02 in 14:29manset

Rəşad Eyyubov Qriqorçuku legionerlərə loyal münasibətdə suçladı

Rəşad Eyyubov Qriqorçuku legionerlərə loyal münasibətdə suçladı
“Özümə əminəm və bəzi insanlara futbol oynaya bildiyimi sübut edəcəm”

Premyer-liqaqa çıxış etməyə başlayandan daim autsayderlər arasında olub, elitada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt”ın başa çatan mövsümdə bir qədər təcrübəsi çatsaydı, hazırda qitəmiqyaslı turnirlərə hazırlaşan komandalar arasında olardı. Ancaq qış fasiləsinə 4-cü pillədə yollanan Samir Abasovun komandası üçüncü və dördüncü dövrədə uğurun davamını gətirə bilmədi. Deyəsən, 2016/17 “futbol ili”ndə yaşananlar “kimyaçılar”ın rəhbərliyinə dərs olub. Və rəsmilər daha ciddi məqsədlər uğrunda mübarizə aparmaq üçün heyət formalaşdırmağa qərar veriblər. Təsadüfi deyil ki, transfer bazarında ən fəal klub “ağ-göylər”di. Ötən illərdə komandaya daha çox gənc və perspektiv vəd edən futbolçular cəlb olunurdusa, bu yay “kimyaçılar” təcrübəli adlara üstünlük verməyə başlayıblar. “Gənclik şəhəri”nin təmsilçisinin rənglərinə bağladığı futbolçulardan biri də Rəşad Eyyubovdu. Odessa futbol məktəbinin yetirməsi bu günə kimi “Simurq” (2011-15), “Kəpəz” (2015) və “Qəbələ” (2016-17) klublarının şərəfini qoruyub. Ukraynanın U-16 millisinin formasını geyən hücumçu sonradan tarixi vətəninin yığmalarına üstünlük verib və aşağı yaş qrupları, U-21-lə yanaşı, ölkənin əsas millisinə də dəvət alıb. Lakin “qırmızı-qaralar”ın heyətində özünü göstərə bilmədiyindən yığmaya yolu bağlanıb. Rəşadla söhbətdə həm uğursuz “Qəbələ” karyerasına toxunduq, həm də yeni komandası ilə bağlı fikirlərini öyrəndik.
- İstirahətin necə keçir?
- Hər şey yaxşıdı. Hazırda Bakıda istirahət edir, mövsümün yorğunluğunu çıxarmağa çalışıram. Hər bir futbolçu üçün bu vacibdi. Çünki qarşıda bizi ağır məşqlər, çempionat kimi uzun marafon gözləyir.
- Mövsüm başa çatan kimi klubunu dəyişdin. Niyə məhz “Sumqayıt”? Başqa klublardan da təklif almışdın?
- Açığı, bir neçə variant var idi. Ancaq “Sumqayıt”ın mənə daha münasib komanda olduğunu düşündüm. Bir də hiss etdim ki, istər baş məşqçi, istərsə də rəhbərlik doğrudan da məni komandada görmək istəyir. İstənilən futbolçu biləndə ki, komandanın onunla bağlı planları ciddidi, daha məsuliyyətli olur.
- Təkliflər ancaq yerli klublardan idi, yoxsa ölkə xaricindən də maraqlananlar var idi?
- Agentimin sözlərinə görə, əcnəbi klublar da maraqlanıb. Ancaq xaricə yollanmaqda maraqlı olmadığımdan heç onların hansı ölkəni təmsil etdiyini, nə şərtlər təklif etdikləri ilə belə maraqlanmadım.
- Son mövsüm sənin üçün uğurlu alınmadı. Səncə, “Qəbələ”də özünü göstərə bilməyinə nə mane oldu?
- Səbəblər barədə danışsaq... Səbəb çoxdu. Ancaq ilk növbədə özümü günahlandırıram. Bəlkə də tez-tez zədələnməyim və baş məşqçinin mənə münasibəti potensialımı tam açmağa imkan vermədi. Futbolçu ki olduğu düşərgədə xoşbəxt deyil, ondan yüksək səviyyəli oyun gözləmək absurddu. Mən də “Qəbələ”də, demək olar ki, bu cür durumdaydım.
- Mətbuat konfranslarının birində Roman Qriqorçuk “Rəşad yaxşı futbolçudu, ancaq meydanda artıq hərəkətlər edir” söyləmişdi. Sabiq baş məşqçinin fikirləri ilə razısan?
- Yəqin o demək istəyib ki, Rəşad meydanda ona verilən tapşırıqdan çox iş görmək istəyir. Bu bilirsiz, nədən irəli gəlirdi?
- Nədən?
- Mən nadir hallarda oynamaq şansı qazanırdım və meydana çıxdığım matçlarda da hamıya göstərmək istəyirdim ki, futbol oynamağı bacarıram. Əlbəttə, razıyam ki, Eyyubov super oyunçu deyil, təkbaşına oyunun taleyini həll edəcək səviyyəyə hələ çatmayıb. Ancaq hansı qarşılaşmada baş məşqçi mənə güvənibsə, böyük istək və əzmkarlıqla oynamışam. Ancaq nə olsun? Qarşılığını görməmişəm.
- Qriqorçuku məşqçi kimi necə xarakterizə edərdin?
- Məşqçi kimi çox tələbkardı. Onun üçün oyunun hər detalı önəmlidi. O hər xırdalığa fikir verən, buna görə istənilən futbolçunu cəzalandıra biləcək mütəxəssisdi. Qriqorçuk istəyir ki, komandası meydanda sırf onun düşündüyü oyunu sərgiləsin. Hansısa artıq hərəkət və ya səhv onu özündən çıxara bilər. Ancaq çox məsuliyyətli, işini sevən və hamıdan da özü kimi olmağı tələb edən insandı.
- Bəzi futbolçular onu diktatora bənzədir. Hətta söylənilənlərə inansaq, yerli futbolçuları heç bəyənmir. Onun rəhbərliyi altında oynamış futbolçu kimi deyilənlərə münasibət bildirməyini istərdim.
- Mən onu diktator adlandırmazdım. Bizdə heç vaxt hərbi nizam-intizam olmayıb. Adətən, diktatorlar sərəncamında olanları məhz belə idarə edirlər. Ancaq qeyd etdiyim kimi, çox tələbkardı. O ki qaldı yerli futbolçuları bəyənməməsinə, Qriqorçuk heç vaxt azərbaycanlılara yuxarıdan aşağı baxmayıb. Ancaq bir xasiyyəti var idi. Yerli futbolçunun hansısa məqamda oyunu alınmırdısa, onu o dəqiqə dəyişirdi. Ancaq legionerlərə münasibətdə daha loyal idi, onlara oynamağa imkan verirdi.
- Azərbaycana gələndən sonra “Qəbələ” ilə yanaşı, “Simurq” və “Kəpəz”in də şərəfini qorumusan. Hansı klubda özünü daha rahat hiss etmisən?
- Karyeramın 4 ilini “Simurq”da keçirmişəm və komandanın liderlərindən biri olmuşam. Ordakı statusum ürəyimcə idi. “Kəpəz”də isə cəmi 4 ay top qovsam da, baş məşqçi və komandadakı ab-hava xoşuma gəlirdi. Şahin müəllimlə işləmək xoş idi. Lakin futbol oynadığmız meydan və kollektivin məskunlaşdığı baza... Məni çox məyus etdi. Elə mühitdə adam özünə peşəkar futbolçu deyə bilmir. İndi isə gəncəlilərin vəziyyəti yaxşıdı. Bildiyim qədər artıq stadionda təmir işləri də başlayıb. “Kəpəz”də çıxış edən futbolçulara və baş məşqçiyə gələcəkdə uğurlar arzulayıram.
- “Sumqayıt”ı seçməyində bu şəhərdə anadan olmağının nə dərəcədə rolu oldu?
- Səmimi desəm, bu fakt o qədər də ciddi rol oynamadı. Əsas odu ki, baş məşqçi və rəhbərlik məni yeni qurulan komandada görmək istədi. “Qəbələ”dən sonra rəhbərliyin və baş məşqçinin çətin anlarda futbolçuya dəstək olmasının nə qədər önəmli amil olduğunu dərk etdim. Bunsuz irəli getmək mümkün deyil.
- Yeni mövsümdə rəhbərliyi altında oynayacağın Samir Abasov da futbolçunun “başını sığallayan” məşqçilərdən deyil. Onunla dil tapmaq sənin üçün çətin olmayacaq?
- Mən Samir müəllimlə görüşüb söhbət etmişəm, demək olar ki, futbola baxışımız üst-üstə düşür. Bundan başqa, dəfələrlə onun komandasına qarşı çıxış etmişəm. Ancaq oyun vaxtı onun hansısa futbolçunun üstünə qışqırdığını, ağır söz dediyini eşitməmişəm. Mən maksimuma köklənən, komandanı uğura daşımaq üçün gecə-gündüz çalışan məşqçilərlə işləməyi sevirəm. Bu məqam mənim üçün çox vacibdi.
- “Sumqayıt”a böyük arzularla gəldiyini hiss edirəm. Bəzən arzularla reallıq üst-üstə düşmür. Ortada Vaqif Cavadov nümunəsi var. O da “Sumqayıt”a böyük ümidlərlə gəlmişdi. Abasovun yanında özünü göstərib daha sanballı klublara yollanacağını, yenidən milliyə dəvət alacağını düşünürdü. Lakin bunun əksi yaşandı. Eyni aqibətlə üzləşəcəyindən qorxmursan?
- Ötən illərdə “Sumqayıt” daha çox gənclərə və təcrübəsizlərə üstünlük verirdi. Onların da çoxu komandada icarə əsasında çıxış edirdi. “Sumqayıt”a bir növ tramplin gözü ilə baxırdılar. İndi isə vəziyyət dəyişib. Kollektivə yeni qoşulanların, demək olar, hamısı təcrübəlidilər və yeni mövsümdə “Sumqayıt”ın konkret hədəfləri olacaq. Şişirtmək kimi olmasın, ancaq doğrudan da bizdən çəkinməyə dəyər. “Sumqayıt”da itib-batmağımdan isə qorxmuram. Çünki özümə əminəm və bəzi insanlara futbol oynaya bildiyimi sübut edəcəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar