15 in 18:04manset

Muaremi göndərmək Qurbanovun ən çətin qərarlarından biridi

Muaremi göndərmək Qurbanovun ən çətin qərarlarından biridi
“Abbasla bağlı “İnter”lə hansısa danışığımız olmayıb”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən “Bakı” ilə yoxlama oyununun ilk hissəsindən sonra jurnalistlərin sullarını cavabladı. Təcrübəli mütəxəssis brifinqdə bir çox məsələlərə aydınlıq gətirdi.
- Hazırlıq necə gedir?
- Hər hansı fikir bildirmək üçün hələlik tezdi. Hazırlıq ümümən pis deyil, amma istədiyimiz kimi çalışa bilmirik. Bəzi oyunçularımız məlum səbəblərdən komanda ilə birgə deyil. Əsas yığmanın oyunçularına istirahət vermişik. Bu səbəbdən aşağı yaş qruplarından futbolçular cəlb etmişik.
- Avstriya toplanışına qədər yoxlama matçı nəzərdə tutulmamışdı.
- Bizimlə yoxlama oyununa razılıq verdiyi üçün “Bakı”ya təşəkkür edirik. Rəqibin kimliyindən asılı olmayaraq, yoxlama matçına çıxmaq vacibdi. Sadəcə, bilmirdik ki, hazırlığa başlayan komanda var, ya yox. “Bakı”nın hazır olduğunu öyrənəndə sevindim. Hələ ki ilk oyundu. Futbolçulardan istədiyimizi ala bilmirik. Bu gün hazırlığın ilk hissəsini başa vururuq. Sabah (bu gün) komanda üzvləri istirahətə buraxılacaq. İki gündən sonra Avstriyaya - təlim-məşq toplanışına yollanacağıq.
- Bir ara CAR millisinin üzvü Tokelo Rantienin adı “Qarabağ”la birgə hallanırdı. Ümumiyyətlə, yaxın günlərdə komandaya yeni futbolçular cəlb olunacaqmı?
- Bir neçə futbolçu transfer etmək istəyirik. Amma əfsuslar olsun ki, danışıq apardığımız iki futbolçu ilə son anda razılaşa bilmədik.
- Problem maliyyə ilə bağlı idi?
- Xeyr. Sadəcə, həmin futbolçulara başqa klublardan da təklif oldu. Görünür, onlar daha sərfəli təklifə üstünlük verdilər.
- Bu futbolçular arasında Rantienin adı var idi?
- Bəli, var idi. Təəssüf ki, indiyə qədər heç kimi transfer etməmişik. Bəzi futbolçularla danışıqlarımız davam edir. Rantienin transferi ilə bağlı dəqiq heç nə deyə bilmərəm.
- Muarem Muaremin komandadan gedişi gözlənilməz oldu...
- Muaremin müqaviləsinin müddəti bitmişdi. Təəssüf ki, onunla görüşmədən ayrıldım. Həmin ərəfədə Bakıda deyildim. Amma ona bildirmişdik ki, komandadan gedə bilər. Özü də buna hazır idi. Ola bilər ki, Muarem gələcəkdə yenidən komandamıza qayıtsın.
- Makedoniyalıya yeni müqavilənin təklif olunmaması elə təəssürat yaradır ki, artıq onun yerinə gələcək yeni futbolçu ilə razılığa gəlinib...
- Təəssüf ki, onun yerini doldura bilməmişik. Ola bilər, yerinə futbolçu cəlb olundu. Olmasa belə, onun boşluğunu doldura biləcək futbolçularımız var. Muaremin komandaya çox xeyri olub. Onu hamımız çox istəyirdik. Göndərmək istəməzdik. Bu mənim ən çətin qərarlarımdan biri oldu. O da peşəkar futbolçudu, belə şeyləri çox gözəl başa düşür. Bu işimizin tərkib hissəsidi.
- Muaremin ilk dönəmi uğurlu idi, yoxsa “Əskişəhərspor”dan qayıtdıqdan sonra?
- O, komandaya gələndə yeni idi, uyğunlaşmaq üçün ona çox vaxt lazım oldu. Türkiyəyə gedənə qədər də komandamıza çox fayda verirdi və yaxşı oyun nümayiş etdirirdi. Sadəcə, Türkiyədəki karyerası uğurlu olmadı, oyun praktikası çatışmırdı. Çalışdıq ki, onun bacarığından maksimum istifadə edək.
- Dani Kintananın vəziyyəti necədi?
- Ayın 20-də, Avstriya toplanışı zamanı fərdi məşqlərə başlayacaq. İşlərin axarından asılı olaraq, qayıdacağı tarix bəlli olacaq. Amma hələ onun bərpa prosesinin başa çatmasına çox var.
- Robert Prosineçkinin “Bursaspor”a gedəcəyi ilə bağlı xəbərlər yayılanda sizin də adınız milli ilə birgə hallanırdı. Ümumiyyətlə, AFFA sizə müraciət etmişdi?
- Tövsiyə etməzdim ki, siz də bunu müzakirə edəsiz. Bu, istər-istəməz hər bir baş məşqçiyə təsir edə bilər. Prosineçkinin işi göz qabağındadı. Fikrimcə, Prosineçki Azərbaycan futbolu üçün çox faydalıdı. Mən də bu haqda düşünmürəm və heç bir danışıq olmayıb. Mənim fikrim hazırda “Qarabağ”la bağlıdı. Ümumiyyətlə, bu məsələyə görə Prosineçkinin üzərinə getməyə ehtiyac yoxdu.
- Şimali İrlandiya millisinin üzvü Kayl Laffertinin adı “Qarabağ”la birgə çəkilirdi. Futbolçu özü də mətbuata açıqlamasında bildirdi ki, “Qarabağ”la danışıq aparmağa hazırdı...
- Onunla heç bir danışıq aparmamışıq. Laffertinin adı mənim transfer siyahımda olmayıb.
- Abbas Hüseynov “Qarabağ”a transfer olunsa da, Avropa Liqasında “İnter”ə kömək edəcəyi deyilir. İki klub arasında belə bir razılaşma varmı?
- Gördüyünüz kimi, Abbas komandamızladı. İkinci hissədə onu meydana buraxacam. “İnter”lə bu məsələ barədə hansısa danışıq, razılaşma yoxdu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar