09 in 22:45manset

Millinin yeni forması xöş qarşılanmadı

Millinin yeni forması xöş qarşılanmadı
Nərimanoğlu: “Nike”ın geyim dəstləri həm qiymət, həm də keyfiyyət baxımından daha yaxşıdı”

Ötən sayımızda AFFA ilə dünyaca məhşur “Nike” firması arasında əməkdaşlıq müqaviləsinin imzalandığını, yığmanın Şimali İrlandiya ilə matça adını qeyd etdiyimiz şirkətin geyim dəstlərində çıxacağını xəbər vermişdik. Dünən assosiasiyanın saytında və “feysbuk” səhifəsində Robert Prosineçkinin yetirmələrinin yeni formaları ictaimaiyyətə təqdim olunub.
Ancaq millinin şənbə günü ilk dəfə meydana çıxacağı yeni geyim dəstləri heç də zövqləri oxşamayıb desək, yanılmarıq. Düzdü, “Nike” idman malları istehsalı sahəsində dünyanın ən öndə gedən şirkətlərdən biri hesab olunur. Mənzil qərərgağı Amerikanın Oreqon ştatının Biverton şəhərində yerləşən kompaniya son dünya çempionatında iştirak edən 32 komandadan onunu - İngilətərə, Braziliya,Yunanıstan, Xorvatiya, Cənubi Koreya, Portuqaliya, ABŞ, Avstraliya, Hollandiya və Fransanı geyim dəsti ilə təmin edib. Kriştiano Ronaldo kimi meqastar məhz bu firmanın istehsalı olan idman geyimlərindən istifadə edir. AFFA-nın da dünyanın sayılıb-seçilən yığmalarının əməkdaşlıq etdiyi şirkətlə əməkdaşlıq müqaviləsi imzalaması təqdirəlayiqdi. Ancaq ada aldanıb, millini dizayn cəhətdən bərbad forma ilə meydana çıxarmaq heç bir çərçivəyə sığmır. Yeni geyim dəstinin rəng ahəngi çox qəribədi. Formanın çox hissəsi göy rəngdə, çiyin hissələri isə tünd-göydü. Eynilə Fransa və Belçika yığmalarında olduğu kimi. Belə çıxır ki, “Nike” adını qeyd etdiyimiz millilər üçün hazırladığı geyim dəstlərindən artıq qalanını AFFA-ya verib və 11 faizlik endirimin də kökündə məhz bu amil durur. Bizim başbilənlər isə “yankilər”in endirim kampaniyasına aldanaraq, əməkdaşlıq müqaviləsinə qol çəkiblər. Əks halda rəsmilər heç olmasa, yeni formaların dizaynı ilə maraqlanar, ortaya fransız və belçikalıların istifadə etdiyi formadan fərqli geyim dəsti çıxarardılar.
Yeni geyim dəstlərinin dizaynı ilə bağlı müəmmaya aydınlıq gətirmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq: “Yığmanın yeni geyim dəsti Fransa və Belçika millilərinin istifadə etdiyi formalarla eynidi” fikri ilə razıyıq. Çünki hər üç milli “Nike” firmasının istehsal etdiyi dəstlərdən istifadə edir. Formanın dizaynı da “Nike”ın özünə məxsusdu. Bildiyiniz kimi, “Umbro” ilə müqavilənin müddəti başa çatmışdı. AFFA yeni formalarla bağlı idman geyimləri istehsal edən müxtəlif şirkətlərə müraciət etdi. Onların arasında “Nike”ın şərtləri daha münasib olduğundan onlarla anlaşdıq. Bu firmanın geyim dəstləri həm qiymət, həm də keyfiyyət baxımından o birilərdən daha yaxşıdı. Tutaq ki, biz endirimə görə onlarla anlaşmağa qərar verdik. Bəs Fransa və Belçiykaya nə deyirsiz? İndiki durumda hamı daha az vəsaitlə daha keyfiyyətli mal əldə etməyə çalışır. Bu, standart dizayndı. Bizim istəyimizə uyğun dizayna əlavə olunsaydı, buna görə də xərcə düşəcəkdik.Yığmanın səfər forması qırmızı, üçüncü dəst isə ağ rəngdə olacaq”.
Millinin istifadəsinə verilən yeni formalar sosial şəbəkələrdə də geniş müzakirə olunur. AFFA-nın “feysbuk” səhifəsində yeni geyim dəsti ictimaiyyətə təqdim olununca, istifadəçilər müxtəlif fikirlər paylaşıblar ki, onların bəziləri ilə sizləri də tanış edirik. Elsevər Əşrəfli: “Bu nə formadı? Görmüşük yeni forma əvvəlkindən yaxşı olsun. Bu bəlkə də millinin ən pis formalarındandı. “Nike”a yaraşmadı”.
Sevda Məmmədova: “Fransanın anbarda artıq qalan formalarının üstünə AFFA yazıb göndəriblər. Aşağı liqa komandalarının kasıb formasına bənzəyir”.
Rüstəm Mehdizadə: “Deyəsən, endirim vaxtı “United sport”dan alıb üzərinə AFFA-nın emblemini vurublar”.
Tuncay Əhmədov: “ Bu gün dünya bazarında “Nike” və “Adidas” brendləri keyfiyyətli hesab olunur. Sadəcə, bu brendlərin hansı səviyyəsindən istifadə olunması məsələsi var. “Umbro” “Nike”dan bütün göstəricilərdə geri qalır. Amma millimizin formasına ilk dəfə baxanda məlum olur ki, yeni formalar “Nike”ın üst səviyyəsi deyil. Çox təəssüf”.
T-DesignStudio: “Milli komandamızın formasının dizaynı elə gözəl olmalıdı ki, hər kəs alıb geyinmək istəsin. Gözləntilərimiz daha böyük idi”.
Əfqan Qurbanzadə: “Nike” və milli loqomuz olmasa, Binədə 3 manata çölə qoyular bu forma. Heyif, çox heyif. “Nike”ın adını görəndə millət necə də həvəslənmişdi”.
Əli Məmməd Zaleh: “AFFA, sizdə bunu kim bəyənib? Bəlkə məzələniblər, xəbəriniz yoxdu? Belə forma olar?”
Qasımızadə: “Fransanın formasına oxşayır. Heç olmasa, çiyin hissəsindəki tünd-göyü qırmızı ilə əvəzləyəydilər. Belə etsəydilər, daha yaxşı olardı”.
Azər İsalı: “Bu nədi? Milliyə metrolarda məlumat verən könüllülərin formasını geyindiriblər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar