadı. Birinci divizionda mövsüm başa çatan kimi İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan U-23 millisinə qoşuldum. Sonra da Ukraynaya getdik. Bakıya qayıdan kimi isə “Səbail”lə münasibətləri rəsmiləşdirdim. Bir komanda hansısa futbolçuya təklif göndərirsə, deməli, onun xidmətində maraqlıdı. “Qarabağ” da mənim xidmətimdə maraqlı idi. Lakin sonra işlər alınmadı. Bu üzdən oyun praktikası qazanmaq üçün qışda “Səbail”ə keçdim. İndi də bu komandada oynamaq şansım “Qarabağ”la müqayisədə daha çoxdu.
- Yəqin ki, Samir Əliyevi “Neftçi”dən tanıyırsan. O da sənin bacarığına bələddi. Ola bilərmi ki, məhz buna görə səni komandada saxlayıb?
- Bəli, mən “Neftçi”də çıxış edəndə Samir müəllim əvəzedici komandanın baş məşqçisi idi. Yəni tanışlıq var idi, amma çox da yüksək səviyyədə yox. Peşəkarlığın tanışlığa heç bir aidiyyatı yoxdu. Çünki əsas olan mənim “çərçivə”də nələri edə biləcəyimdi. Tanışlıq hansısa müsbət rol oynaya bilməz. İlk növbədə iş və onun nəticəsidi. Samir müəllimin iş prinsipləriylə tanışam. Onun üçün fərqi yoxdu, mən kiməm. Tanışam, ya yox. Əsas odu ki, mən özümü yaxşı tərəfdən göstərim, komandanın uğurlar qazanması üçün çalışım. Samir müəllimin diqqət etdiyi şeylər məhz bunlardı. Düşünürəm ki, məhz buna görə komandada yer alacam.
- “Ayntraxt”dan “Qarabağ”a, ordan da “Səbail”ə… Karyeranda bu cür eniş yaşamasının əsas səbəbi nədi?
- Eniş və yüksəliş hər bir futbolçunun karyerasında gözlənilən bir şeydi. Futbolda hər şey ola bilər. Heç nə gözlənilməz deyil. Xatırlayırsızsa, mən “Araz Naxçıvan”dan “Neftçi”yə dönmüşdüm. Ondan sonra “Ayntraxt”dan təklif alıb, ora yollanmışdım. Bu, bir yüksəliş idi. Onu qorumaq hər zaman mümkün olmur. “Ayntraxt”da olduğum dönəmdə ciddi zədə aldım. Sağlamlığımda problemlər yaşandı. Bu üzdən uzun müddət futboldan uzaq qaldım. 6 ay futbolsuz qalmaq bilirsiz nə deməkdi? Deyərdim ki, zədələr mənim yolumu bağladı. Lakin ruhdan düşməmişəm. Daha çox çalışıb, yüksəklərə qalxmaq istəyirəm.
- Birvaxtlar Azərbaycanın ən perspektivli qapıçılarından hesab olunurdun. Milliyə əsas namizədlərdən idin. Lakin indi səni yada salanlar azdı. Yenidən yüksəklərdə olmaq üçün nə etmək lazımdı. Bunu bacaracaqsanmı?
- Bacarıb-bacarmayacağımı deyə bilmərəm. Hadisələri qabaqlamaq olmur. 100 faiz heç nəyi proqnozlaşdırmaq mümkünsüzdü. Hər bir futbolçunun qarşısında məqsədləri olur. Mən də inanıram ki, yenidən zirvələrdə olmaq üçün var gücümlə çalışacam. Bunun gec və ya tez nəticəsi olacaq. İşimə sadaqətlə, peşəkarcasına yanaşsam, maksimum bacarığımı ortaya qoya bilərəm.
- Keçirdiyin qəza ilə bağlı nə deyə bilərsən? O məsələ tam bağlanıb?
- Bəli, bağlanıb. Sağ olsunlar, zərərçəkənlər məndən şikayətçi olmadılar. Hər bir insanın başına bu cür olay gələ bilər. Zərərçəkənlərə dəyən ziyanı maksimum dərəcədə qarşılamağa çalışdım. Həmin ailə ilə daimi əlaqə saxlayırıq. İndiyə kimi də ünsiyyətimiz qalıb. Zəng edib, hal-əhvallarını soruşuram.
- Həmin hadisə səndə psixoloji sarsıntı yaratdı?
- Təbii ki. Çox üzüldüm. Həmin qəzada azyaşlı uşaq həyatını itirdi. Bunun səbəbkarı birbaşa mən olmuşam. O hadisə mənə çox böyük zərbə oldu. İnanmıram ki, kimsə bu cür hadisəni adi formada qarşılaya bilsin.
- Sonda qapıçı kimi karyeranla bağlı ən böyük arzunu bilmək istərdik?
- Futbolçu kimi ən böyük arzum vətənimi layiqincə təmsil etməkdi. Həmişə bunu etməyə çalışmışam. İstəyirəm ki, ölkəmizin bayrağı daim yüksəklərdə dalğalansın, insanlarımız sevinsin. Karyeramın zirvə nöqtəsinə qalxmağı arzu edirəm. Bundan əlavə, özümü beynəlxalq arenalarda, Avropa klublarında sınamaq istəyirəm. Ümid edirəm ki, bunu bacaracam.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar