21 may 12:43manset

Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir

Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir
“Forvard seçiminə xüsusi diqqət ayırırıq”

Ardıcıl dördüncü dəfə çempionluğu bayram edən, bu yay da ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın mövsümlərarası fasilədə heyəti gücləndirmək yönündə hansı addımlar atacağı istər azarkeşlər, istərsə də futbol ictimaiyyəti tərəfindən maraqla gözlənilir. Kluba sponsorluq edən Gözəl ailəsi hər dəfə mətbuata açıqlamalarında Qurban Qurbanova istədiyi transferi həyata keçirməsi üçün lazımi dəstəyi verəcəklərini bildiriblər ki, bu üzdən hamı “köhlən atlar”ın transfer bazarında fəal olacağını, düşərgəyə səviyyəli legionerlərin cəlb ediləcəyini düşünür. Ancaq hələ ki ağdamlılardan səs-soraq yoxdu.
Son çempionun düşərgəsində nələrin yaşandığını, yeni avrokubok mövsümünə necə hazırlaşacağını bilmək üçün dünən komandanın baş məşqçisi Qurban Qurbanovu aradıq. Qurban bəy bu yöndə axtarışların davam etdiyini, transfer məsələsində tələsik qərar vermək istəmədiklərini söylədi: “Komanda hazırda istirahətdədi. Özüm də vətənə yeni dönmüşəm. Heyətə yeni futbolçular cəlb olunacaq. Lakin indi konkret adlar çəkmək düzgün olmaz. Bütün mövqelərə səviyyəli legioner cəlb etmək istəyirik. Ona görə də təklif olunan oyunçuları diqqətlə təhlil edib, komandaya faydalı olub-olmayacağını dəqiqləşdirmək istəyirik. Transfer məsələsində tələsik qərar vermək düzgün deyil. Xırda bir yanlışlıq sonradan bizə baha başa gələ bilər. Heç şübhəsiz, forvard seçiminə xüsusi diqqət ayırırıq. Təcrübəli, yaradılan qol vəzyyətlərindən maksimum istifadə etməyi bacaran hücumçu istəyirəm. Avrokuboklarda uğurlu nəticə qazanmağı düşünürüksə, komandada belə futbolçunun olması vacibdi”.
Bizimlə söhbətdə Qurban bəy “Qarabağ”ın təlim-məşq toplanışı üçün Avstriyaya üz tutacağını da bildirdi: “Komanda iyunun əvvəlində bir araya gələcək. Təlim-məşq toplanışını Avstriyada keçirməyi planlaşdırırq. Başa çatan mövsümin gedişində ciddi zədə alaraq çempionatı erkən başa vuran Kintana da kollektivə orda qoşulacaq. Onun hazırki durumu haqda indi nəsə söyləmək düzgün olmaz. Komandaya qoşulandan və həkimlərimizin müayinəsindən sonra konkret fikir söyləmək mümkündü. O bizə lazımlı futbolçudu və ümid edirəm ki, tezliklə sıralarımıza qayıdacaq. Təbii ki, uzun müddət yaşıl sahələrdən uzaq düşən yarımmüdafiəçi ilkin mərhələdə fərdi qaydada məşq edəcək. Fiziki hazırlıq üzrə mütəxəssislərimiz onunla ayrıca məşğul olub, optimal formaya çatdırandan sonra isə başqa oyunçularla birgə hazırlıqda iştirak edəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar