04 in 19:44manset

Əli Hüseynov mövsümü “Futbol+” üçün dəyərləndirdi

Əli Hüseynov mövsümü “Futbol+” üçün dəyərləndirdi
“İki il sonra üç nəfərlə vidalaşacağıq”

Ötən həftə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşüb başa çatan mövsümü dəyərləndirmişdik. Bu dəfə müsahibimiz Hakim-İnspektorlar Komitəsinin rəhbəri Əli Hüseynov oldu. Dünən məzuniyyətə çıxmasına, bu üzdən sonuncu iş günündə gərgin qrafiklə çalışmasına baxmayaraq, Əli müəllim bizimlə söhbətə də vaxt ayırdı.
- Geridə qoyduğumuz mövsüm üçün rəhbərlik etdiyiniz komitənin işini necə dəyərləndirirsiz?
- Bizim işə qoy kənardan qiymət versinlər. Necə ki, “Futbol+” dəyərləndirib. Bəribaşdan o yazıya görə sizə təşəkkür edirəm. Görəndə ki, işin obyektiv araşdırılır, qiymət verilir, məsuliyyət ikiqat artır. Fikrimcə, qəzetiniz mövsümə yekun vurub. Özümüz haqda nə danışım axı? Çempionat başa çatandan sonra əvvəlcə premyer-liqa, sonra divizion, bu gün də futzal inspektorlarını və nümayəndələrini yığdım, təhlil apardıq. Onların gördüyü işlərə qiymət verdik. Sərbəst tribuna verdik, onlar da komitənin işinə qiymət verdilər. Hamısı razılıqlarını ifadə etdilər. Həm təyinatlar, həm onlara olan münasibətdən danışdılar. Rəylərə əsasən komitənin işini normal qiymətləndirmək olar.
- Bir halda ki, söhbətimiz məlum yazıya yönəldi, ordakı bir qeydə münasibətinizi öyrənmək istərdik. Premyer-liqada 8 oyunda olmusuz və bunun 5-də yollarınız Fariz Yusifovla kəsişib. Bu, təsadüfdü?
- Düzdü, Farizlə “Qarabağ” – “Qəbələ”, “Qəbələ” – “Qarabağ”, “Qəbələ” – “Neftçi”, “İnter” – “Zirə” və “İnter” – “Neftçi” qarşılaşmalarında olmuşuq. Onlardan bəzisi sırf təsadüf nəticəsində baş tutub. Yəni Hakimlər Komitəsi təyinatları açıqlayandan sonra görmüşəm ki, bir yerdəyik. Müdaxilə etməmişəm. Çünki Farizlə uğurlu oyunlarımız olub. Xüsusilə “Qarabağ”la “Qəbələ”nin görüşləri. Çempionluq mübarizəsi aparan komandaların oyunları ərəfəsində ajiotaj var idi. Yəqin razılaşarsız ki, Yusifov işinin öhdəsindən yaxşı gəldi. Buna görə də layiqli qiymətini aldı.
- Xaqani Məmmədov qəzetimizə müsahibəsində bildirib ki, premyer-liqa oyunlarına təyinat alan hakimlərdən cəzalanmayan olmadı. Bəs sizin komitədə vəziyyət necədi?
- Səmimiyyətimə bələdsiz, mətbuata açıq insanam. Heç vaxt gördüyüm işləri sizdən gizli saxlamamışam, nə soruşmusuzsa, hamısını cavablamışam. Bizdə cəmi iki nəfər cəzalanıb, o da mövsümün əvvəlinə təsadüf edib.
- Asim Xudiyevlə Füzuli Nəcəfov?
- Bəli. Hər ikisi çempionatın ilk turunda hakimlərin qiymətini şişirtmişdilər. Bizdə müvafiq komissiya var, yığışıb müzakirə etdik və onlarla, ümumiyyətlə, hamıyla profilaktik iş apardıq. Ondan sonra qiymət məsələsi nizama düşdü. Düzdü, Asimlə Füzuli bir neçə turluq uzaqlaşdırıldılar, ancaq ilk hal olduğu və səhvləri təkrarlanmadığı üçün “keçənə güzəşt” dedik.
- Amma divizionda səhvlər çox oldu.
- Çox deməzdim, amma etiraf edirəm ki, aşağı liqada səhvlər var idi. Bu da səbəbsiz deyil. Təkdilər, həm inspektor, həm də nümayəndənin işini icra edirlər. Onlardan tələbimiz də premyer-liqadakı qədər deyil. Sizə bir fakt deyim: bir oyunda futbolçu zədə almışdı, isnpektor tribunadan düşüb onunla məşğul oldu, təcili yardım maşını çağırıb xəstəxanaya yola saldı. Yerinə qayıdanda oyundan 20 dəqiqə keçmişdi. İnspektor deyir, axı mən oyunun necə keçdiyini görməmişəm, hakimə necə qiymət verim? Baxırsan ki, düz də deyir. Onların işi çətindi.
- Yeri gəlmişkən, divizionun 25-ci turunda baş tutan “Energetik” - “Bakılı” matçında insident yaşanmışdı. Təzyiqə məruz qalan referi hakim-inspektorun işarəsiylə oyunu dayandırıb və paltardəyişmə otağına üz tutmuşdu. Buna görə görüş 15 dəqiqə dayanmışdı. İntizam Komitəsinin qərarında deyilirdi ki, Hakim-İnspektorlar Komitəsi oyunun hakim-inspektoru haqda lazımi ölçü götürsün.
- Qabil Nərimanovu cəzalandırmışıq. O, aprelin 21-dən bu yana heç bir oyunda olmayıb. Protokol tərtib olunub, hər şey yazılıb orda. Cəzalar müxtəlifdi, üç, beş oyunluq, dövrənin və ya mövsümün axırına qədər uzaqlaşdırılanlar olur.
- Qayıdaq premyer-liqaya. Vüsal Əliyev son dövrədə təyinat almadı və sorağı ABŞ-dan – Bostondan gəlir. O, sıralarınızı birdəfəlik tərk edib, yoxsa qayıdacaq?
- Vüsal artıq qayıdıb, bu gün görüşəcəyik onunla. Məzuniyyətə getmişdi. Bir ay öz, qalanını da iş yerindən verilən məzuniyyət hesabına xaricə getmişdi. Hər şey qaydasındadı, narahat olmağa əsas yoxdu.
- Yaş və ya hansısa digər amillərlə bağlı inspektorla nümayəndələrdən növbəti mövsüm sıralarınızı tərk edən olacaq?
- Növbəti mövsüm yox, amma 2018/19 mövsümü ərəfəsində 3 nəfərlə vidalaşacağıq. Biri inspektordu, ikisi AFFA nümayəndəsi. Yaşları 70-i haqlayıb. Qayda belədi: yaşları tamam olan kimi dəvət edib təşəkkürümüzü bildiririk, təqaüd almırsa, sənədləşdirib rəhbərliyə təqdim edirik. Bir sözlə, hər cür kömək göstərib hörmətlə yola salırıq. Bizim vaxtımızda hamıyla belə olacaq.
- Premyer-liqada yenə 8 komanda yarışacaq. Belədə inspektor və nümayəndələrin sayında artım və ya azalma olmayacaq ki?
- Bu, ilk növbətə imtahanın nəticəsindən asılıdı. İmtahandan keçmiş şəxsə süni maneə yaratmaq insafdan olmaz axı.
- Belə çıxır, “kvota” yoxdu?
- Bu, incə məsələdi. Bir yandan imtahan verənləri siyahıya almağa məcburuqsa, digər tərəfdən, hamının məvacibini nəzərə almalıyıq. 12 inspektorumuz var, hər biri ayda cəmi 2 oyuna gedir. Say artanda təyinat avtomatik azalır. Təsəvvür edin, ayda bir, iki ayda bir oyuna gedən adam nə qonorar alacaq? Ona görə çalışırıq balansı qoruyaq.
- Amma yəqin ki, bir yer boşalacaq. Maşallah Əhmədovun həbsdə olmasını nəzərdə tuturam.
- Nə qədər ki, ibtidai istintaq gedirdi, haqqında həbs qərarı yox idi, biz ona təyinat verməyə davam edirdik. Ancaq son iki dövrədə oyunda olmayıb. Premyer-liqada cəmi 3 oyunda olub. Maşallahın Azərbaycan futbolundakı xidmətlərini nəzərə almaya bilməzdik. Əlimizdən gələn qədər kömək etdik. Qarşıdakı iki-üç ayda nə olacağını bilmirik. İmtahan vaxtı kim iştirak edib nəzəri imtahandan keçəcəksə, premyer-liqaya da onlar təsdiqlənəcək.
- İki komitənin birləşdirilməsi, departament yaradılması ideyası nə vaxt gerçəkləşəcək?
- Bizim tələsməyimizlə deyil. Hər şeyin zamanı var. Vaxtı çatanda UEFA-nın bu təşəbbüsü bütün assosiasiyalarda, o cümlədən bizdə həyata keçəcək. Onu deyə bilərəm ki, hələlik bu məsələ gündəmdə deyil. Əslində bizdə bu proses rahat həyata keçər. Çünki iki komitə çoxdandı vahid orqan kimi çalışır. Bir-birimizlə müntəzəm görüşür, səhvləri müzakirə edir, qiymət və təyinatlarla bağlı fikirlərimizi bölüşürük. Demək olar, bir komitə kimi fəaliyyət göstəririk.
- Növbəti mövsüm ərəfəsində seminar olacaq?
- Təbii ki. Avqustda həm seminar, həm də imtahanlarımız olacaq. Bəribaşdan söz verirəm ki, istəsəz, sizin də imtahanda iştirakınızı təmin edə bilərəm. Gəlin, imtahanın gedişini canlı izləyin. Qoy sonra heç kim deməsin ki, komitə bizi sıxdı, cavablarımızı saxtalaşdırdı, nə bilim nə. Siz də yazanda əlinizdə dəlil olsun. Kimin kəsildiyini də özünüz görəcəksiz.
- Məmnuniyyətlə iştirak edərik. Səmimi söhbətə görə çox sağ olun.
- Mən də sizə təşəkkür edirəm. Mətbuat bizim canımız, beynimizdi. Bəzən gözümüzdən qaçan məqamları sizin vasitənizlə üzə çıxarır, doğru-yalan olduğunu müəyyənləşdirib tədbir görürük.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar