12 in 20:42manset

Bakı pivəsi britaniyalı fanatları məftun edib

Bakı pivəsi britaniyalı fanatları məftun edib
Konus: “Klublarınız yığmanızdan daha yaxşı nəticələrə imza atıblar”

Şənbə günü keçirilən Azərbaycan – Şimali İrlandiya matçını izləyənlər arasında yetərincə qonaq azarkeşə rast gəlmək mümkün idi. Adətən, britaniyalıların soyuqqanlı, daha mühafizəkar olduğunu görmüşük. Ancaq eyni fikirləri adalılara şamil etmək olmaz. Maykl O’Nilin yetirmələrini dəstəkləmək üçün Bakıya təşrif buyuran adalılar oyunun başlamasına bir saatdan da çox qalmasına baxmayaraq, “Tofiq Bəhramov”dakı kafeləri zəbt edərək, pivə içə-içə danışıb-gülür, öz aralarında zarafatlar edirdilər. Şimali İrlandiyanın formasını geyən fanatların bəziləri üzlərinə hər iki ölkənin bayraqlarını çəkmişdilər ki, bu da kənardan çox xoş görünürdü. Fürsətdən istifadə edib təxminən 10-12 nəfərdən ibarət qrupa yaxınlaşıb söhbətləşmək istədiyimi bildirdim. Aralarında həm gənc, həm də yaşlı fanatlar var idi. Qonaqlar böyük məmnuniyyətlə suallarımı cavablayacaqlarını bildirdilər. İlk həmsöhbətim 32 yaşlı Ton Konus oldu.
- Azərbaycanı çox bəyəndim. Bakı əsl Avropa şəhəridi. İki gündü burdayam və açığı, paytaxtınızın belə gözəl olacağını təsəvvür etmirdim. İnsanlarına isə söz ola bilməz. Çox mehriban və gülərüz xalqsız. Yığmanın azarkeşi olduğumdan, onun səfər oyunlarını canlı izləmək, milliyə dəstək olmaq üçün Avropanın bir çox ölkələrinə səyahət etmişəm. Tam səmimi deyriəm ki, bəyəndiyim şəhərlər arasında Bakı “üçlük”dədi.
- Aranızda Bakıda yaşayan var, yoxsa hamınız Şimali İrlandiyadan gəlmisiz?
- Bizim qrupumuzda yer alanların hamısı Şimali İrlandiyadan məhz bu oyun üçün Azərbaycana gəlib. Ancaq Bakıda yaşayan irlandiyalılar da az deyil. Onlar sizin ölkənizdə müxtəlif şirkətlərdə çalışırlar. Bakıda yaşayan həmvətənlərimiz də O’Nilin komandasına dəstək olmaq üçün stadiona gəliblər.
- Bugünki oyunla bağlı proqnozlarını bilmək istərdim.
- Məncə, oyun 2:0 olacaq və millimiz Bakıdan 3 xalla geri dönəcək.
- Şimali İrlandiyanın qələbə qazanacağına çox əminsən. Ancaq unutma ki, bir dəfə millinizi Bakıdan əliboş yola salmışıq.
- Həmin oyuna gələ bilməsəm də, onu yaxşı xatırlayıram. Ancaq Belfastda baş tutan ilk görüş məndə belə fikir formalaşdırıb ki, bu dəfə də qalibiyyət bizim olacaq.
- Azərbaycan futbolu haqda hansı fikirdəsən?
- Açığı, elə də geniş bilgiyə malik deyiləm. Ancaq bilirəm ki, beynəlxalq səviyyədə klublarınız yığmanızdan daha yaxşı nəticələrə imza atıblar. Lakin Prosineçkinin də komandası zəif deyil. Bizdə isə əksinədi. Klublarımız avrokuboklarda zəif olsalar da, O’Nilin komandası azarkeşləri sevindirir. Milli Fransadakı Avropa çempionatından sonra gələn il Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmağa yaxındı.
İnşaat mühəndisi olan 48 yaşlı Maykl Tompson isə qarşılamanın heç-heçə başa çatacağını proqnozlaşdırdığını bildirdi.
- Yığmanın bütün səfər oyunlarına gedirsiz?
- Böyük bir tikinti şirkətində çalışdığımdan bu heç də hər dəfə mümkün olmur. İldə bir və ya iki dəfə səfərə çıxa bilirəm. Ancaq Belfastda yaşadığımdan yığmanın bütün ev oyunlarını tribunadan izləyirəm. Uşaq yaşlarımdan millimizə azarkeşlik edirəm. Belfastın şimalında kiçik bir qəsəbədə yaşayıram. Bizim orda gözəl barımız var. Hər axşam dostlarla pivə içə-içə həm Şimali İrlandiya, həm də dünya futbolunu müzakirə edir, oyunlara baxırıq.
- Gördüyüm qədər futbol qədər pivəni də çox sevirsiz. Bakı pivəsini bəyəndiz?
- Çox dadlıdı. Bizim pivələrin dadı bir başqadı. Ancaq sizinkilər bir qədər yumşaqdı ki, bu da ürəyimcədi. Əslində biz irlandlar daha çox tünd içkiləri sevirik. Misal üçün viski, rom. Ancaq burda yaşayan irlandlar mənə deyiblər ki, siz daha çox rus arağına üstünlük verirsiz.
- Millidən başqa hansı kluba azarkeşlik edirsiz?
- Corc Besti tanıyırsız?
- Bəli, “Mançester Yunayted”in əfsanəsi olub.
- O nəinki “Mançester Yunayted”in, Şimali İrlandiyanın əfsanəsidi. Gözümü açandan onu sevmişik, ona fanatlıq etmişik. Məhz Bestə görə də “qırmızı şeytanlar”ı seçmişəm və onları dəstəkləyirəm. Bəzən imkan tapanda həftəsonları Mançesterə yollanıb, komandanın oyununu canlı izləyirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar