12 in 20:38manset

O’Nil bərabərliyə də razı imiş...

O’Nil bərabərliyə də razı imiş...
Prosineçki AFFA prezidenti və baş katiblə danışacaq

Matçdan sonra hər iki yığmanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə jurnalsitlər önünə qələbədən xeyli məmnun görünən Şimali İrlandiyanın çalışdırcısı Maykl O’Nil çıxdı. Mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşdü: “Çətin oyun oldu. Yaxşı komandaya qarşı çıxış etdik. Robert Prosineçki çox yaxşı komanda qurub. Əsas qol vurmaq idi ki, bunu da bacardıq. Bəzi oyunçularımız müxtəlif səbəblərdən olmasa da, lazımi nəticəni əldə edə bildik”.
- Conni Evansın bugünkü çıxışını necə dəyərləndirərdiz?
- Evansın çıxışından razı qaldım. Mərkəz müdafiəçisinə xas olan oyunu göstərdi. Komandanın liderlərindən biri idi.
- Namiq Ələsgərova qarşı kobudluq zamanı hakim cərimə zərbəsi vermədi. Sizin fikrinizcə, orda kobudluq var idi? Ümumiyyətlə, ispan referinin idarəçilyindən razı qaldız?
- Hakimlikdən çox razı qaldım. Həmin məqamda müdaxilə cərimə meydanından kənarda idi.
- Azərbaycan millisi Şimali İrlandiyadan daha üstün oyun sərgilədi. Sizcə, matçın yekun hesabı ədalətli idi?
- Həqiqətən də çox maraqlı, gərgin, prinsipial 90 dəqiqə izlədik. İlk hissədə bizim də qol vəziyyətlərimiz oldu, sadəcə, dəyərləndirə bilmədik. Qrupda lider Almaniyadı. Bizim məqsədimiz ikinci yeri tutmaqdı.
- Belə demək olar ki, meydana baxımlı oyun üçün yox, sırf nəticə qazanmaq məqsədiylə çıxmışdız?
- Bizim üçün belə hava şəraitində oynamaq çətin idi. Havanın hərarəti çox yüksək idi. Bundan başqa Avropa çempionatındakı heyətdən 7 nəfər heyətdə yer almamışdı. Bu üzdən bizim üçün əsas nəticə idi ki, buna da nail olduq.
- Belfastdakı oyunla Bakıdakı matç arasında nə fərq var idi?
- Belfastda bizim oyunumuz daha yaxşı alınmışdı. Demək olar ki, futbolçularım verdiyim bütün tapşırıqları yerinə yetirməyi bacarmışdılar. Azərbaycan bu gün daha çox ötürmə etdi, topa sahib oldu. Rəqibin belə oynayacağını bilirdik. Buna görə də oyunu əks-hücum üzərində qurmuşduq. Qeyd etdiyim kimi, bu gün bizə baxımlı oyundan daha çox nəticə önəmli idi. Prosineçkinin komandası ilk qarşılaşmadan fərqli bu dəfə daha güclü təsir bağışladı və matçboyu bizə çətin anlar yaşatdılar.
- Azərbaycan yığmasında kimi fərqləndirə bilərsiz?
- İlk növbədə komanda oyununu vurğulamaq istəyirəm. Azərbaycanın çox güclü kapitanı var. Riçard Almeyda, Qara Qarayev, Ramil Şeydayevi də vurğulaya bilərəm. İnanıram ki, növbəti seçmə mərhələdə daha yaxşı nəticələr əldə edəcəksiz.
- Oyun heç-heçə başa çatsaydı, hesab sizi qane edəcəkdi?
- Xoşbəxtəm ki, qələbə qazandıq. Bərabərliyə də razı olardım. Əsas odu ki, bu nəticədən sonra qrupdan çıxmaq şansımız daha da artdı.
O’Nilin ardından konfrans zalına Robert Prosineçki daxil oldu. Həmkarından fərqli, xorvat çalışdırıcının üzündən həm yorğunluq, həm də məyusluq yağırdı. Millinin də çalışdırıcısı sualları cavablanmamış 90 dəqiqə ilə bağlı fikirlərini bölüşdü: “Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur. Bu gün bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin azarkeşlər də, siz də yığmadan razı qaldız. Uşaqlar baxımlı oyun sərgilədi və qələbə üçün hər şey etdilər”.
- Almaniya ilə oyunda meydanda ən yaxşılardan olan Dmitri Nazarov bu gün çox zəif təsir bağışladı. Sizə elə gəlmir ki, oyunboyu gözə görünməyən, yalnız ilk hissədə qapı istiqamətində bir zərbə vuran yarımmüdafiəçini gec əvəzlədiz?
- Ola bilər.
- Meydanda intizamlı, topu ayağında saxlayan komanda gördük ki, bu da bizi sevindirdi. Heç şübhəsiz, bu məğlubiyyət futbolçulara psixoloji cəhətdən təsir edəcək və növbəti matçlara onları hazırlamaq sizin üçün çətin olmayacaq?
- İndi millinin oyunçuları tətilə gedirlər. Sonra “Qarabağ” Çempionlar Liqasında, digər klublar Avropa Liqasında çıxış edəcəklər. Futbolda belə hadisələr olur. Qarşılaşma başa çatandan sonra statistikaya baxdım. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik. Fikrimcə, qrupdakı növbəti oyunlara qədər futbolçular özünə gələ biləcək.
- Bu gün meydanda sanki “Qarabağ” oynayırdı. Bu sistem gələcəkdə də davam edəcək?
- Mən yığmanın baş məşqçisi təyin olunandan komanda eyni sistemlə oynayır. Bu gün yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol imkanımız var idi. Namiqi yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi təyin etmədi. Mən komandamdan razı qaldım.
- Bu gün meydanda Nazarov və Kamran Ağayevi çıxmaq şərti ilə 9 nəfər qələbə üçün oynayırdı. Nazarovla bağlı danışdız. 70-ci dəqiqədən sonra Kamranın vaxt “öldürməsinə” münasibətinizi bilmək istərdik.
- Kamran vaxt öldürürdü?.. 70-ci dəqiqədən sonra iki qol şansımız oldu.
- 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Bu taktika ilə qələbə qazanmaq olardı?
- Qeyd etdiyiniz vəziyyət yadımda deyil. Onu deyə bilərəm ki, bu gün güclü Azərbaycan yığmasını izlədik. Şimali İrlandiya güclü komandadı. 10 nəfərlə müdafiə olunsalar da, 4 qol vəziyyəti yaratdıq. Bircə dəfə səhvə yol verdik, qol buraxdıq. 4 vəziyyətdən ikisini qola çevirə bilsəydik, bu, son illərin ən güclü Azərbaycan yığması olardı. Norveçə qarşı fərqli oynayıb qələbə qazandıq. Ancaq bu gün üstün oynasaq da, məğlub olduq.
- Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıq aparmaq üçün Türkiyəyə gedəcəksiz. Yayılan söz–söhbətlər həqiqəti əks etdirir, yoxsa şayiələrdi?
- Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var. Bəlkə mənim getməyimi istəyirsiz?
- Ancaq siz sualdan yayındız. Meneceriniz qəzetimizə açıqlamasında “Valensiya”dan təklif gəlsə də, Prosineçki qəbul etmədi. “Bursaspor” rəsmiləriylə isə görüşməmişik” söyləyib. Buna baxmayaraq, Türkiyə mətbuatı hər gün sizinlə bağlı müxtəlif xəbərlər paylaşır. Məsələ ilə bağlı siz Serbiya mətbuatına, meneceriniz isə Türkiyə mediasına açıqlamalar verir. Söhbət Azərbaycan millisinin baş məşqçisindən gedirsə, biz də bilmək istəyirik, baş məşqçi dekabrın 4-nə kimi Azərbaycanda qalıb işini davam etdirəcək, yoxsa başqa ölkəyə üz tutacaq?
- (sualı cavablamamış su içmək istəyərkən ehtiyatsızlıqdan stəkanı sındırdı) Həqiqətən də mənim getməyimi istəyirsiz? Bu məsələ ilə bağlı sizə açıqlama verməmişdən öncə AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nəsə deyə bilərəm.
- Stadiona toplaşan 30 min azarkeşə hansısa sözünüz var?
- Hər bir azarkeşin öz fikri var. Mən dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Bu gün meydana çıxan futbolçularım can-başla vuruşdular. Bacardıqlarını meydanda göstərdilər. Bəli, futbolda nəticə çox vacibdi. Amma uşaqlar bu gün əllərindən gələni etdilər.
- Düşünmək olar ki, Riçard Almeydanın simasında axtardığınız oyunçunu tapmısız?
- Almeyda artıq 6 ildi Azərbaycandadı. Oyunçuların əksəriyyətini çempionatdan tanıyır. Maksim, Qara, Rəşad, Bədavi, Namiq, Əfranla bir yerdə top qovur. Almeyda o oyunçuları məndən yaxşı tanıyır. Uyğunlaşma prosesində heç bir çətinliyi yoxdu. Bəli, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridi. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdı. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram.
RƏŞAD
Hello there,

My name is Aly and I would like to know if you would have any interest to have your website here at football-plus.az promoted as a resource on our blog alychidesigns.com ?

We are in the midst of updating our broken link resources to include current and up to date resources for our readers. Our resource links are manually approved allowing us to mark a link as a do-follow link as well
.
If you may be interested please in being included as a resource on our blog, please let me know.

Thanks,
Aly

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar