07 in 14:15manset

Ruslan Qurbanov “yalnız və yalnız qələbə” dedi

Ruslan Qurbanov “yalnız və yalnız qələbə” dedi
“Azarkeşlərdən xahiş edirəm, həmin atmosferi ayın 10-da da yaratsınlar”

Yığma Avstriyada ikihəftəlik təlim-məşq toplanışını başa vurub vətənə qayıtdı. Mayın 15-də Bakıda bir araya gələn, 5 gün sonra Motsartın vətəninə yola düşən milli üzvləri 14 gün ərzində Şimali İrlandiya ilə vacib oyuna hazırlaşdı. Lakin qanqaraldıcı xəbər ölkənin bir nömrəli komandasının Avstriyada yoldaşlıq görüşü keçirmək üçün rəqib tapa bilməməsi oldu. Halbuki bir aydı futbolsuz qalan bir çox futbolçulara belə oyun lazım idi. Oyun təcrübəsinin azlığının iyunun 10-da millinin çıxışına necə təsir edəcəyini zaman göstərəcək. Biz isə belə məqamda üç həftədi Robert Prosineçkinin sərəncamında olan futbolçulardan biri – Ruslan Qurbanov ilə danışmağı lazım bildik. Baş məşqçinin verdiyi birgünlük fasiləni dincəlməyə həsr etmək istəyən futbolçu danışmaqdan boyun qaçırmadı.
- Ağır təlim-məşq toplanışından sonra özünü necə hiss edirsən?
- Hər şey əladi. Çox yaxşı hazırlıq keçdik. Əsas odu ki, yaradılan şərait mükəmməl idi. Yeganə problem yoldaşlıq görüşü keçirməməyimiz oldu. Amma yenə də bacardığımızın ən yaxşısını etməyə çalışdıq.
- Avstriyada, adətən, havalar qeyri-sabit keçir. Xüsusən də yağışlar normal hazırlıq keçməyə imkan vermir.
- Bilirəm, əvvəllər başımıza gəlib. Amma bu dəfə hava əla idi. Düzdü, arabir yağış yağırdı. Ancaq məşqi təxirə salacaq dərəcədə deyildi. Əsl yaz havası idi.
- Gərgin mövsümdən sonra cəmi 10 günlük fasilə oldu və yenidən yığmaya qoşuldun. Orqanizm tab gətirir? Yorğun olmamaq istəsən də, mümkün deyil.
- Əlbəttə, müəyyən mənada yorğunluq var. İnsanıq, robot deyilik ki. 8-9 ay ərzində üç “cəbhə”də mübarizə aparmaq istər-istəməz enerji alır. Amma belə şeylərə fikir verməməliyik. Futbolu özümüzə sənət seçmişiksə, bütün çətinliklərə, fiziki yüklənmələrə dözməliyik. İdmançının başqalarından fərqi də məhz yüklənməyə dözməsidi. Biz yorğunluqdan gileylənsək, onda Avropadakılar nə etsin? İl ərzində bizdən də çox oyun keçirirlər. Elə futbolçu var ki, 50-60 görüşə çıxır. Onlar yorğunluqdan gileylənmirsə, bizim nəsə demək haqqımız yoxdu. İşləməliyik, oynamalıyıq. Başqa yolumuz yoxdu.
- Dediyin kimi, yoldaşlıq görüşü keçirə bilmədiz. Bir aydan artıq müddətdə futbolçuların oyun təcrübəsindən məhrum olması Şimali İrlandiya ilə matç ərəfəsində həyəcan siqnalı deyil ki?
- Təbii ki, oynasaydıq, daha yaxşı olardı. Hamımız sınaq görüşünün baş tutmasını istəyirdik. Ancaq alınmadı.
- Niyə?
- Bunun səbəbi Azərbaycanda mövsümün daha erkən başa çatmasıydı. Biz istirahət edəndə, hazırlığa başlayanda, demək olar, bütün ölkələrdə çempionatlar davam edirdi, yığmalar bir araya gəlməmişdi. Çempionatlar mayın sonunda başa çatdı ki, futbolçular istirahətə buraxıldı. Ona görə də rəqibsiz qaldıq. Yeganə səbəb bu idi. Buna baxmayaraq, baş məşqçi boşluğu doldurmağa çalışdı.
- Necə?
- Öz aramızda ikitərəfli oyun keçirdik. Fikrimcə, olduqca faydalı alındı. Çünki hamı meydanda can qoyurdu, xüsusi istək var idi.
- Düzünü desəm, yığmanın Avstriyada yoldaşlıq görüşü keçirmədiyinə dair şübhələr var. Sanki oynamısız, sadəcə, Prosineçki bunun mətbuata çıxmasını istəməyib.
- Xeyr, belə şey olmayıb. Başa düşmədim, niyə istəməsin ki?
- Şimali İrlandiyanın rəsmiləri millimizin Riçard Almeydalı oyun modelini görməsin deyə.
- Tam səmimiyyətimlə deyirəm ki, hansısa rəqiblə yoldaşlıq görüşü keçirməmişik. İndi elə vəziyyət yaranıb ki, hansısa məlumatı əldə etmək su içmək qədər asandı. Lap oyun britaniyalılardan gizlədilsə belə, onlar hansısa yolla videoyazını tapacaqlar. Yaxud rəqib vasitəsiylə lazım olan bilgiləri alacaqlar. Digər tərəfdən, oynasaydıq, rəqib komandanın təmsil etdiyi ölkənin jurnalistləri bu haqda yazardı. Təsəvvür edin, Azərbaycanla yoldaşlıq görüşü keçirilir və bu haqda rəqibin ölkəsində heç nə yazılmır. Mümkün deyil!
- Düşərgədə ab-hava necədi? Yorğunluq əhval-ruhiyyənizə təsir edir?
- Atmosfer əladı Uşaqlar yaxşı başa düşür ki, bacardıqlarının 100 faizini ortaya qoymaq azdı. 150-200 faiz hazır olmalıyıq, çalışmalıyıq. Necə hazırlıq keçdiyimizi ən yaxşı baş məşqçi görə bilərdi. Toplanış başa çatandan sonra Prosineçki hər birimizin çalışqanlığından razı qaldığını deyib, bir-bir əlimizi sıxdı.
- Şimali İrlandiya ilə oyun yığmanın tarixi ərzində ən vacib qarşılaşmalarından biri, hətta birincisidi deyərdim. Belə olan halda, millidən hər zaman görmədiyimiz yeni oyun modeli gözləməyə dəyər? Rəqibi təəccübləndirəcək oyunu nəzərdə tuturam.
- Onsuz da Prosineçkinin gəlişindən sonra yığmanın oyun üslubu dəyişib. İndi hücum futbolu oynayırıq, topu özümüzdə saxlamağa çalışırıq, məntiqli hücumlar qururuq. Zamanla daha yaxşı olacağına əminəm. Sadəcə, bir az vaxt lazımdı.
- Sualdan yayındın...
- Hansı taktiki sxemlə və necə oynayacağımızı baş məşqçi bilir. Oyuna 6 gün vaxt var. Ona görə də indidən nəsə demək çətindi. Onsuz da oyun modelindən asılı olmayaraq, meydana 6 xal üçün çıxacağıq. Bu o qələbələrdən olmalıdı ki, istəyimizə çatıb hesabımıza 6 xal yazdıraq (“6 xallıq oyundu” demək istəyir – H.).
- Futbolsevərləri maraqlandıran əsas sual Riçard Almeyda ilə bağlıdı. Əvvəl iyunun 10-da oynayıb-oynamayacağı haqda “baş sındırırdıq”, indi də başqa sual yaranıb: Almeyda yeni komandada özünü necə hiss edirdi?
- Yığma Riçi üçün yeni komanda deyil. Futbolçuların böyük əksəriyyəti ilə “Qarabağ”da çiyin-çiyinə oynayır. Başqalarıyla da 5 ildi rəqib qismində üz-üzə gəlib. Yalnız legioner həyatı yaşayan bir neçə nəfərlə şəxsən tanış deyildi ki, bir-iki gün ərzində onları da tanıdı. Məndə elə təəssürat oyandı ki, Almeyda daha əvvəllər də yığmada olmuşdu və yenidən geri qayıdıb. Yəni özünü o dərəcədə rahat hiss edirdi. Həm də şən oğlandı, “qab”a girməyi bacarır. Olduqca səviyyəli futbolçudu, nəyə qadir olduğunu toplanışda da göstərdi. Yığmaya fayda verəcəyinə əmin ola bilərsiz. Bacarıqlı futbolçu olmaqla yanaşı, çox yaxşı insandı, yoldaşdı. Onunla çiyin-çiyinə oynayacağıma görə şəxsən sevinirəm.
- Dil problemi yaşanmırdı?
- Xeyr, qətiyyən. Bizim bildiyimiz bütün dillərdə bilir (gülür). Azərbaycan və rus dillərində dediklərimizi başa düşür, ingiliscə cavab verir. Hansı dili istəsəz, bilir. Onunla danışmaq, müsahibə almaq sizə də asan olacaq (gülür).
- Şimali İralndiya ilə oyunu xüsusi həvəslə gözləyən azarkeşlərə nə demək istəyirsən?
- Hər şeydən əvvəl onları stadiona səsləyirəm. Yanımızda olmaları vacibdi. Almaniya ilə matçda tribunalarda yaratdıqları ab-hava, sadəcə, möhtəşəm idi. Bununla hətta alman futbolçuların da diqqətini çəkməyi bacarmışdılar. Xahiş edirəm, həmin atmosferi ayın 10-da da yaratsınlar. Azarkeşlərin verdiyi dəstək bizim üçün əlavə üstünlükdü. Yorğun olanda belə, adam o dəstəyi görüb hər şeyi unudur.
- Qələbə?
- Yeganə məqsədimiz budu. Məğlubiyyəti, hətta heç-heçəni ağlımızın ucundan keçirmirik. Bütün kollektiv yalnız və yalnız qələbə haqda düşünür. Sonluq necə olacaq, bunu zaman göstərəcək.
- “Qəbələ”dəki gələcəyinlə bağlı nə deyə bilərsən? Bölgə təmsilçisi ilə qarşılıqlı razılıq əsasında yolunu ayırıb yenidən “Neftçi”yə qayıdacağın deyilirdi.
- “Qəbələ” ilə növbəti ilin yayına qədər müqaviləm var. Ona görə də heç yerə getmək fikrim yoxdu. Qarşıdakı bir ildə “Qəbələ”nin uğurları üçün tər tökəcəm. Sonrasına baxarıq.
- Komandada ciddi itkilər var. Artıq 8 futbolçu ilə yollar ayrılsa da, hələ ki yalnız İlqar Qurbanovla müqavilə bağlanıb. Məlum durum Avroliqakı çıxışınıza təsir edə bilər?
- Həmin futbolçuların “Qəbələ”ni tərk etməsinə çox üzüldüm. Hər biri ayrı-ayrılıqda güclü oyunçular idi. İmkanım olsaydı, hamısını komandada saxlayardım. Klub rəhbərliyi belə qərar qəbul edibsə, hörmət etməli, gözləməliyik. Yəqin ki, güclənmək yolunda ciddi işlər görüləcək və “Qəbələ” Avroliqada azarkeşlərini sevindirəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar