23 dek 16:56manset, reportaj

“Qəbələ” mərhələ adladı, Tərlan Əhmədov hakimlikdən şikayətləndi

 “Qəbələ” mərhələ adladı, Tərlan Əhmədov hakimlikdən şikayətləndi
AZAL (Bakı) – Qəbələ 0:1 (0:0)
AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 77. Adan Koronado (7. Kamal Mirzəyev, 62), 27. Eltun Hüseynov (9. Röyal Nəcəfov, 72), 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya (8. Sadio Tounkara, 56). 17. Rəşad Abdullayev, 21. David Canelidze.
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Voislav Stankoviç, 15. Vitali Vernidub, 34. Urfan Abbasov. 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 32. Rəşad Eyubov, 27. Teo Uiks (70. Fərid Nəbiyev, 90), 11. Asif Məmmədov (14. Cavid Hüseynov, 89), 9. Sergey Zenyov (90 Ramil Hasanov , 74).
Ehtiyat oyunçular: 33. David Pietrzkieviç, 19. Filip Ozobiç, 44. Rafael Santos, 80. Bəhlul Mustafazadə.
Baş məşqçi: Roman Qriqorçuk.
Qol: A.Məmmədov, 53.
Vərəqələr: V.Stankoviç, 24. D.Canelidze, 32. K. Hüseynov, 51. K.Mirzəyev, 68. E.Hüseynov, 87 – sarı.
Hakimlər: FARİZ YUSIFOV, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov, İnqilab Məmmədov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
21 dekabr. Şüvəlan. AZAL Arena. 250 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
1/4 finalın az-çox intriqası qalan oyunu “AZAL Arena”da baş tutdu. İlk oyunda səfərdə rəqibə 1:2 uduzan AZAL cavab görüşündə qələbəyə ümid edirdi. Lakin Roman Qriqorçukun komandası bu görüşün də favoriti sayılırdı. Hər halda, komandalar arasındakı ciddi səviyyə fərqini unutmaq olmazdı.
Oyun sakit tempdə başladı. “Qəbələ” ilk dəqiqələrdən müəyyən üstünlüyə sahib idi. Amma bu üstünlüyün çoxlu qol vəziyyətləri gətirdiyini deyə bilmərik. Qonaqlar qısa ötürmələr hesabına rəqibi cərimə meydançasına sıxmağa çalışırdı. “Qırmız-qaralar”ın orta xətt oyunçuları ilk 20 dəqiqədə Zenyovu bir neçə dəfə qapıçı ilə üzbəüz qoymağa cəhd etdi. Lakin müdafiəçilərin sayıqlığı və ötürmələrin qeyri-dəqiqliyi cəhdlərin təhlükəli alınmasına mane oldu. AZAL isə nəinki hücumlar qurmaqda, müdafiədən çıxmaqda belə çətinlik çəkirdi. Gah ötürmə səhvləri, gah da oyunçular arasındakı anlaşmazlıq “təyyarəçilər”ə meydanın özünə aid hissəsini tərk etməkdə mane olurdu. Buna baxmayaraq, matçda “çərçivə” istiqamətində ilk zərbəni məhz AZAL vurdu. Rəşad Abdullayev 21-ci dəqiqədə sağ cinahdan təşkil olunan hücumu zərbə ilə tamamladı. İki dəqiqə sonra isə Canelidzəyə qarşı kobudluqdan sonra təyin olunan cərimə zərbəsini yerinə yetirdi. Lakin hər iki zərbəni Bezotosni rahat dəf etdi. 28-ci dəqiqədə Canelidzenin uzaqdan vuruşu da qeyri-dəqiq alındı. Hissənin sonlarına yaxın AZAL fəallıq nümayiş etdirdi, qonaqlar isə “ikinci nömrə” kimi çıxış etməyə başladı. Şüvəlanlılar topla daha çox oynayır, cinahlardan sürətli hücumlar qurur, topu itirən kimi dərhal pressinq edirdi. Belə hücumlardan biri 34-cü dəqiqədə reallaşdı ki, bunu ilk yarının ən təhlükəli vəziyyəti saymaq olar. Eminin sol cinahdan cərimə meydançasına ötürməsini Rəşad qüvvətli zərbə ilə tamamladı. Amma top cüzi fərqlə hədəfdən yan keçdi. Qonaqlar isə bu həmlələrə 38-ci dəqiqədə Kvekveskirinin uzaqdan vurduğu qeyri-dəqiq zərbə ilə cavab verdi.
Fasilədən sonra AZAL ciddi təzyiqlə üzləşdi. Və qonaqların hücumları 53-cü dəqiqədə bəhrə verdi. Künc nöqtəsindən ötürmə zamanı cərimə meydançasında qarışıqlıq yarandı. Nəticədə top hücuma qoşulan Vernidubun önünə düşdü və müdafiəçi onu Asifə ötürdü. Əla mövqedə olan Məmmədov isə topu saxlamadan tora qovuşdurdu. İki dəqiqə sonra fərq arta bilərdi. Sadiqovun ara ötürməsindən sonra Zenyov qapıçı ilə üzbəüz qalsa da, Aqil komandasını xilas etdi. Ardıcıl hücumlar quran “Qəbələ” Eyyubovun uzaqdan iki təhlükəli zərbəsi ilə diqqət mərkəzinə düşdü. 60-cı dəqiqədə isə yenə Aqil möhtəşəm qurtarışla yadda qaldı. Qolkiper bu dəfə Uiksin fərqlənməsinə mane oldu. Bir dəqiqə sonra isə liberiyalı legioner yaxın məsafədən topu qapının yanından vurdu. Komandası hesabda geri olan Əhmədov hücum xəttini gücləndirmək üçün Kvirtiyanın yerinə Tounkaranı meydana buraxdı. Az sonra Şüvəlan klubu bu əvəzetmənin bəhrəsini görə bilərdi. Lakin Sadionun sol cinahdan əla ötürməsini Canelidze müdafiəçinin üstünə vurdu. Hər iki komanda açıq futbola üstünlük verdiyindən arxa xətdə boşluqlar yaranmağa başladı. Futbolçularının fərdi keyfiyyətləri daha üstün olan “Qəbələ” meydan sahiblərinin boşluqlarından daha yaxşı yararlanırdı desək, daha dəqiq olar. 74-cü dəqiqədə bölgə təmsilçisinin hücumu təhlükəli alındı. Zenyovun daban ötürməsindən sonra Rəşad uzaq küncü nişan alsa da, top cüzi fərqlə dirəyin yanından keçdi. 78-ci dəqiqədə isə AZAL buna təhlükəli hücumla cavab verdi. İkinci yarıda meydana çıxan Röyal qapıçı ilə üzbəüz qaldı. Amma o, topu saxlayıb müdafiəçiləri keçmək qərarına gəldi və yıxıldı. Meydan sahibləri dəhal penalti tələb etdi, amma Yusifov “qalx” komandası verdi. Bu epizoddan sonra oyunun tempi nisbətən aşağı düşdü. Meydan sahiblərinin bərabərlik qolu axtarışları 89-cu dəqiqədə bəhrə verə bilərdi. Lakin Tounkaranın soldan asmasından sonra Röyalın başla zərbəsi cüzi fərqlə tirin üstündən keçdi. Bununla da matç qonaqların qələbəsiylə yekunlaşdı və “Qəbələ” yarımfinalda “İnter”ə rəqib oldu.
Gözdən qaçmadı
• 24-cü dəqiqədə Fariz Yusifov Canelidzeyə boyunbağını çıxarmağı tapşırdı.
• 27-ci dəqiqədə Eyyubov Nuqzara qarşı kobud oynadı. Fariz Yusifovun fiti qonaqların məşqçisi Sənan Qurbanovu özündən çıxardı. FİFA referisi isə “qaydaları belə bilirsənsə, gəl mənə kömək elə” deyərək, cavabını verdi.
• İlk yarının ortalarında “Qəbələ” azarkeşləri hamını təəccübləndirdi. 28-ci dəqiqəyə kimi heç bir səs çıxmayan “AZAL Arena”nın əsas tribunasında bir qrup qonaq azarkeş peyda oldu. Lakin onlar çox keçmədən həmin tribunanı tərk etdi. Təxminən 5-6 dəqiqə sonra sözügedən fanatlar qapıarxası tribunada yer aldı və şüarlarını davam etdirdi.
• 57-ci dəqiqədə Kvirtiyanın yerinə meydana Tounkara çıxdı. Lakin tabloda səhvən Tonkaranın baş məşqçi Tərlan Əhmədovu əvəzlədiyi göstərildi. Düzdü, az sonra səhv düzəldildi.

Belə dedilər…
Roman Qriqorçuk: “İlin son oyunu idi. Ümumilikdə ili komandam üçün uğurlu sayıram. Yaxşı nəticələr qazandıq. Hamınızı Yeni il və yeni “futbol ili” münasibətilə təbrik edirəm. Növbəti mərhələdə “İnter”lə qarşılaşacağıq. Lakin hələ bu haqda düşünmək və nəsə danışmaq tezdi. “İnter” yox, başqa komandayla düşsəydik belə, asan olmayacaqdı. Yarımfinalda zəif rəqib yoxdu. Komandadan çox futbolçu getməyəcək. Cüzi dəyişikliklər olacaq. Bunun üzərində işləyirik. Ancaq konkret bir şey yoxdu. Komandaya bir neçə oyunçu lazımdı. Onları tapmaqda çətinlik çəkirik. Bütün gənclərimizin özünü göstərmək şansı var. Mən özüm də istəyirəm ki, onlar şans qazansınlar. Biz bunun üzərində işləyirik. Gənclərdə elədi ki, sabit qalmırlar. Qarşıdan təlim-məşq toplanışı gəlir. Bu təlim-məşq toplanışında çoxlu gənclərə şans verəcəyik”.
Tərlan Əhmədov: “Bir neçə şansımız oldu. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə qol buraxdıqdan sonra oyunumuz yaxşılaşdı. Tounkara meydana girəndən sonra bir az daha yaxşı oynadıq. Futbolçularıma təşəkkür edirəm. Qismət belə imiş. Tounkaranın gəlişi hücum xəttinə yaxşı mənada təsir edib. Çalışacağıq ki, qışdan sonra daha yaxşı AZAL formalaşdıraq. Həmişə demişəm, hakimlik haqda danışmayacam. Ancaq Fariz Yusifov hansı oyunumuzu idarə edirsə, bizə qarşı qərəzli olur. Mən belə şeylərə öyrəşmişəm. Hər şeyə bəhanə var - top əli tapdı, əl topu tapdı, oyunçunun butsu açıldı, maykası çıxdı... 14 tur oynamışıq, hələ bizim lehimizə penalti verilməyib. Ancaq əleyhimizə çox penalti verilib. AFFA-ya müraciət etsək, xeyri olacaq ki? Bu günə kimi kim nə edib ki, biz də nəsə edək? Onsuz da xeyri yoxdu. Klub rəhbərliyi ilə danışdıq. Bəzi hakimlərin oyunumuza təyin olunmamasını yazılı şəkildə tələb edəcəyik. Bizimlə “Qəbələ” arasında həm büdcə, həm də futbolçuların səviyyəsi baxımından yerlə-göy qədər yox, qalaktikalar qədər fərq var. Büdcə artımı yoxdu. Qışdan sonra da eyni şey olacaq. Uzağı bir oyunçunun məvacibini qarşılaya bilərəm. Gedənlər olacaq. Klubda 26-27 yox, 20-21 futbolçu olacaq, ancaq ən səviyyəlilər qalacaq. Lazım olsa, əvəzedicilərdən futbolçu cəlb edəcəyik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar