05 in 13:03manset

Vaqif Cavadova yaxın duran yoxdu

Vaqif Cavadova yaxın duran yoxdu
Füzuli Cavadov: “Birinci divizion klublarından da əlaqə saxlayan olmayıb”

Birvaxtlar ölkə futbolunun əsas simalarından sayılan Vaqif Cavadovu indi sözün həqiqi mənasında çıraqla axtarmaq belə çətin olub. Xeyr, Vaqif yalnız medianın diqqətindən uzaq deyil. O həm də futbolsuz, yəni klubsuzdu. Vaxtilə “Tvente”yə kimi gedib çıxan Cavadov indi heç kimə lazım deyil. Onun harda olduğu da bilinmir. Ötən mövsümün ilk yarısını “Sumqayıt”da, ikinci yarısını isə AZAL-da keçirən təcrübəli futbolçu hazırda “havada qalıb”. Mətbuatda tez-tez onun Türkiyə PTT liqası klubları ilə danışıqlar apardığı haqda məlumatlar gedir. Üstəlik, gələn mövsüm premyer-liqada debüt edəcək “Səbail”ə keçəcəyi ilə bağlı da xəbərlər dolaşmaqdadı. Əsl həqiqəti öyrənmək üçün isə Vaqifin özü ilə danışmağı lazım bildik. Lakin adəti üzrə Cavadov telefon zənglərimizə cavab vermədi.
Bu üzdən atası Füzuli Cavadova zəng etdik. O, oğlunun Bakıda olduğunu bilirdi: “Bilirsiz ki, hazırda ölkə futbolunda böyük fasilə yaranıb. Hamı istirahətdədi. Vaqif Bakıdadı, dincəlir. Arada özü üçün fərdi məşq edir. O da formada qalmaq üçün. Ümid edirəm ki, yaxında özünə iş yeri tapacaq. Klubsuz olduğu üçün Vaqifdən xəbər yoxdu”.
Füzuli bəy Vaqifin heç yerdən təklif almadığını bildirdi: “Vaqifə təklif yoxdu. Təəssüf ki, belədi. Ona görə də onun hansı kluba keçəcəyi haqda nəsə danışa bilmərəm. Nə ölkə daxilindən, nə də xaricdən onunla maraqlanan olub. Lakin həm özü, həm də mən axtarışları davam etdiririk. Maraqlanırıq, görək Vaqif hansı klubda oynaya bilər? Konkret nəsə yoxdu”.
Ata Cavadovun sözlərinə görə, onun “Səbail”ə keçəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir: “Səbail” variantı, ümumiyyətlə, yoxdu. Özüm də bunu mətbuatdan oxumuşam. Lakin nə klub rəhbərliyindən, nə də baş məşqçi Samir Əliyevdən təklif gəlib. Kimsə yazır. Lakin bunlar yanlış məlumatlardı. Konkret nəsə olsa, kimdənsə gizlətmərik”.
Füzuli bəy Vaqifin birinci divizionda oynamağa razı olmayacağını da vurğuladı: “Birinci divizion klublarından da əlaqə saxlayan olmayıb. Ola bilər ki, özü ilə danışıb kimsə. Lakin mənim heç nədən xəbərim yoxdu. Həm də özü aşağı dəstədə oynamağa razı olmaz. Yəni onlarla danışmaq mənasızdı”.
ŞƏFİ ŞƏFİYEV
Its such a nice article..
<a href="http://www.dnenews.com/">Dne News</a>

Its such a nice article..
post by http://www.dnenews.com

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar