02 in 14:05manset

Zaur Axundovun Biro Jadeylə bağlı tərəddüdünün səbəbi bilindi

Zaur Axundovun Biro Jadeylə bağlı tərəddüdünün səbəbi bilindi
Həmyerliləri onu millimizdə görmək istəmir

İlk baxışdan elə görünə bilər ki, futzal millimizin baş məşqçi məsələsi aktual deyil. Əvvəla, Avropa çempionatının final mərhələsi 2018-ci ilin yanvar-fevral aylarında Sloveniyada baş tutacaq. Yəni məsul yarışa hələ 8 ay vaxt var. Düzdü, bu ilin sentyabrında da oyunlar olacaq. Qitə çempionatının həlledici mərhələsinə son 4 vəsiqə sahibinin adı payızda bəlli olacaq. Ancaq millimiz final mərhələsinə birbaşa vəsiqə qazandığından pley-offdan azaddı. Digər tərəfdən, apreldə Bakıda keçirilən əsas mərhələnin oyunlarında Bosniya və Hersoqovina, Macarıstan və Albaniyanı üstələyən yığmanın uğuruna Biro Jade imza atıb. Miltinyonun çətin vəziyyətdə atıb getdiyi komandanı təhvil alıb 2-3 aya AÇ-yə hazırlayan və uğura imza ataraq qrup qalibi kimi finala vəsiqə qazanan Birodan imtina etmək üçün ciddi səbəb olmalıdı. Futzal Federasiyasının prezidenti Zaur Axundov isə hər fürsətdə “yeni məşqçi axtarırıq” deyir. Hələ Bakıdakı qrup oyunlarından sonra bu haqda açıqlama verən Zaur bəylə AFFA-nın baş katibi Elxan Məmmədovun fikirləri arasında ziddiyyət olduğunu da diqqətə çatdırmışdıq. Düşünmək olardı ki, Axundov məlum açıqlamanı “isti baş”la verib və nəticələri təhlil etdikdən sonra gənc mütəxəssisə daha bir şans tanıyacaq. Ancaq İcraiyyə Komitəsinin üzvü “Nuh deyir, peyğəmbər demir”: “Miltinyonun gedişi gözlənilməz olmuşdu və buna görə qışda risk etməyib komandanı Biro Jadeyə etibar etmişdik. O isə yığmanın səviyyəsini qoruyub saxlaya bildi və futzalçıları formadan düşməyə qoymadı. Nəticədə birinci yeri tutub 5-ci dəfə AÇ-nin final mərhələsinə vəsiqəni əldə etdik. Komanda hazırda istirahətdədi. İyulun əvvəlində həm milli, həm də “Araz” bir araya gələcək. Çünki həm Çempionlar Liqasına, həm də AÇ-yə hazırlaşmaq lazımdı. Baş məşqçi məsələsini isə qısa müddətdə həll etməyə çalışırıq. Biro Jade ilə də danışırıq, siyahıda digər məşqçilər də var. Siyahımızda olanlar yeni məşqçilərdi. Ad açıqlamaq istəmirəm, bu, sirrdi. Amma köhnə baş məşqçilərdən də kiminləsə danışa bilərik. Hər halda, yaxın günlərdə bu məsələni yekunlaşdıracağıq. Biro Jadenin baş məşqçi kimi təcrübəsi azdı. Ona məsləhət gördük ki, PRO kurslarında iştirak etsin. Düşünürəm ki, ona bir neçə il köməkçi kimi işləmək lazımdı. Ondan sonra klubda baş məşqçi kimi işləyə bilər. Bütün bu mərhələləri keçməlidi ki, milli komandanın başına gətirilsin. Gəncdi, istedadı var və gələcəkdə uğurlu ola bilər”.
Zaur Axundovun Biro Jadenin namizədliyinə ehtiyatlı yanaşması səbəbsiz deyil. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, gənc mütəxəssisi yığmanın düşərgəsində sevməyənlər var. Maraqlıdı ki, Birodan həmyerliləri şikayətçidi. Ölkəsinə yollanan braziliyalı futzalçılar rəhbərliyə belə bir mesaj göndərib: “Biro qalır, ya göndəriləcək? Onu saxlayacaqsızsa, biz özümüzə başqa klub axtaraq”. Braziliyalı futzalçıların həmyerlilərini bəyənməməsinin səbəbini bilmirik, amma rəhbərliyi Bironun xarakteri qane etmir. Futzalçılarla həddən artıq səmimi davranması, onlarla “feysbuk” vasitəsilə əlaqə qurması, ümumiyyətlə, sosial yönümlü biri olması qeyri-ciddi məşqçi obrazı canlandırır. Rəhbərlik isə ciddi, futzalçılarla məsafə saxlamağı bacaran, həmçinin güclü taktiki biliyi və təcrübəsi olan mütəxəssis axtarışındadı. Federasiya başbilənləri düşünür ki, Biro Jade komandanı ələ ala bilmir və bu, AÇ ərəfəsində heyəti formalaşdırarkən problem yaradacaq. Halbuki rəhbərliyin iddiası yığmanı yarımfinalda görməkdi. Zaur Axundov əsas vurğunu “yeni məşqçilər”ə vursa da, federasiyanın Joze Alesio da Silva variantının üzərində daha çox dayandığı məlumdu. Məsələ burasındadı ki, ölkəmizdən səs-küylə ayrılan Alesio ona problem yaratmayan, müqaviləni birtərəfli qaydada pozduğuna görə FİFA-ya şikayət etməyən AFFA-dan razılığını gizlətmir. Tərəfləri yaxınlaşdıran əsas cəhət budu. Yəni braziliyalı mütəxəssis millimizi “urvatsız” şəkildə tərk etsə də, dost münasibətləri davam edir.
Alesionun dönüşü hələ DÇ-dən əvvəl baş tuta bilərdi. Ancaq Qazaxıstan millisi və “Kayrat”la müqaviləni yeniləyən braziliyalı bizimkilərin təklifinə cavab verməmişdi. Qeyri-adi nəsə baş verməsə, baş məşqçi məsələsi qarşıdakı iki həftə ərzində həllini tapmalıdı. Son nöqtəni qoymaq üçün Futzal Federasiyasının prezidenti Zaur Axundovla AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın günlərdə görüşəcəyi bildirilir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar