23 dek 16:51manset, reportaj

"Neftçi" yarımfinala məğlubiyyətlə adladı

"Neftçi" yarımfinala məğlubiyyətlə adladı
Azarkeşlər Adil Şükürovu istefaya səslədi
Neftçi (Bakı) - Zirə 1:2 (1:1)
Neftçi: 33. Boban Baykoviç, 3. Filyo, 20. Eltun Yaqublu (22. Mahir Şükürov, 77), 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k) (7. Araz Abdullayev, 62), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya (13. Murad Ağayev, 86), 90. Jonas Pesalli, 23. Tərzin Cahangirov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov.
Baş məşqçi: Elxan Abdullayev.
Zirə: 85. Kamal Bayramov, 23. Yovan Krneta (55. Cəmil Hacıyev, 76), 5. Adil Nağıyev, 28. Təmkin Xəlilzadə, 18. Tural Cəlilov, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov (k) (17. Vüsal İsgəndərli, 75), 19. Nurlan Novruzov, 7. Gerhard Proqni (92. Cavid Tağıyev, 46), 20. Sezar Meza Kolli.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev, 38. İlkin Muradov, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Qollar: M.Duriç, 34 (0:1). R.Məmmədov, 40 (1:1). N.Novruzov, 85 (1:2).
Vərəqələr: Y.Krneta, 35. A.Nağıyev, 39. S.Meza Kolli, 57. M.Duriç, 59. E.Yaqublu, 59. Filyo, 61 - sarı.
Hakimlər: RAMİL DİNİYEV, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
21 dekabr. Bakı. Bakcell Arena. 200 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Çempionatda işləri qaydasında getməyən "Neftçi" kubokun 1/4 final mərhələsinin ilk görüşündə "Zirə" üzərində böyükhesablı qələbə qazanmışdı. Jonas Pesallinin het-triki sayəsində rəqibini 3 cavabsız qolla məğlub edən "ağ-qaralar" yarımfinala vəsiqəni böyük ölçüdə təmin etmişdi. Cavab görüşündə "qartallar"ın həmin məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmürdü. Hər nə qədər Adil Şükürov ilk dueldən sonra "cavab qarşılaşmasında 4 qol vuracağımıza inanıram" desə də. Bəlkə də "Zirə"nin baş məşqçisinin əlinin altında ötənilki heyət olsaydı, hardasa qəsəbə təmsilçisinin də yarımfinal şansını çox cüzi faizlə dəyərləndirmək olardı. Ancaq fakt budu ki, "Zirə" həmin "Zirə" deyil və komanda ötən mövsümdən fərqli qeyri-sabitlik nümayiş etdirir. Bir sözlə, "Bakcell Arena"dakı oyunda intriqa elə də böyük deyildi. Sadəcə, hər iki tərəf ili qələbə ilə başa vurmaq istəyirdi.
Oyunun əvvəlləri dinamik alınsa da, qapılar qarşısında ciddi təhlükə yaşanmırdı. 11-ci dəqiqədə "Neftçi" rəqibi əks-hücumda yaxalasa da, Rəhman cərimə meydançası daxilində yerdə qaldı. Lakin "ağ-qaralar"ın penalti istəyini Ramil Diniyev qəbul etmədi. Ardınca "Zirə"dən Nurlanın vuruşu yaddaqalan, ancaq qeyri-dəqiq alındı. Bu ərəfədə "Forza Neftçi" premyer-liqanın son turunda olduğu kimi "neftçilər ölməsin, Xəzər morqa dönməsin" şüarını səsləndirdi. 18-ci dəqiqədə Proqnı Baykoviçin qoruduğu qapıya yol tapsa da, laysman daha öncə ofsayda görə bayrağını havaya qaldırmışdı. 22-ci dəqiqədə isə Duriçin uzaqdan zərbəsindən sonra top cüzi fərqlə qapının üstündən keçdi. "Zirə"nin daha çox həmlə edəcəyi nə qədər gözlənilən idisə, "Neftçi"nin əks-hücumlara bel bağlaması bir o qədər təbii idi. 27-ci dəqiqədə Duriçin cərimə zərbəsi təhlükəli alındı. Getdikcə qəsəbə təmsilçisi təzyiqi artırır, rəqib qapısına daha çox yüklənirdi. Nəhayət, 34-cü dəqiqədə Duriç mükəmməl zərbə ilə baxımlı qol vurdu. Ancaq "Zirə"nin üstünlüyü cəmi 6 dəqiqə çəkdi. Rəhmanın cərimə zərbəsindən qapı önünə ötürməsindən sonra Rahil topu tora qovuşdurdu.
İkinci yarıya zirəlilər fəal başladı. Lakin Şükürovun yetirmələri həmlələri məntiqi sonluğa çatdırmaqda çətinlik çəkirdi. "Ağ-qaralar" isə 54-cü dəqiqədə "Zirə"yə öldürücü zərbəni vura bilərdi. Ancaq Pesallinin baş zərbəsi effektiz alındı. Getdikcə oyunda gərginlik artır, Diniyev tez-tez əlini cibinə atır, hakimin qərarları narazılıq doğururdu. Ədalət təmsilçisinin matça nəzarət etməkdə çətinlik çəkdiyi də hiss olunurdu. 68-ci dəqiqədə "Zirə"nin yenidən ümidlənməsinə Bədəlov həlledici müdaxilə ilə mane oldu. 73-cü dəqiqədə isə Vüqarın uzaqdan zərbəsindən sonra Baykoviç əla reaksiya göstərdi. Hə, bu arada "Neftçi" azarkeşləri zirəlilərin baş məşqçisinə müxtəlif atmacalar ünvanlamaqla yadda qaldılar. Onlar "dördünü vursana, Adil Şükürov", "Adil, qol, qol, qol, qol" şüarlarını bir neçə dəfə səsləndirdilər. 85-ci dəqiqədə isə Nurlanın qolu son dəqiqələrin maraqlı keçməsinə şərait yaratdı. Hərçənd diktor həmin qolu Tural Cəlilovun "ayağına yazdı". "Zirə"nin hesab arasındakı fərqi azaltmaq cəhdləri faydasız qalınca az qala 90-cı dəqiqədə təsəlli qələbəsi də əldən çıxacaqdı. Yaxşı ki üzbəüz epizodda Arazın fərqlənməsinə Kamal inanılmaz reaksiya ilə imkan vermədi. Uzatma dəqiqələrində isə azsaylı zirəli azarkeşlər Şükürovu istefaya səslədi. "Neftçi" məğlub olsa da, yarımfinala adladı və burda "ağ-qaralar" kubokun son iki finalında qarşılaşdığı "Qarabağ"la üz-üzə gələcək.
FARİZ
Belə dedilər...
Adil Şükürov: "Neftçi"ni təbrik edirəm. İki oyunun nəticəsinə görə qalib gəlib yarımfinala çıxdılar. Komanda qələbə üçün əlindən gələni etdi. Bəzi nüanslar var ki, bizə mane oldu. Kubokda dayanmağımız çempionata daha çox diqqət göstərməyimizə səbəb olacaq. Azarkeşlərin istefa şüarına gəlincə, ötən mövsüm çempionatda 2-ci olduq. Bu il azarkeşlər daha çox şey gözləyirlər. Amma bizi bura gətirən rəhbərlik var. Mən də etimadı doğrultmağa çalışıram. Düzdü, son vaxtlar sabit çıxış etmirik. Bunu düzəltməyə çalışacağıq. Qış fasiləsi ilə bağlı bəzi planlarımız var. Çalışacağıq ki, onları həyata keçirək. Amma kimləri göndərib, kimləri gətirəcəyimizi demək hələ tezdi".
Elxan Abdullayev: "Ağır oyun olacağını bilirdik. Elə də oldu. Amma istəyimizə nail olduq. Kubokda yarımfinala çıxdıq, bu, bizim üçün çox vacib idi. Komandanı təbrik edirəm. Rəqib ilk qolu vuranda narahat olmadım. Tam arxayın idim. Məşqçi kim bilirdim ki, bu mərhələni 100 faiz keçəcəyik. Amma futbolçunu rahatlaşdırmaq olmaz. "Zirə" çempionatda kimə 4 qol vurub ki, bizə o qədər qol vursun?"
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar