14 in 13:59manset

Prosineçkinin mümkün ayrılığına fərqli münasibət

Prosineçkinin mümkün ayrılığına fərqli münasibət
“Zibildən konfet düzəltmək mümkün deyil”

Robert Prosineçki artıq 3 ilə yaxındı Azərbaycandadı. Ölkənin bir nömrəli, futbol deyəndə ilk yada düşən komandasını – yığmanı çalışdırır. Berti Foqtsun 6 illik hakimiyyətindən sonra kürsüyə əyləşən xorvat mütəxəssis artıq getmək ərəfəsindədi. Daha 3 il itirildi. Yığmanın oyununda müsbətə doğru dəyişiklik olsa da, nəticə yoxdu. Uzağı DÇ-2018-in seçmə mərhələsində qrup üçüncülüyünə ümid edə bilərik. Yığma Şimali İrlandiyanı məğlub edə bilmədiyinə görə indi bəziləri Prosineçkini qınayır, digər bir qism də futbolçuları və AFFA rəhbərliyini. Xorvatın millidən ayrılmaq ehtimalı var. Getsə, günah yenə baş məşqçinin boynunda qaldı. Onsuz da 20 ildən çoxdu bütün çatışmazlıqları, problemləri yıxdıq baş məşqçilərin, futbolçuların üstünə. Bura gəlməyən mütəxəssis qalmadı. Karlos Alberto Torresdən tutmuş Robert Prosineçkiyə kimi. “Milliləşdirmədiklərimiz” də qalmadı. Bütün uğursuzluqlar qaldı baş məşqçilərin, futbolçuların boynunda. Lakin bu 20 ildə AFFA rəhbərliyindən bir nəfər çıxıb demədi ki, qardaş, bəsdir yedik, bu iş bizlik deyil, özümüzdə üz saxlayaq, sifətimizin rəngi qalsın, çıxıb gedək. Olmadı, olmayacaq da. Ölkədə nəinki futbolda, heç bir sahədə çalışan insanlarda “istefa mədəniyyəti” yoxdu. Hamı pul yemək haqda düşünür. Kresloya əyləşməzdən əvvəl yapışqan sürtürlər. Özü də 10, 15, 20 il keyfiyyətini itirməyən yapışqan.
Prosineçkinin getmək ehtimalı haqda xəbər sosial şəbəkələri də lərzəyə gətirib. Hamı buna münasibət bildirir. Odu ki, ən maraqlı fikirlərlə sizi tanış etməyi lazım bildik.
Erkin İbrahimov, jurnalist: “Robert Prosineçki Azərbaycan millisindən ayrıla bilər. Düzdü, onun davranışı həm etik baxımdan düzgün deyil, həm də peşəkarlığa sığmır. Gedən adamı da saxlamazlar. Çox da güclü məşqçi deyil. Elə onun son oyunda həyata keçirdiyi əvəzetmələr da necə mütəxəssis olduğunu deyir. AFFA rəhbərliyinin yerində olsam, “Bursaspor”dan kompensasiya almaq şərti ilə xorvatı buraxardım. Seçmə mərhələnin sonuna da 4 oyun qalıb. Sizin fikrinizcə, Prosineçki getsə, ilin sonuna kimi milliyə kim rəhbərlik etməlidi?
1. Artıq indidən yeni əcnəbi məşqçi ilə müqavilə bağlamaq lazımdı.
2. Qurban Qurbanov.
3. İndiki köməkçilər - Elxan Abdullayev və Mahmud Qurbanov.
3. Məşqçilər Şurası (Axalkatsi - Beskov - Lobanovski varıantı). 4. Heç kim, uşaqlar elə özləri yığışıb yola versinlər.
5. Tərcüməçi Aydın Rüstəmov (köməkçi-tərcüməçi Osman Rəhimov).
6. Berti Foqts”.
Elçin Zəllabdinov: “Bizdə hər şeydən əvvəl rəhbərlik dəyişməlidi. Yeni gələn rəhbərlik uşaq futbolunu inkişaf etdirməlidi. Yəni siyasət dəyişməlidi. Daha indiki AFFA prezidenti Rövnəq Abdullayev və Ramin Musayev harda “otxod” oyunçu var, ölkəyə gətirməməli, “milliləşdirməməlidi”. 10 milyon insan arasından 10 futbolçu tapmaq mümkündü. Çıxış yolu budu”.
Nəsib Nəsibov: “Yazıq Prosineçki də belə getdi. İnandırım sizi ki, Joze Mourinyo, Pep Qvardiola, Antonio Konte, Yürgen Klopp və istənilən dahi məşqçi gəlsə də, heç nə alınmayacaq. 3-4 il sonra onları da təqib edəcəyik, haqsız çıxaracağıq. Onlara da deyəcəklər ki, siz güclü baş məşqçi, güclü mütəxəssis deyilsiz. Zibildən konfet düzəltmək mümkün deyil. Heç kim bunu edə bilməz. Məşqçiyə 2-3 milyon pul verməkdənsə, uşaq futboluna yatırım olunmalıdı”.
Əli İsmayılov: “Milli komandanın gücü ölkənin çempionatından asılıdı. Liqa nə qədər yüksək səviyyəlidisə, yığma da güclü olur. Çünki məşqçilərdə seçim imkanı yaranır. Bunu mən yox, dahi futbolçular və məşqçilər deyirlər”.
Rasim Məlikov: “AFFA nəyin bahasına olur-olsun, Prosineçkini saxlamalıdı. Ondan yaxşı baş məşqçi tapacaqlar güya? Vaxt var idi meydanın mərkəzini keçə bilmirdik, topu hara gəldi vururduq. İndi isə belə deyil. Robert gələndən sonra oyunçularımızda özünəinam artıb, topla davranmağı bacarırlar. Prosineçki getsə, heyf, çox heyf olacaq”.
Tahir İsmayılov: “Öncə çempionatının səviyyəsini qaldırmaq lazımdı. Belədə futbolçular arasında rəqabət olacaq. Bölgə klublarının sayı artmalıdı. AFFA “lisenziya oyunları”na son qoymalıdı. Təmirə ehtiyacı olan stadionlar düzəldilməlidi. Regionlarda şərait yaradılmalıdı ki, inkişaf olsun. Yoxsa baş məşqçi dəyişməklə heç nə əldə olunan deyil”.
Səttar Sərdaroğlu: “Futbolumuz pis günbdədi. Baş məşqçi nə etməlidi ki? Meydana çıxıb özü oynamayacaq ki? Futbolumuzun başında duranlar baş məşqçiyə “o mənim qohumumdu, tanışımdı, oynamalıdı” deyəndən sonra yığma inkişaf edər? Bunlar varsa, baş məşqçinin günahı nədi? Bu gedişlə yığmada çox baş məşqçi dəyişəcək”.
Toni Montana: “Bizim milliyə Karlo Ançelotti, Joze Mourinyo, Arsen Venger və başqa məşqçiləri gətirsən belə, yenə nəticə əldə olunmayacaq. Çünki normal futbolçumuz yoxdu”.
Rəşad Məmmədov: “Gəlin, açıq danışaq. Azərbaycan üçün DÇ-nin seçmə mərhələsində pley-off oynamaq hələ tezdi. Lakin 3-cü yeri tutmaq olar. Heç olmasa, bunu etsinlər. Bu həm də gələcəkdə zəif rəqiblərlə qarşılaşacağımız deməkdi. Baş məşqçilik heç nə yoxdu. Tutaq ki, Prosineçki komandanı pley-offa çıxardı. Sonrası necə olacaq? İsveçlə oynaya bilərik, yoxsa Hollandiyanı keçəcəyik? Hadisələrə məntiqli yanaşmaq lazımdı”.
Kənan Paşabəyli: “Prosineçkinin gedişindən sonra yeni baş məşqçi gəlməsə də olar. Futbolçular onsuz da öz bildiklərini edirlər. Qurban Qurbanov heç də uyğun variant deyil. Onun “Qarabağ”dakı aparıcı oyunçuları əcnəbidi. Aqolli, Miçel, Şehiç, Almeyda, Kintana və başqaları. Bizim yığmaya ciddi, xarakterli və xarizması olan lazımdı. Təbii ki, futbol savadı olan. Məsələn, Kurban Berdıyev, Mirça Luçesku və başqaları. Yeri gəlmişkən, hazırda Luçesku “Zenit”dən ayrılıb, işsizdi. Düzdü, inanmıram ki, o bizim millini seçsin. Amma seçsə, çox yaxşı variantdı”.
Əlibəy Məmmədov: “Yadıma gəlir, Şahin Diniyevin vaxtında Finlandiyanı 1:0 udmuşduq. Komanda hesabda öndə ola-ola futbolçularımız topu auta, qabağa, hara gəldi vururdular ki, vaxtı uzatsınlar. Elə qələbədənsə, Şimali İrlandiya ilə kimi oynayıb uduzmaq yaxşıdı. Prosineçkinin yığmasında inkişaf var, bunu danmaq olmaz. Amma AFFA gedib SOCAR-ın plakatına görə milyonlar xərcləyir. Bundansa, akademiyalar tiksinlər, liqada klublarımıza dəstək olsunlar. 8 komanda ilə bu iş olmaz. Riçard Almeyda nəyə görə gəlib millinin formasını geyməlidi? 10 milyon arasında bir futbolçu yoxdu ki?”
ŞƏFİ ŞƏFİYEV hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar