19 dek 19:48manset, reportaj

Əliyar Ağayev üç penalti təyin etdi və Qəbələdə təhqir olundu

Əliyar Ağayev üç penalti təyin etdi və Qəbələdə təhqir olundu
55 Qəbələ - Kəpəz (Gəncə) 2:1 (1:0)
22. Dmitri Bezotosnı – 5,5
4. Elvin Camalov – 4,0
(21. Roman Hüseynov, 20) – 4,0
15. Vitali Vernidub – 5,0
(44. Rafael Santos, 46) – 5,0
3. Voislav Stankoviç – 5,5
17. Məhəmməd Mirzəbəyov – 4,5
7. Nika Kvekveskiri – 5,5
6. Rəşad Sadiqov (k) - 5,0
11. Asif Məmmədov – 4,5
19. Filip Ozobiç – 5,5
(27. Teo Uiks, 56) – 5,0
10. Ruslan Qurbanov – 6,0
9. Sergey Zenyov – 5,5
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
14. Cavid Hüseynov
32. Rəşad Eyubov
90. Ramil Hasanov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Ruslan Qurbanov

88. Tadas Simaitis – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
15. Azad Kərimov – 5,0
36. Renan – 3,5
18. Tural Axundov (k) – 5,5
5. Kərim Diniyev – 4,5
(6. Ceyhun Cavadov, 46) – 4,5
7. Vüqar Bəybalayev – 5,0
(23. Tural Nərimanov, 85) – qiymətsiz
19. Orxan Əliyev – 4,5
77. Serjinyo – 5,0
17. Nicat Qurbanov – 4,5
(10. Dario Federiko, 60) – 5,0
90. Jülyen Ebah – 4,5
Ehtiyat oyunçular
1. Eyyub Əliyev
21. Novruz Məmmədov
9. Tural Qürbətov
75. Yusif Cəfərov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Tural Axundov
Qollar: F.Ozobiç, 23-p. (1:0). T.Axundov, 77-p. (1:1). R.Qurbanov, 83-p. (2:1).
Vərəqələr: Renan, 22 (qeyri-idman hərəkəti). R.Santos, 51 (qeyri-idman hərəkəti). V.Stankoviç, 75 (sistematik qayda pozuntusu) – sarı. Renan, 82 – qırmızı (ikinci sarı).
Hakimlər: ƏLIYAR AĞAYEV, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
17 dekabr. Qəbələ. Şəhər stadionu. 1000 tamaşaçı (4500 yerlik).
Yalnız ikinci hisəyə 4 dəqiqə əlavə olunub.
Çempionatın ilk yarısının son turuna bölgədə keçirilən tək görüşlə start verildi. Qəbələdə şəhərin eyniadlı komandası “Kəpəz”i qəbul etdi. Bu matç təqvimə əsasən Gəncədə keçirilməli olsa da, meydanın ot örtüyünün durumu ilə bağlı yerdəyişmə olmuşdu. Premyer-liqanın ikincisi qələbə qazanıb, “Qarabağ” - “İnter” matçının nəticəsindən asılı olaraq fasiləyə “qış çempionu” kimi yollana bilərdi. Yəni “Qəbələ”nin ilk yarını lider kimi tamamlaması üçün həm özü qalib gəlməli, həm də “Qarabağ” uduzmalıydı. Avrokubok zonasına can atan “Kəpəz” isə səfərdən ən azı bir xalla qayıdıb, “Zirə” ilə “Sumqayıt”ın da 1 xalla kifayətlənməsini gözləməliydi. Bu halda Gəncə təmsilçisi 4-cü pillədəki yerini qoruyacaqdı.
Qəbələdə 30 santimetrdən çox qar olsa da, şəhər stadionunun ot örtüyü həmişəki kimi ideal vəziyyətdə idi. Oyun meydan sahiblərinin hücumları ilə start götürdü. Ön xətdəki futbolçuların fəallığı qonaqları ilk dəqiqələrdən öz cərimə meydançasına doğru sıxılmağa məcbur etmişdi. Bunun məntiqi nəticəsi kimi hesab artıq 3-cü dəqiqədə açıla bilərdi. Lakin Mirzəbəyovun sağ cinahdan asmasından sonra Zenyovun akrobatik zərbəsində azacıq dəqiqlik çatmadı. Meydan sahiblərinin heyətində xüsusilə Ozobiç və Qurbanov fəallığı ilə seçilirdi. Hər iki oyunçu topla sürətli reydlər edir, bir neçə rəqibi çaş-baş salırdı. Qriqorçukun komandası növbəti təhlükəli vəziyyəti 10-cu dəqiqədə yaxaladı. Nika cərimə meydançasının önündən qüvvətli zərbə endirsə də, Simaitis əla qurtarışla komandasını qoldan xilas etdi. Orta sahədə rəqibə açıq-aşkar uduzan “Kəpəz” isə əks-hücumlara bel bağlamışdı. Lakin ilk yarım saatda qonaqlar təhlükəli həmlə ilə yadda qalmadılar. 15-ci dəqiqədə meydan sahibləri daha bir əlverişli fürsəti qaçırdı. Ruslan gözəl hərəkətlər hesabına müdafiəçiləri geridə qoydu və əlverişli mövqedə olan Sadiqova ötürmə verdi. O isə sözün əsl mənasında komanda yoldaşının zəhmətini zay etdi – topu tribunalara göndərdi. Ardıcıl hücumlar təşkil edən “Qəbələ” axır ki istəyinə çatdı. 23-cü dəqiqədə Sadiqovdan əla ötürmə alan Ruslanı Renan cərimə meydançasında yerə sərdi və qonaqların qapısına penalti təyin olundu. Ozobiç isə Tadasla topu qapının fərqli künclərinə göndərdi. “Kəpəz” 28-ci dəqiqədə yaratdığı ilk təhlükəli vəziyyətlə tarazlığı bərpa edə bilərdi. Amma, demək olar ki, qapıçı ilə üzbəüz qalan Ebahın zərbəsində dəqiqlik çatmadı. 28-ci dəqiqədə Filip dubla yaxın oldu. Asifdən əla ötürmə alan xorvat yarımmüdafiəçinin zərbəsi istədiyi kimi alınmadı. Hesabda öndə olan meydan sahibləri təzyiqi müəyyən qədər azaltdı. Bu da “Kəpəz”in hissənin sonlarında fəallaşmasına səbəb oldu. Lakin qonaqların hücumları ciddi təhlükə yaratmadı və komandalar meydan sahiblərinin minimalhesablı üstünlüyü ilə fasiləyə yollandı.
İkinci hissə sakit tempdə başladı. Hesabda öndə olan “Qəbələ” topa nəzarət edir, rəqibi cərimə meydançasına yaxın buraxmırdı. Buna baxmayaraq, qonaqların ara-sıra təşkil etdiyi hücumlar müəyyən təhlükəyə səbəb olurdu.
(yazının davamı qəzetin çap variantında)
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar