05 in 11:54manset

Vüqar Nadirovu pul yox, oynamaq maraqlandırır

Vüqar Nadirovu pul yox, oynamaq maraqlandırır
“Qəbələ”də həm formadan düşdüm, həm də psixoloji zərbə aldım”

Birvaxtlar ölkənin ən istedadlı futbolçularından sayılırdı. Hələ 15 yaşı tamam olmamış “Qarabağ”ın əsas heyətində debüt edən Vüqar Nadirov təkcə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 200-dən artıq qarşılaşmada 28 qola imza atıb. Müxtəlif illərdə “Xəzər Lənkəran”, “Masallı”, “Karvan”, “İnter” kimi klubların şərəfini qorumaqla da yadda qalıb. Ən diqqətçəkən məqam isə yığmada 61 oyunda forma geyib 4 qola adını yazdırmasıdı. Yəni birvaxtlar Vüqar ölkə klublarının heyətində görmək istədiyi əsas adlardan idi. Lakin 2015-ci ildə “Qarabağ”ı tərk edəndən sonra çətin günləri başladı. Öncə “Xəzər Lənkəran”a üz tutdu, lakin FİFA-nın cənublulara qoyduğu transfer qadağasına görə meydana çıxmaq imkanı qazanmadı. Belədə “Qəbələ”yə yollandı. Orda da Roman Qriqorçukla “ulduzu barışmayan” futbolçu 2015-in qışında “Qəbələ”ni “İnter”ə dəyişdi. Paytaxt təmsilçisində də əvvəlki Vüqarı xatırlada bilməyən “17 nömrə” yayda üçüncü dəfə “Qarabağ”a qayıtdı. Geridə qalan mövsüm ərzində əsasən əvəzedici komandanın uğurları üçün tər tökən Nadirov Qurban Qurbanovun etimadını qazana bilmədi. Belədə mövsüm başa çatan kimi yenə işsiz günləri başladı. Hazırda istirahət müddətidi və bir çox futbolçuların adları fərqli komandalarla yanaşı hallanır. Di gəl ki, Vüqarın adı transferlər arasında yoxdu. Özü də qeybə çəkilib, neçə vaxtdı gözə dəymir, müsahibə vermir, danışmır. Məhz səssizliyi nəzərə alıb, iyunun 15-də 30 yaşını qeyd edəcək sabiq milli üzvü ilə əlaqə saxladıq.
- Haralardasan, nə işlə məşğulsan?
- Bakıdayam, harda olacam? Hamı kimi yaşayır, nəfəs alıram. Allah özü hamıya kömək olsun.
- Futbolla qurtarmaq fikrin var?
- Onu kim deyir?
- Hadisələrin axarı şübhəyə yol açır.
- Yox, qardaş. Hələ ki elə bir fikrim yoxdu. Sadəcə, oturub müşahidə edirəm, nə baş verdiyini düşünürəm. Oynamaq üçün alışıb-yanıram.
- Məşq edirsən?
- Əlbəttə. Həm məşq edirəm, həm də arada uşaqlarla yığışıb futbol oynayırıq. Formadan uzaqlaşmamağa çalışıram. Bir də gördüz sabah zəng gəldi ki, Vüqar, gəl, komandamıza kömək elə. Ona görə də futbolun içində olmaq lazımdı.
- Bundan sonrası üçün nə fikirləşirsən?
- Oynamaq istəyirəm. Başqa nə fikirləşəcəm? Yenidən əvvəlki Vüqar olmaqdı məqsədim. İnşallah, arzuma çataram.
- Maraqlanan, təklif edən var?
- Hələ heç nə yoxdu. Oturub gözləyirəm.
- Birdən-birə nə oldu belə? Vaxt var idi fasilə dönəmlərində səni heyətində görmək istəyənlərin etdiyi zənglərin arası kəsilməzdi. Adın hər dəfə bir klubla yanaşı çəkilirdi.
- Vallah, özüm də bilmirəm. Hərdən oturub düşünürəm, özümə də qəribə gəlir. Yəqin elə bilirlər qocalmışam.
- 30 yaş əsl oynamaq vaxtıdı.
- Bizdə belədi də. 30-a çatdınsa, vəssalam, filankəsin futbolu qurtarıb. Halbuki siz demişkən, 27-28 yaşdan sonra futbolçunun ən parlaq dönəmidi. Həmin Vüqaram, həmin sürətim də qalır, zərbələrim də. Sadəcə, inanmaq, şans vermək lazımdı. Yaxşısını Allah bilər.
- AFFA-da oturanlarla aran necədi?
- Yaxşıdı, heç bir problem yoxdu. Həyatda heç kimlə problemim olmayıb. Bir nəfər deyə bilməz ki, Vüqar artıq nəsə edib, inciklik yaşanıb, ya başqa nəsə. Şükür, ömrüm boyunca başımı aşağı salıb futbolumu oynamışam. Çalışmışam hamıyla mehriban olum. Böyüklə boyük, kiçiklə kiçik olmuşam. Nə məsələdi? Niyə məhz AFFA-nı soruşduz?
- Hazırda üç klub var ki, AFFA-nın “qanadı altındadı”: “Neftçi”, “Kəpəz” və “Səbail”. Üstəlik, “Sumqayıt”a da əlləri çatır. Belə vəziyyətdə yığmada 61 oyun keçirmiş futbolçuya niyə kömək etməsinlər ki? Milliylə yanaşı, klubların heyətində də seçilən futbolçulardan olmusan.
- Həmin Vüqaram, heç nə dəyişməyib. Naşükürlük etmirəm. Bu günümə şükür. Geriyə dönüb baxanda Azərbaycan futbolu üçün az da olsa, nəsə etmişəmsə, deməli, rahat ola bilərəm. Qapını bağlayan da Allahdı, açan da. Bir də gördüz, gözlənilmədən yenilik baş verdi. Sadəcə, şans qazanmaq istəyirəm.
- Bəlkə irəli sürdüyün maliyyə şərtləri ortababları qane etmir?
- Bu dəqiqə məni pul yox, oynamaq maraqlandırır. Öz gücümə inanıram. Bilirəm ki, şans verilsə, davamını gətirəcəm. Açıq deyirəm, yenidən yığmaya qayıtmağı arzulayıram. Çünki o gücü özümdə hiss edirəm.
- Yəni maraqlanan olsa, pul söhbəti etməzsən?
- Sırf pul söhbəti eləmərəm. Oturub danışarıq, ortaq məxrəcə gələrik. Dediyim kimi, bu dəqiqə əsas məqsədim oynamaqdı, Vüqarı qaytarmaqdı. İki il əvvəl “Qarabağ”dan ayrılandan sonra işlərim düz gətirmədi. O vaxtdan bu yana “qara zolağa düşmüşəm”.
- Yeri gəlmişkən, 2015-in yayında “Qarabağ”dan ayrılandan sonra nə baş verdi? “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”... Heç birində alınmadı.
- Özüm də başa düşə bilmirəm. Çünki ciddi heç nə baş verməmişdi. Həmin futbolçu, həmin adam idim. Əslində “Xəzər Lənkəran”da əla kollektiv yaranmışdı. Yaxşı hazırlıq keçmişdik, çempionata hazırlaşırdıq. FİFA-nın qoyduğu transfer qadağası bütün planlarımızı pozdu. Sizi inandırım, “Xəzər Lənkəran”da qalsaydım, belə olmayacaqdı.
- Psixoloji zərbə aldın?
- O vaxt “Qarabağ”ı pula görə yox, məhz az onadığıma görə tərk etmişdim. Daim oynamaq şansı qazanacağım yerə getmək istəyirdim. Ehtiyatda qalmaqla barışsaydım, “Qarabağ”da qalardım. Ən böyük zərbəni “Qəbələ”də aldım. Baş məşqçi bir dəqiqə də olsun, şans vermədi mənə. Həm formadan düşdüm, həm də psixoloji təsir etdi.
- Yeri gəlmişkən, Roman Qriqorçukla aranızda nəsə olmuşdu? Sanki bilərəkdən sənə şans vermirdi.
- Heç nə olmamışdı. Sadəcə, müəyyən vaxt keçəndən sonra yaxınlaşıb niyə şans verməməsinin səbəbini soruşdum. Çünki özümə də maraqlı idi. Bilmək istəyirdim, nəyi düz etmirəm, nədi səhvim, günahım? Bir-iki oyunda şans istəyirdim ondan.
- “Qəbələ”yə Qriqorçukun istəyi ilə cəlb olunmamışdın ki?
- Hələ “Qarabağ”dan ayrılıb “Xəzər Lənkəran”a gedəndə məni sərəncamında görmək istəyirdi. Rəhbərliyə demişdi ki, Vüqar Nadirovu “Qəbələ”yə gətirin. Sonradan nə oldu, indiyə qədər başa düşə bilmirəm.
- Günü sabah “Kəpəz”dən, “Səbail”dən təklif gəlsə, gedərsən?
- Hələ ki belə bir təklif olmayıb. Olsa, razılaşa bilərəm. Əsas odu, oynayım.
- Alınmasa, legioner həyatı yaşamağı düşünürsən? Bildiyimə görə, karyeranı Qazaxıstanda davam etdirmək imkanın var.
- Normal variant olsa, düşünmədən gedəcəm. İndiyə qədər legioner həyatı yaşamamışam. Gedim, çətinlikləri görüm, futbolumu oynayım.
- Azərbaycan futbolundan küsmüsən?
- Yox, Allah eləməsin. Neçə illərdi futbolumuzun inkişafı üçün can qoymuşuq, nəsə etməyə çalışmışıq. Əvəzində gələcək həyatımız üçün nəsə edə bilmişik. Ona görə də inciməyə, küsməyə dəyməz. Bu hadisə hər bir futbolçunun başına gələ bilər. Həyatda hamının səhvi olur, başına iş gəlir. Sadəcə, həvəsdən düşməmək, gələcəyə nikbin baxmaq lazımdı.
- Eyni hal Vaqif Cavadovda da yaşanır.
- Dünən bir yerdəydik, futbol oynayırdıq. Səbr etməkdən başqa çıxış yolumuz yoxdu.
- Yeri gəlmişkən, “Qarabağ”dan niyə ayrıldın?
- İstəmədilər məni.
- Niyə?
- Yəqin az oynadığıma görə.
- Əvəzedici komandada qolları sıralayırdın. Amma əsas komandada şans verilmirdi.
- Hər şeyin yaxşı olması üçün əlimdən gələni edirdim. Əvəzedicilərdə oynamağı məsləhət gördülər, elə də etdim. Bacardığım qədər kömək olmağa çalışdım. Baş məşqçinin işinə qarışmaq olmaz. Yəqin belə məsləhət görülüb. İstəsəydilər, qalacaqdım.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar