27 may 17:52manset

“Son mövsümdə cəzalanmayan hakim olmadı”

“Son mövsümdə cəzalanmayan hakim olmadı”
“Son mövsümdə cəzalanmayan hakim olmadı”

Dünən AFFA-da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdük. Mövsümün yekunları ilə bağlı komitə rəhbəri ilə söhbətləşdik.

“Köməkçi hakimlərdən elələri var ki, aşağı dəstəyə keçirdik”
- Ənənəvi sualla başlayaq. Hakimlər üçün 2016/17 mövsümünü necə dəyərləndirirsiz?
- Hesab edirəm ki, normal keçdi. Ancaq bir ara – qış fasiləsindən sonrakı 3-4 tur axsamalar oldu. Özünüz də şahidsiz ki, bir neçə oyunda hakimlər nəticəyə təsir edən səhvlərə yol verdi. Martda keçirilən Azərbaycan – Almaniya qarşılaşmasının hakim-inspektoru Aleksey Spirin idi. Onunla söhbətdə soruşdum ki, biz əla toplanış keçdik, ancaq fasilədən sonra bir neçə tur hakimlərimiz kobud səhvlər etdilər. Spirinin təcrübəsi hər kəsə bəllidi. Bu adam dünya çempionatının final mərhələlərində iştirak edib, dərin biliyə malikdi. O maraqlı bir söz söylədi ki, toplanışdan sonrakı 3-4 tur ya əla, ya da çox pis keçir. Ancaq sonradan hər şey qaydasına düşür. Bildirdim ki, düzdü, bizdə 4 tur pis keçdi, lakin sonradan düzəldi. Bu üzdən hakimlik baxımından mövsümü normal sayıram.
- Bilirik ki, mövsüm bitəndən sonra hakimlərin aldıqları qiymətlərə əsasən orta rəqəm çıxarırsız. Bu cəhətdən ən yaxşı qiymət kimdədi?
- Bu bizim sirrdi. Orta reytinq çıxarılır və bu da çox vacib məsələdi. Çünki FİFA-ya yeni adları göndərəndə həmin reytinqə əsaslanırıq. Bu üzdən indi kimin hansı bala malik olduğunu deyə bilmərəm. FİFA-ya namizədlər seçilərkən onların reytinqinə baxırıq ki, kim öndədi. Ona görə də bunu açıqlamaq tezdi. Yalnız həmin ərəfədə deyə bilərəm.
- Başa çatan “futbol ili”ndə cəzalanmayan hakim oldu?
- Deyim ki, cəzalanmayan hakim olmadı. Hər biri bir neçə – kimi 2, kimi 3, kimi də 5 tur cəzalandı. O baxır buraxdığı səhvlərin ciddiliyinə. Bir var hakim səhv edib, komanda 2:0 yox, 3:0 hesablı qələbə qazanıb. Bir də var ki, birbaşa nəticəyə təsir edən yanlış qərar. Hansı ki, komanda həmin səhv nəticəsində qələbə qazanıb və ya məğlub olub. Bu yekun nəticəyə təsir edən yanlış qərardı və cəzası 5 turdu. Bir sözlə, hakimlərin hamısı cəzalanıb.
- Belə deyək, premyer-liqada güvəndiyiniz 10 hakimin heç biri cəzadan yaxa qurtara bilməyib?
- Bəli, 10 hakim iş başında olub və hamısı cəzalanıb. UEFA-nın Hakimlik Konvensiyasının tələbinə əsasən yüksək liqada neçə komanda varsa, o sayda da baş hakim olmalıdı, üstəlik, 2 nəfər də ehtiyat. Bizdə də 10 nəfər idi. Onlara da demişik ki, elə fikirləşməyin həmişə siz olacaqsız. Cavanlar gəlir, kimsə yerini itirə bilər. Məsələn, mövsüm ərzində iki-üç dəfədən çox hansısa hakimin səhvi yekun nəticəyə təsir edirsə, o hakim yəqin ki, yerini itirəcək. Ad çəkmək istəmirəm, köməkçi hakimlərdən elələri var ki, aşağı dəstəyə keçirdik, premyer-liqaya təyinat vermirik. Baş hakimlərdən isə hələ ki beləsi yoxdu.

“Qışda hakimlər çox yüklənmişdilər”
- Qeyd etdiz ki, qışdan sonra bir neçə turda kobud səhvlər oldu. Bəlkə toplanışda nəyisə düzgün etməməsiz? Bəlkə hakimləri çox “yükləmisiz”?
- Ay sağ olun. Elə mən də onu demək istəyirdim. Spirin də məndən soruşdu ki, proqramı necə keçdiz? Mən izah edəndən sonra bildirdi ki, çox yükləmisiz. Özünüz də olmusuz, görmüsüz. Bir dəqiqə boş vaxtımız olmurdu. Gündə 3 dəfə məşq, 2 dəfə dərs. Fiziki məşğələlərdən sonra gəlirdilər dərsə, beyin o qədər də yaxşı işləmirdi. Ona görə proqramda bir qədər dəyişikliklər etməyə başlayırdıq. Doğrudan da qışda hakimlər çox yüklənmişdilər. Spirin də onu qeyd etdi ki, çox yüklənmənin təsiridi, getdikcə qaydaya düşür. Elə düşdü də. Ümumiyyətlə, 4-cü dövrədə elə bir mübahisəli epizod olmadı. Düzdü, bizim baxışımızdan olurdu, ancaq o qədər də ciddi məqamlar deyildi.
- Yeri gəlmişkən, Spirinin adını çəkdiz. Qışda onun və ya Nikolay Levnikovun toplanışa gələcəyini desəz də, sonradan heç biri seminarlarda iştirak etmədi.
- Levnikov həmin ərəfədə Qazaxıstan Hakimlər Komitəsi ilə müqavilə bağlayıb, ora getdi. Qəfil oldu, heç özü də gözləmirdi. O gözləyrdi ki, Rusiya Hakimlər Komitəsinin sədri olacaq, lakin sonradan Qazaxıstana getdi. O ki qaldı Spirinə, ailə vəziyyətinə görə gələ bilmədi. Özü də dəfələlərlə üzr istədi. Həyat yoldaşının səhhətində ciddi problem yarandığı üçün toplanışa təşrif buyurmadı. Bilirsiz ki, qızı Antalyada yaşayır, əslində onlara da baş çəkmək istəyirdi. Lakin problemləri üzündən nə bizim toplanışa gələ, nə də ruslarla gedə bildi.
- Yəni maliyyə söhbəti səbəb deyildi?
- Yox-yox, qətiyyən. Deyim ki, mən onu yaydakı toplanışda da görmək istəyirdim. Ancaq əvvəlcədən bir söz demək istəmədiyini, imkan olarsa, zəng edib deyəcəyini söylədi.
- Əcnəbi mütəxəssislərin toplanışda iştirak etməməsi hazırlığa təsir etdimi?
- Bilirsiz, qışda FİFA və UEFA tərəfindən oyun qaydalarına yeni heç nə əlavə olunmamışdı. Ötən oyunlardakı səhvlər, onların təhlili və çıxış yolları seminarlarda müzakirə edilir. Ancaq yanaşmalar fərqlidi. Eyni şeyi biz bir cür çatdırırıq, başqası fərli şəkildə tədris edir. Hər kəsin öz yolu, öz metodu var. Spirin stajlı bir pedaqoqdu, fizika-riyaziyyat elmləri üzrə doktordu, səhv etmirəmsə, ölkəsində Kosmik Tədqiqatlar İnstitutunda işləyir. O materialı olduqca gözəl çatdırır. Tutaq ki, İvanov başqa cür tədris edir. Nə qədər müxtəlif yanaşmalar varsa, bu hakimin xeyrinədi. Hər kəsin dediyinin maraqlı tərəfini qəbul edir və bütün bunlar hakimlər üçün faydalıdı. Hər halda, heç kim hakimlərin ziyanına olan nəsə deməz.

“Fariz Yusifov işini davam etdirəcək”
- Çempionatda kimin nə qədər təyinat aldığını araşdırmışıq. Bəzi məqamlar diqqətimizi çəkdi. Elvin Əsgərov qış fasiləsinə kimi premyer-liqada oyun idarə etməyib. Bunun səbəbi nə idi?
- Bəli, təyinat almadı. Səbəb həm zədəsi ilə bağlı idi, həm də normativin öhdəsindən gələ bilməmişdi. Qışda isə hər kəs kimi normativi verdi və oyunlara da təyinat alırdı.
- Ramil Diniyevlə Orxan Məmmədov “Qəbələ”nin iştirak etdiyi matçlara getməyib. Klub bu hakimləri öz oyununda görmək istəmirdi, yoxsa hakimlər həmin komandanın görüşlərinə getməkdən boyun qaçırırdı?
- Nə klub onları istəmədiyini deyib, nə də hakimlər getməkdən boyun qaçırıb. Sadəcə, biz özümüz müəyyən fasilə götürdük. Elə Rəhim Həsənovun özü üçün də “Qarabağ” – “Qəbələ” oyunundan sonra belə qərar verdik. İstər-istəməz...
- ...Qıcıq yaranmasına imkan verməmək üçün?
- Bəli, çalışdıq bundan qaçaq. Düz vurğuladız ki, qıcıq yaratmamaq üçün özümüz bu təyinatları vermirdik. Ancaq növbəti mövsüm hər bir hakim bütün komandaların oyununu idarə edəcək.
- Fariz Yusifov karyerasını bitirməklə bağlı sizinlə söhbət edib?
- Danışığımız olub. Ancaq karyerasını bitirməsindən söhbət getmir.
- Siz onun getməsini istəyirsiz?
- Xeyr. Əvvəla, onun yaşı imkan verir ki, davam etdirsin. Ən əsası isə Fariz fiziki hazırlıq baxımından bu gün cavanlardan geri qalmır, hətta deyərdim ki, əksəriyyətindən yaxşıdı. Biz demişik ki, kim fiziki normativlərin öhdəsindən gələcəksə, lap 50 yaşa qədər oyun idarə etsin. FİFA-da da yaş həddi götürülüb. Təbii, fiziki cəhətdən çatdırırsa, elə onun təcrübəsi bəsdi. Bir sözlə, Farizlə söhbətimiz olub, karyerasını bitirməsi müzakirə mövzusu deyil, hakimliyi davam etdirəcək.
- Yusifov qış təlim-məşq toplanışında sizinlə Antalyaya yollanmamışdı...
- Bu haqda müzakirələr çox şişirdilir. Dəfələrlə özü də, mən də açıqlama verdik ki, Fariz öz iş yerində yeni vəzifəyə təyin olunmuşdu, rütbəsi artmışdı. Onun sərəncamında 300-ə yaxın adam var idi. Həmin vəzifəyə yeni təyin olunduğuna görə xahiş etdi ki, işlərimi yoluna qoyum, növbəti toplanışda heyətlə birgə olacam.
- Bizim demək istədiyimiz odu ki, toplanışa getməyən hakim hazırlıqda iştirak edənlərdən daha yaxşı təsir bağışladı.
- O yanaşma da düz deyil. Yusifov getsəydi də, o cür hakimlik edəcəkdi. Onun təcrübəsi kifayətdi. Yenə deyirəm, toplanışda yeni nəsə olmadı ki. Sadəcə, oyun praktiası lazım idi. Burdakı yoldaşlıq oyunlarını idarə etdi. Başqa səbəb yox idi.
- Kubokun finalından öncə belə bir fikir var idi ki, matçı Ömər Paşayev idarə edəcək. Ancaq futbol ictimaiyyəti Yusifovun təyinatının daha doğru olacağını bildirirdi. Sonda həlledici görüş məhz sabiq FİFA referisinə həvalə olundu. Doğrudanmı təyinatla bağlı sonradan fikrinizi dəyişdiz?
- Mətbuatı da oxuyurdum, ictimaiyyətin fikirləriylə də tanış idim. Sadəcə, münasibət bildirmirdim. Ömər, ümumiyyətlə, bizim namizədlər sıyahısında olmayıb. Hələ kubokdan bir ay öncə bununla bağlı məsləhətləşirdik. Bizim iki namizədimiz var idi: Fariz Yusifov və Əliyar Ağayev. Ömər söhbəti olmayıb. Doğrusu, ictimaiyyətin fikrinə hörmətlə yanaşırıq. Ancaq bu o demək deyil ki, mütəxəssislər bizə “filankəs olmalıdı” deyə şərt qoyur. Bir sıra məqamları, eyni zamanda bu komandaların oyununu Farizin yüksək səviyyədə idarə etdiyini nəzərə alıb, onu baş hakim təyin etdik, Əliyar isə 4-cü hakim funksiyasını yerinə yetirdi. Başqa heç bir söhbət olmamışdı. Biz cavab vermədikcə mətbuat üstümüzə gəlirdi ki, Fariz olmalıdı. Guya mən bilmirəm Fariz olmalıdı? Biz də bilirik də. Əvvəlcədən qərar belə idi və sonda da açıqladıq.

“Əliyarın adı Kollinanın qırmızı dəftərindədi”
- Keçək Əliyarın məsələsinə. Demişdiz ki, qışdan sonra Ağayevə fantastik təyinat gələcək. Hələ də gözləyirik.
- Bu, bizdən asılı olan bir şey deyil. Özləri demişdi, mən də ona görə açıqlaya bilmirdim. Onlardan da hər şey gözləmək olur. Demişdilər ki, martda və ya apreldə ona əla bir təyinat gələcək. Olmadı. Yalnız Gənclər Liqasında 1/4 final oyununu idarə etdi. Amma yenə qeyd edirəm, Əliyarın adı Pyerluici Kollinanın qırmızı dəftərindədi.
- İyunda Əliyarın 1-ci kateqoriyaya yüksəlməsi təsdiq olunacaq? Hər halda, belə demişdiz.
- İyunda olmalıdı. Həmişə ildə iki dəfə siyahı açıqlanırdı. Mənim bəxtimdən açıqlama verdim, ertəsi isə məlum oldu ki, kateqoriyaların ildə bir dəfə açıqlanmasına qərar verilib. Orda da bir çox milli assosiasiyaların xahişini nəzərə alıblar. İndi də gözləyirik.
- Bizim kurator bu haqda nə deyir?
- Təbii, Levnikovla əlaqə saxlayırıq. Qazaxıstanda işləməsinə baxmayaraq, bizim kuratordu. Hakimlərimizin çempionatda idarə etdiyi oyunların siyahısını onlara göndəririk. Çünki UEFA da bununla maraqlanır. İyunun sonu–iyulun əvvəlində komitə yığışmalıdı.
- FİFA referilərindən söz düşmüşkən, Ömər Paşayev Malaqadakı imtahanlardan birində zəif nəticə göstərmişdi. Bu haqda nə deyə bilərsiz?
- Yaxşı ki, bu məqama da toxunduz. Məsələ belədi, Ömər fiziki hazırlıqdan əla keçib. Buna qədər FİFA-ya birinci dəfə düşən hakimlərlə ingilis dilində söhbət aparılırdı. Həmin dialoq zamanı bir-iki sual verilirdi və müəyyən olunurdu ki, hakim ingilis dilini bilir, ya yox? Bu dəfə də bir ilk baş verdi. Belə ki, hakimlər ingilis dilindən yazılı imtahan veriblər. Bu ilk dəfə idi. Verilən 20 sualdan minimum 18-nə cavab verməlisən. Paşayev isə 16-na cavab yazıb. Vaxt da az olub. Təkcə Ömər yox, 80-90 faiz vaxt azlığından cavabları tam yaza bilməyib. Ondan sonra Avstriyadakı turnirə Paşayevə təyinat da verdilər. Təyinatından bir həftə sonra bizə belə bir məktub gəldi ki, UEFA səviyyəsində olmaq üçün yaxın aylarda oyun qaydaları biliyini təkmilləşdirməlidi. Qaydaları əla bilir, sadəcə, ingilis dilindən 18-nə cavab verməyi çatdırmayıb. Növbəti təyinatı da var. Onlara lazım olmasaydı, Ömər haqda pis fikirdə olsaydılar, 2-ci təyinatı göndərməzdilər. Bizə bildirdilər ki, 6-7 təyinat olacaq. Avstriyadakı turnirdə özünü yaxşı tərəfdən göstərib, qiymətləri də yüksək olub, hakim-inspektorlar onun haqda yaxşı rəy bildiriblər. Savad var, fiziki durumu yaxşıdı, ona da böyük ümid bəsləyirlər. Bəziləri imtahandan keçməyib-filan yazırdı. Bəs keçməyibsə, təyinat necə gəlir? Ancaq ingilis dilini lap əla bilməlisən. Məncə, elə bir problem yoxdu.
- Beynəlxalq dərəcəli laysman Yaşar Ababasov Hakimlər Komitəsində işləyirdi...
- Komitənin əməkdaşı idi.
- Çıxartmısız?
- Çıxartmadıq, öz ərizəsi ilə çıxdı. Bu məsələdə də oxuyuram ki, işdən qovublar. İşdən qovulandan ərizə almırlar, azad olunması haqda əmrini verirlər.
- Bəs işdən çıxmasının səbəbi nə idi?
- Yaxşı iş tapıb. Lakin hakimliyini davam etdirəcək. Elə iş tapıb ki, istədiyi vaxt oyunlara gedə biləcək.

“Heç vaxt hakimdən “nə qədər almısan” deyə soruşmuram”
- İslamiadada hakimlərimiz də oyun idarə etdilər. Özünüz də bir neçə oyunda hakim-inspektor funksiyasını yerinə yetirdiz. Bizim hakimlərin İHO-dakı işini necə dəyərləndirirsiz?
- Təkcə mən yox, Asim Xudiyev də hakim-inspektor kimi oyunlarda olub. Həmçinin Murad Məmmədov və Elçin Məmmədov da nümayəndə funksiyasını yerinə yetirib. İstər Rəhim, istərsə də Əliyar təyinat aldıqları oyunları yaxşı idarə etdilər. Yalnız Həsənovun bir oyununda laysmanın səhvi oldu. Biz hər oyun günündən sonra başqa ölkələrdən gələn hakimlərlə videogörüntüləri təhlil edirdik. Bildiyiniz kimi, yarışda ukraynalı, moldovalı və gürcü ədalət təmsilçiləri də oyun idarə edirdi. Həm müsbət, həm də mənfi məqamları göstərirdik. Təvazökarlıqdan uzaq olsa da, hakim var idi ki, deyirdi, mən bu 10 gündə çox şey öyrəndim, nəinki bir neçə ildə öz ölkəmdə. Hansı ölkədən olduğunu deməyəcəm. Tutaq ki, Kollina artıq 7-8 ildi Ukraynada işləyir. Ancaq elit mərhələdə bu ölkədən hakim yoxdu. İki referiləri 1-ci kateqoriyadadı: Yevgeni Aranovski və Sergey Boyko. Hər ikisinin də idarəçiliyini görmüsüz. Hələ o cür “arxaları” var, ancaq elit mərhələdə hakimləri yoxdu.
- İslamiadada qrup mərhələsinin son oyununda - U-23-ün Mərakeşlə görüşündə gürcü hakimin idarəçiliyi afrikalıların ciddi narazılığına səbəb oldu. Xüsusən şübhəli penalti epizodu var idi. Bunlar haqda nə deyə bilərsiz?
- Hakim anındaca fitini səsləndirdi və hücumçunun qapıçıya qarşı təhlükəli oynadığına işarə etdi. Təbii, biz onu göstərib, izahatını da istədik. Uşaqlar da razılaşdılar ki, hücumçu təhlükəli oynayıb. Düzdü, səhvlər var idi. Onların nə üçün hay-küy saldığı bəlliydi. Məqsədə çatmaq üçün qələbə lazım idi. Onlar ötən İslamiadanın qalibi kimi gəlmişdilər. Qrupdan çıxa bilməmələri ölkələrində yaxşı qarşılanmayacaqdı. Elə ilk dəqiqələrdən istənilən fitə çox kəskin reaksiya verirdilər. 8-9 sarı vərəqə aldılar. Futbolçu gəlib hakimin qərarına əl çalırsa, bu sorğu-sualsız “sarı”dı. Həmçinin qapıçının hərəkəti birmənalı şəkildə vərəqə tələb edirdi. Ona qalsa, Kamerunla oyunda bizim xeyrimizə penalti verilmədi. Hakimdi, səhv edə bilər.
- Bir oyuna görə hakimlər nə qədər qonorar alırdı?
- Bilirsiz, hakimlərin hər birinə ayrıca kart vermişdilər. Mən heç vaxt hakimdən “nə qədər almısan” deyə soruşmuram. Nə qədər alıblarsa, Allah xeyir versin.
- Bəs sizin özünüzə nə qədər qonorar verildi?
- Bizə heç nə (gülür).

“Həmin sistemdən müvəqqəti imtina etdik”
- Sonda yay hazırlıq planınız haqda məlumat verərdiz.
- Plan deyəndə ki, hələ dəqiq bilinmir, nə vaxt, harda olacaq. İstəyimiz var ki, toplanışımız ötən ildəki kimi Bolqarıstanda olsun. Adətən, bütün ölkələr yayda Avstriyaya gedir. Ötən ildən başlayaraq, Bolqarıstanın Bansko şəhəri bütün Avropanın diqqətini cəlb edib. İndi Avstriyaya yox, daha çox ora gedirlər. Hətta eşitmişəm ki, bizim bir-iki komanda da ora getmək istəyir. Bir il ərzində orda xeyli meydançalar salınıb. Şəhərdə otel doludu. İstəyimiz budu, nə dərəcədə reallaşacağını zaman göstərəcək.
- Bu arada artıq 6 hakimli sistemdən imtina etmisiz?
- Əslində qışdan sonra bir müddət oldu. Hakimlərimizlə belə danışmışdıq ki, kimsə səhv edəcəksə, hamıya şamil olunacaq. Birinə, ikisinə, üçünə keçdik, gördük ki, hamı səhv edir. Əliyarla Rəhimdən başqa qapı arxasında səhv etməyən hakim olmadı. Bilirsiz, niyə imtina etdik? Maliyyə söhbəti deyil. Belə olsaydı, əvvəldən həmin sistemi tətbiq etməzdik. Fariz Yusifov bir dəfə dedi ki, mənə əlavə köməkçi hakimlər lazım deyil. Özüm daha çox işləyəcəm, daha çox qaçacam. Effekt verdi. Baş hakim arxayın olur ki, qapının arxasında köməkçim var, o yardım edəcək. Həmin köməkçi də ya səhv edir, ya da bilərəkdən kömək etmir. Bu da ümumi nəticədə səhv olur axı. Məni maraqlandırmır yanlış kimdədi, briqada səhv elədi. Niyə səhv olmalıdı? Ona görə də bu sistemdən müvəqqəti də olsa, imtina etdik. O da effekt verdi ki, əlavə köməkçilərsiz daha yaxşı qərar verirlər. Baş hakim çalışır ki, epizoda daha yaxın olsun, daha dəqiq qərar versin. Yəni heç kimə arxayın olmamalıdı.
- Belə düşünürsüz ki, o sistem effekt vermir və xeyri yoxdu?
- Düzdü, bir neçə oyunda faydası oldu. Bəzi qarşılaşmalarda hakim penaltini bir qədər ləng təyin edəndə çoxu səbəbini anlamırdı. Ancaq həmin epizodda qapı arxasında duran hakim ona kömək edirdi. Lakin səhvlər də oldu.
- Həmin sistemdən birdəfəlik imtina etmisiz?
- Xeyr, birdəfəlik yox. Ola bilər ki, hansısa oyunda tətbiq edək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar