23 dek 16:52manset, reportaj

“Qarabağ” Sumqayıtda da şou göstərdi

 “Qarabağ” Sumqayıtda da şou göstərdi
Sumqayıt - Qarabağ (Ağdam) 2:5 (1:2)
Sumqayıt: 94. Tərlan Əhmədli, 2. Rail Məlikov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov (39. Tural Bayramlı, 46), 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 21. Nasir Abilayev (22. Mirabdulla Abbasov, 79), 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vaquf Güləliyev, 38. Ülvi Süleymanov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Məşqçi: Seymur Rəhimov.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov (16. İbrahim Aslanlı, 77), 22. Əfran İsmayılov (71. Vüqar Nadirov, 46), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov (23. Elgün Uluxanov, 63), 91. Coşğun Diniyev.
Ehtiyat oyunçular: 64. Emil Balayev, 29. Şahin Əliyev, 34. Salman Cəfərov, 88. Elçin Rəhimli.
Baş məşqçi: Qurban Qurbanov.
Qollar: N.Ələsgərov, 8 (0:1). A.Yunanov, 14 (1:1). N.Ələsgərov, 16 (1:2). V.Nadirov, 70 (1:3). A.Yunanov, 80 (2:3). N.Ələsgərov, 82 (2:4). R.Əmirquliyev, 90 (2:5).
Vərəqələr: B.Həsənalızadə, 66. N.Abilayev, 72 – sarı.
Hakimlər: RAUF CABBAROV, Coşğun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
21 dekabr. Sumqayıt. Kapital Bank Arena. 950 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Bir həftə öncə “doğma divarlar” arasında “kimyaçılar”ın qapısından 6 cavabsız top keçirən “köhlən atlar” cavab görüşünü formallığa çevirmişdi. Bu üzdən Qurban Qurbanov “Kapital Bank Arena”da baş tutan oyunda legionerlərin xidmətinə ehtiyac duymamışdı. Meydan sahiblərinin “11-liy”ində isə Vurğun Hüseynov cəza səbəbindən kənarda qalmışdı.
İlk dəqiqələrdən tərəflərin açıq futbola üstünlük verməsi tribunalara toplaşan azarkeşlərin şən futbola tamaşa edəcəyinə işarə idi. Gözləntilər özünü doğrultdu desək, yanılmarıq. Belə ki, artıq 8-ci dəqiqədə qonaqlar hesabı açdı. Cərimə meydançası həndəvərindən cərimə zərbəsi vurmaq şansı qazanan “köhlən atlar” Namiqin mükəmməl vuruşu ilə hesabda önə çıxdı. Ələsgərovun “mərmi”ni məhz qapıçının qoruduğu “9-luğ”a fırlatması yerli azarkeşlər tərəfindən də alqışla qarşılandı. Qoldan sonra ruhdan düşməyən “ağ-göylər” böyük qüvvə ilə rəqib qapısına həmlələri davam etdirirdilər. Məhz belə hücumların birində, 14-cü dəqiqədə Yunanov cərimə meydançasının daxilində iki rəqibdən sıyrılıb yaxın küncü dəqiq nişan aldı. Ancaq “kimyaçılar”ın sevinci uzun sürmədi. 2 dəqiqə sonra meydanda ən yaxşılardan olan Namiq ikinci dəfə “gənclik şəhəri”nin təmsilçisini meydanın mərkəzinə dəvət etdi. İlk 20 dəqiqədə sürətli oyuna üstünlük verən rəqiblər sonradan tempi aşağı saldı. Buna baxmayaraq, hər iki komandanın üzvləri meydanın hər qarışı uğrunda mübarizə aparır, heç kim bir-birnə güzəşt etmirdi. Hissənin sonlarına yaxın tərəflər fərqlənmək üçün imkan yaxalasa da, həm Şahruddin, həm də Tərlan “çərçivə”də inamlı oynayaraq, hesabın dəyişməsinə imkan vermədilər.
Fasilədən sonra da tamaşaçılar baxımlı oyuna şahidlik etdi. Topa daha çox nəzarət edən qonaqlar rəngarəng hücumlar qurur, xırda ötürmələrlə meydanın mərkəzini asanlıqla keçib rəqib qapısı önündə təhlükə yaradırdılar. Meydan sahibləri isə əksinə, topsuz ora-bura qaçmaqdan əldən düşmüşdülər. Sumqayıtlıların yarımmüdafiə xətti inamsız oyunla müdafiəçilərin işni çətinə salmışdı. Nəhayət, 70-ci dəqiqə ağdamlılar üstünlüyünü hesabda da əks etdirdi. Meydana ikinci hissə çıxan Vüqar Tərlanın irəli çıxdığını görüb cərimə meydançasının yaxınlığından “paraşüt” zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırdı. Yeri gəlmişkən, Nadirov meydanda 45 dəqiqə olmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərməyi bacardı. Qoldan sonra o növbəti dəfə adını tabloya yazdırmağa yaxın oldu. Forvardın cərimə zərbəsindən yaxın “9-luğ”a göndərdiyi topu Əhmədli gözəl seyvlə kornerə çıxarmağı bacardı. Qolkiperin belə inamlı oyunu komanda yoldaşlarına sanki “ikinci nəfəs” verdi. Artıq onlar da rəqibdən çəkinmədən irəli atılır, xoşbəxtliyi rəqib qapısı önündə axtarırdılar. 80-ci dəqiqədə “ağ-göylər”in əzmkarlığı bəhrə verdi. Sağ cinahdan sürətlə cərimə meydançasına daxil olan Yunanov həm özünün, həm də komandasının ikinci qolunu vurdu. Lakin bu da matçda son qol olmadı. Son 10 dəqiqədə Qurbanovun komandası meydan sahiblərini iki dəfə məyus etməyi bacardı. Əvvəlcə Namiq het-trikini rəsmiləşdirdi. Onun bu qolu birincidən də baxımlı alındı. Komanda yoldaşının diaqonal ötürməsini havada ram edən futbolçu bir toxunuşla topu uzaq küncə yönəltdi. Qarşılaşmada son nöqtəni isə Əmirquliyev qoydu.
RƏŞAD
Belə dedilər...
Qurban Qurbanov: "Əvvəlcə sizə də qarşıdakı tətildə xoş istirahət arzulayıram. Siz də bizim kimi mövsümboyu çox əziyyət çəkirsiz. Oyuna gəlincə, meydanda keyfiyyətdən çox istək var idi. Azarkeşlər bol qollu, baxımlı oyuna şahidlik etdilər. Futbolçularımın belə istəkli olması məni sevindirdi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Ancaq onları da başa düşmək olar. İlk matçda qeydə alınan nəticədən sonra futbolçuları psixoloji cəhətdən bu oyuna kökləmək heç də asan deyildi. Buna baxmayaraq, iki dəfə bizi meydanın mərkəzinə dəvət etdilər. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün böyük təcrübə oldu. Sonda hər birinizə bir daha xoş istirahətlər arzulayıram".
Seymur Rəhimov: “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “Qarabağ” bu gün bizdən daha güclüdü. Cavab görüşündə gənclərə oynamaq şansı vermişdik. Aralararında hətta 1999 doğumlu da var idi. İndi irəli baxmalı, fasilədən sonra çempionatda daha layiqli mübarizə aparmaq üçün çalışmalıyıq. Fürsətdən istifadə edib azarkeşlərimizə də təşəkkür edirəm ki, ilk oyunda qeydə alınan böyükhesablı məğlubiyyətə baxmayaraq, bu gün stadiona gəlib komandanı sona qədər dəstəklədilər”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar