21 dek 15:33manset

“Muzey yarandığı gündən cəmi bir dəfə bir alman baş çəkib bura”

“Muzey yarandığı gündən cəmi bir dəfə bir alman baş çəkib bura”
Abas Əzimov yubileyində tarixə səyahət etdi
Onunla görüşmək üçün muzeyə daxil olanda ilk diqqətimi çəkən həzin musiqi səslənən radio oldu. Özü kimi bu texnikanın yaşı da çox idi. Bu radiodan nə vaxtsa bizim evdə də olub. Azərbaycanda meydan hərəkatı başlayan dönəmdə atam gecələr həmin radioda “Azadlığ”ın dalğasını tutar, söylənilənləri diqqətlə dinləyərdi. Odu ki, radionu görəndə ani olaraq ötən əsrin 90-cı illəri gözümün qabağına gəldi, xəyallara daldım. Məni real dünyaya qaytaran isə onun “çay içirsən” sualı oldu. Nəzakətlə təklifinə “xeyr” deyib, əvvəlcə yubileyi münasibəti ilə redaksiyamız və öz adımdan təbrik edib həyatda insana ən vacib olan cansağlığı arzuladım. Sizi intizarda qoymaq istəmirəm. Budəfəki həmsöhbətim dünən 80 yaşını qeyd edən məşhur statistik, AFFA-da fəaliyyət göstərən muzeyin direktoru Abas Əzimovdu. 1997-ci ildən AFFA-da çalışan Abas bəylə iş otağında, daha doğrusu, muzeydə görüşdük. Bir qədər zəmanənin gərdişindən, olandan-keçəndən söhbət edib, gəldik mətləb üstünə. 80 illik həyat kitabını vərəqlədik, yubilyarın uşaqlıq illərinə qayıtdıq, ötən əsrin Bakısını xatırladıq, Moskva Olimpiadasını yada saldıq və... Qalanı ilə müsahibədə tanış ola bilərsiz.
- Uşaqlığım İçərişəhərdə keçib. O vaxt İçərişəhərdə hər məhəllənin öz futbol komandası var idi. Bütün uşaqlar kimi mənim də əsas əyləncəm səhərdən axşama qədər dar küçələrdə top qovmaq idi. Tez-tez 192, 132 saylı məktəblərin meydanlarında, Sabir bağının yanında başqa məhəllələrin komandaları ilə qarşılaşırdıq. Həmin vaxt Bakıda futbolla maraqlanmayan, demək olar ki, az adam olardı. Bir dəfə qonşuluqda yaşayan yaşlı kişinin futbolla bağlı qeydlər apardığını gördüm. Səhv etmirəmsə, 1946-cı il idi. Ondan nə yazdığını soruşanda “matçların nəticələridi. Özüm üçün qeyd edirəm. Birdən nə vaxtsa lazım olar” söylədi. O gündən məndə də statistikaya həvəs yarandı. Başladım həm SSRİ çempionatlarının oyunlarının, həm də beynəlxalq matçların statistik göstəricilərini qeyd etməyə. Bununla yanaşı, futbolçuların şəkillərini də toplayırdım. Onu da bildirim ki, uşaq yaşlarından “Neftçi”nin azarkeşi olmuşam. Bu sevgi indiyədək davam edir.
- Bizdə olan məlumata görə, o vaxtkı Lenin, indiki Tofiq Bəhramov adına Respublika stadionunun açılışında iştirak etmisiz. Həmin tədbirdə respublikanın o vaxtkı rəhbəri Mircəfər Bağırov da olub. Bağırov futbolla maraqlanırdı?
- Mircəfər futbol azarkeşi olduğundan tez-tez oyunları stadiondan canlı izləyirdi. Bir dəfə Petrozavodsk təmsilçisi ilə görüşdə “Neftçi” uduzurdu. Nəticədən narazı qalan Bağırov əsəbindən fasilədə stadionu tərk etdi. İndiki Respublika stadionunun açılışı 1951-ci il sentyabrın 16-da baş tutdu. Əslində isə bundan bir həftə öncə olmalıydı. Həmin tur “Neftçi”nin rəqibi Moskva “Lokomotiv”i idi. Mərkəzi Komitədə oturanlar qorxdular ki, “Neftçi” Moskva klubuna uduzar, bunlar da Bağırovun yanında biabır olarlar. Bu üzdən qərara aldılar ki, açılışı daha zəif olan Vilnüs “Spartak”ı ilə oyunda etsinlər. Stadionun açılışında bizimkilər rəqibin qapısından 4 cavabsız qol keçirdilər. Qollardan ikisini Ələkbər Məmmədov vurmuşdu. Onu da bildirim ki, “Neftçi” “Lokomotiv”i də 2:1 hesabıyla udmuşdu.
- Siz bir müddət yüngül atletika ilə məşğul olmusuz. Hətta bu idman növündə hakim kimi 1980-ci ildə keçirilən Moskva Olimpiadasında da iştirak etmisiz. Niyə məhz yüngül atletikanı seçdiz? Özünüz də bildirdiz ki, futbola marağınız daha böyük olub.
- Səkkizinci sinfi bitirəndən sonra sənədlərimi Neft Texnikumuna verdim və qəbul olundum. Texnikumda idman müəllimi yüksək qiymət almaq istəyən tələbələrə 5 min metr qaçmalı olduğunu bildirdi. Finişə birinci mən çatdım və nəticəm də normal idi. Bundan sonra yüngül atletika ilə ciddi məşğul olmaq fikrinə düşdüm. Və üz tutdum “Dinamo” cəmiyyətinə. Orda məşhur məşqçi Əfqan Səfərovun rəhbərliyi altında məşq etməyə başladım. Ən çox 5 və 10 km məsafəyə qaçışlarda iştirak edirdim. Bir dəfə 3-cü yeri tutandan sonra fikirləşdim ki, bundan artığını bacarmıramsa, idmandan getməliyəm. Həmin vaxt Əfqan müəllim hakimliyə keçməyimi istədi. Onun məsləhətinə qulaq asdım və uzun illər yüngül atletika üzrə yarışlarda ədaləti qorudum. 30-dan çox beynəlxalq yarışa qatıldım. Avropa çempionatlarının və kubokların iştirakçısı oldum. Onların arasında Moskva Olimpiadasının xüsusi yeri var. Hakim kimi qatıldığım hər yarışda yüksək qiymət almışam.
- Sizi universal insan da adlandırmaq olar. İdmanla yanaşı, uzun illər televiziyada da çalışmısız. Jurnalistikaya gəlişiniz necə olub?
- 1962-ci ildə Azərbaycan televiziyasına fəhlə kimi işə düzəldim. İlk vaxtlar müxtəlif verilişlər üçün pavilyonlar quraşdırırdım. İşləyə-işləyə Azərbaycan Dövlət Universitetinin filalogiya fakultəsində təhsil alırdım. İdman jurnalistikasına gəlişimin səbəbkarı rəhmətlik Valid Sənani olub. 1967-ci ildə məni idman proqramları redaksiyasına dəvət etdi. Əvvəlcə redaktor, bir müddət sonra isə baş redaktorun müavini oldum. 35 il orda çalışdıqdan sonra AFFA-ya gəldim. 2007-ci ildən isə muzeyin direktoruyam.
- Yəqin ki, televiziyada çalışdığınız illərdə bir çox futbolçularla görüşmüsüz...
- Nəinki futbolçular, respublikanın sayılıb-seçilən bütün idmançıları ilə tez-tez görüşürdüm. Azərbaycanda həmişə idmana böyük diqqət olub. Güləş üzrə 4 dəfə SSRİ çempionu olmuş İbrahimpaşa Dadaşov, güləş üzrə Avropa çempionu Musa Babayev, dünyada tanınmış voleybolçu İnna Rıskal tez-tez bizim redaksiyanın qonağı olurdu.
- 10 ilə yaxındı AFFA-nın muzeyinə rəhbərlik edirsiz. Yığmanın “sükanı arxasında” olan əcnəbi məşqçilərdən hansısa muzeyə baş çəkib?
- Yalandan nə deyim, heç kim gəlməyib. Onlara şöbədə oturanlar deməlidilər ki, bizim belə muzeyimiz var. Ölkə futbolunun tarixi orda əks olunub. Ölkəmizdə çalışan əcnəbi mütəxəssisləri bura yönəltmək lazımdı. Muzey yarandığı gündən cəmi bir dəfə bir alman baş çəkib bura. Gəldi, baxdı və gördüklərindən təəccübləndi. Dedi ki, gedib Almaniyada Bakıda belə muzeyin olmasından danışacaq. Hətta çantasından çıxarıb 1 pivə də verdi mənə. Siz əcnəbiləri deyirsiz, guya özümüzkülər gəlir ki? Dəfələrlə aşağı yaş qruplarında çalışan baş məşqçilərə demişəm ki, gəncləri və yeniyetmələri muzeyə gətirin. Ancaq məni eşidən yoxdu. Sonra deyirik ki, bizim uşaqlar Anatoli Banişevskini tanımır. Hardan tanısınlar? Muzeyə gəlməlidilər, şəklini görməlidlər, onun haqda məlumat verilməlidi ki, bilsinlər Banya kim olub, “Neftçi”də hansı uğurlara imza atıb.
- Muzeydəki eksponatları, şəkilləri yığmaq üçün yəqin ki, çox əziyyət çəkmisiz?
- Burda gördüklərinin 50 faizini uzun illər ərzində toplamışam. Bəzilərini isə muzeyə kimlərsə verib.
- Bu gün sizi ilk təbrik edən kim oldu?
- Evdəkilər (gülür). Hamıdan öncə qızım, nəvəm təbrik etdi.
- Yubileyinizlə bağlı AFFA nə etdi?
- (bir qədər duruxur) Heç nə. Nə edirəmsə, özüm edirəm.
- Uzun illərdi idmandasız. Bu illər ərzində ən yaddaqalan olayı xatırlaya bilərsiz?
- Səhv etmirəmsə, 1964-cü il idi. “Neftçi” Bakıda Qorki “Torpedo”su ilə qarşılaşırdı. Həmin vaxt çempionat fərqli sistemlə keçirilirdi. İlk “10-luq”da qərarlaşanlar mükafatlar, aşağı pillələrdə yer alanlar isə elitada yerini qorumaq uğrunda mübarizə aparmalı idi. “Torpedo” ilə qarşılaşma bakılıların hansı “10-luq”da qərarlaşacağına aydınlıq gətirməli idi. Dolu tribunalar qarşısında keçirilən oyunda komandaların heç biri fərqlənə bilmirdi. Son dəqiqələrdə qonaqların qapısına penalti təyin edildi. Futbolçuların heç biri ürək edib “nöqtə”yə yaxınlaşmırdı. Müəyyən tərəddüddən sonra Valeri Hacıyev özündə cəsarət tapıb topa yaxınlaşdı və dəqiq zərbə ilə toru silkələdi. Siz həmin an tribunaları görsəydiz, çaşıb qalardız. Sanki “Neftçi” dünya çempionu olmuşdu. Həmin gün Bakıda əsl bayram yaşanırdı. Eyni hal bir də 1966-da, komandamız bürünc medala sahib çıxanda təkrarlandı. “Neftçi”nin “Ararat”la matçları da həmişə gərgin məcrada keçib. Bir dəfə ermənilərlə görüşdə Çingiz İsmayılovun qardaşı az qala “Ararat”ın “9” nömrəli hücumçusu Bekloryanı vuracaqdı. Milisilər imkan vermədi. Həmin gün İsmayılovun anasının üç mərasimi idi. Klub rəhbərliyi ondan xahiş etdi ki, “Ararat”la matçda komandaya kömək etsin. O da rəhbərliyin xahişini yerə salmayaraq, meydana çıxmışdı. Qarşılaşmanın sonuna az qalmş Çingiz topu əlində bir qədər çox saxlayıb qələbə hesabını qorumaq üçün vaxt udmağa çalışırdı. Adını çəkdiyim hücumçu da buna dözməyib, Çingizi qaldırıb yerə vurdu. İsmayılovun qardaşı da tribunadan meydana tullanıb onu vurmaq istəyirdi. Qeyd etdiyim kimi, asayiş keşikçiləri qarşısını kəsdi. Ümumiyyətlə, ermənilər çox hiyləgər idilər. Onlar çox vaxt istəyirdilər ki, Bakıdakı oyunlar indiki “Azərbaycan” mehmanxanasının yerində olan stadionda keçirilsin. Çünki DTK-nın (Dövlət Təhlükəsizlik Komitəsi) binası da o vaxt orda idi. Matçlar Bakıxanovda və ya başqa arenalarda olanda azarkeşlərin təzyiqi ilə üzləşirdilər.
- Futbol ictimaiyyətindən kimlərlə dostluq etmisiz?
- Çingiz İsmayılovla, Ələkbər Məmmədovla yaxın olmuşuq. O biriləriylə isə, sadəcə, yoldaşlıq etmişəm.
- Ailənizdə idmanla məşğul olan var?
- Heç kim. Gec ailə həyatı qurduğumdan nəvəmin hələ 4 yaşı var. Bilmək olmaz, gələcəkdə hansı sahəyə üz tutacaq. Mən də artıq bu mövsümün sonundan statistikaya nöqtə qoyacam. 25 milli çempionatın statistikasını aparmışam, artıq yetər. Qoy indi başqaları bu işlə məşğul olsun.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar