07 in 18:42manset

U-21 Avstriyada biabırçı hesabla uduzdu

U-21 Avstriyada biabırçı hesabla uduzdu
Elnur Cəfərov “Neftçi”yə keçir

21 yaşadək futbolçulardan ibarət yığma iyunun 3-dən Avstriyadadı. Yaşar Vahabzadənin komandası dünən bu ölkədə Avropa çempionatının final mərhələsinə hazırlaşan Çexiya ilə yoxlama oyununda gücünü sınayıb. Oyunun nəticəsi haqda məlumat verməmiş yığmanın düşərgəsindəki yenilikləri diqqətinizə çatdıraq. U-21 Zaltsburqa 19 nəfərlik heyətlə yollanıb. Yaşar Vahabzadə mayın 27-də Bakıda start götürən təlim-məşq toplanışına dəvət etdiyi 23 nəfərlik heyətdən 5 nəfəri ixtisar edib. Ozancan Kökcünün zədə səbəbindən yığmanı ayın 3-ü səhər saatlarında tərk etdiyini xəbər vermişdik. Bundan başqa, “Sumqayıt”ın iki üzvü - Xəyal Nəcəfov və Fərid Kərimzadə, “Səbail”li Təyyar Məmmədov və Xorvatiya “Duqopolye”sində çıxış edən Elnur Cəfərov Avstriyaya aparılmayıb. Ancaq nədənsə sonuncunun heyətdən kənarda qalması söz-söhbətə səbəb olub. Guya Yaşar Vahabzadə yarımmüdafiəçini U-21-in düşərgəsindən qovub. Buna səbəb kimi Elnurun millidə baş məşqçiyə problem yaratması, Vahabzadənin tapşırıqlarını yerinə yetirməyən Cəfərovun ona cavab qaytarması əsas göstərilir.
Hərçənd Elnur apasport.az saytına açıqlama verərək, bu məlumatı təkzib edib: “Millidən qovulmağım haqda xəbər doğru deyil. Komandadan zədəli olduğuma görə ayrı düşmüşəm. Bunu iddia edənlər mənimlə prinsip aparanlardı. Belə şeylərə fikir vermirəm. Ayağımda problem var, bu üzdən Avstriyaya gedə bilmədim”.
Doğrudan da Elnurun zədəsi var. Düzdü, zədə ciddi deyil. Sadəcə, Xorvatiyada “papağını günə yandıran” yarımmüdafiəçi formadan düşüb. Vahabzadəni də bu məqam narazı salıb və onun xidmətindən imtina edib. Ancaq əsas səbəb tam başqadı. Məsələ burasındadı ki, Elnur Cəfərov özünə yeni klub tapıb. “Xəzər Lənkəran”ın sabiq üzvü “gəmiçilər”in əzəli rəqibinə, yəni “Neftçi”yə keçir. Dünən etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, tərəflər artıq razılığa gəlib. Elnurun millinin oyununa can yandırmaması Bakıda qalıb baş məşqçi Elxan Abdullayevlə görüşmək və keçidinə nöqtə qoymaq istəyi ilə bağlıdı.
Əvəzində yığmaya yeni futbolçu dəvət edilib. Söhbət Danimarkanın “Hobro” klubunun türk əsilli yarımmüdafiəçisi Onur Albayrakdan gedir. 1996-cı il avqustun 28-də Danimarkada dünyaya gələn Onurun ilk komandası bu ölkədə çıxış edən “Vatanspor” olub. 15 yaşında “Randers”in yolunu tutan futbolçu 2015/16 mövsümündə bu klubun U-19 komandasının formasını geyib. Ötən il “Hobro” ilə müqavilə imzalayan Onur son mövsümdə birinci divizion təmsilçisinin heyətində cəmi 5 çempionat matçında (ümumilikdə 43 dəqiqə) meydana çıxıb. Yığmamızın debütantının aşağı liqada 1-ci yeri tutaraq superliqaya vəsiqə qazanan “Hobro” ilə müqaviləsinin müddəti bu ayın sonunda bitəcək. Onur Danimarkanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib. U-17 komandasının heyətində keçirdiyi 4 görüşdə 1 qol vuran 21 yaşlı yarımmüdafiəçi 2013-cü ildə U-18 yığmasında 2 görüşdə meydana çıxıb.
Beləliklə, Yaşar Vahabzadə səfərə 19 futbolçu aparıb: Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi “Neftçi”), Eltun Turabov, Mahir Mədətov, Elgün Uluxanov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Oleq Hüseynov, Sərtan Taşkın, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Qismət Alıyev (Qəbələ), İlyas Səfərzadə (Kəpəz), Alen Askerov (“NK Noviqrad”, Xorvatiya), Onur Albayrak (“Hobro”, Danimarka), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Sərkan Baloğlu (“Ştutqart”, Almaniya), Mustafa Ozhitay (“SSV Ulm 1846”, Almaniya).
Oyuna gəlincə, U-21 Çexiyanın önünə Mustafa Ozhitay, Yusif Nəbiyev, Bəhlul Mustafazadə, Sərtan Taşkın, Onur Albayrak, Vüqar Həsənov, Budaq Nəsirov, İlyas Səfərzadə, Ehtiram Şahverdiyev, Fəhmin Muradbəyli və Mahir Mədətovdan ibarət “11-lik”lə çıxdı. Ancaq baş məşqçinin heyət seçiminin yanlış olduğu 22 dəqiqə ərzində üzə çıxdı. Artıq 7-ci dəqiqədə Martin Hasek müdafiədəki boşluqdan yararlanıb millimizin qapısına yol tapdı. İlk yarıda qeydə alınan digər 2 qol isə standart vəziyyətlərdən vuruldu. 13-cü dəqiqədə Filip Panak künc zərbəsindən qapı qarşısına göndərilən topu tora qovuşdurdu. 22-ci dəqiqədə isə Daniel Holzer 25-27 metrdən yerinə yetirdiyi cərimə vuruşuyla hesabı darmadağın həddinə çatdırdı.
İkinci hissədə çexlər daha 2 dəfə fərqləndi. 64-cü dəqiqədə Bəhlul Mustafazadə ofsaydı pozdu ki, rəqib qapıçıyla təkbətək çıxdı. İnamsız görünən Mustafa isə çexiyalı hücumçunu kobudluqla dayandırmalı oldu ki, hakim tərəddüd etmədən penalti təyin etdi. Domnik Masek növbəti standart vəziyyətdən maksimum yararlandı. Bundan bir qədər sonra çexlər fərqi 5 tiopa çatdırdı. 76-cı dəqiqədə Marek Havlik təkbətəkdən məharətlə yararlanaraq, matçın yekun nəticəsini müəyyənləşdirdi – 5:0. Beləliklə, U-21 rəqib qapısı qarşısında bir təhlükəli vəziyyət belə yaratmadan, müqavimətsiz təslim olaraq, biabırçı hesabla uduzdu.
Qeyd edək ki, U-21 çexlərlə iyunun 8-də yenidən qarşılaşacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar