19 may 20:04manset

Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?”

Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?”
Elvin “Neftçi”yə lazım deyil, Səlahət Avroliqada “İnter”ə kömək edəcək!
Hazırda əsas diqqətlər İslam Həmrəyliyi Oyunlarına və yığmanın Şimali İrlandiya ilə vacib qarşılaşmasına yönəldiyindən, “Neftçi” kölgədə qalıb. Ardıcıl üçüncü mövsümü titulsuz başa vuran, 8 ildən sonra avrokuboklarda iştirak etmək imkanını boşa verən “ağ-qaralar” transfer çalışmalarında da fəallığı ilə seçilmir. Düzdü, ayrı-ayrı futbolçuların – Səlahət Ağayev, Elvin Məmmədov, Məhəmməd Mirzəbəyovun növbəti mövsümdə ağ-qara formanı geyəcəyi deyilir. Amma hələ ki ortada rəsmiyyət yoxdu. Nə klub saytında xəbərlərə rast gəlirik, nə də klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin kim olacağı dəqiqləşmədiyindən yeniliklərlə bağlı fikir öyrənməyə adam tapırıq. Yeganə mənbə baş məşqçi Elxan Abdullayevdi ki, son günlər ona etdiyimiz zənglər cavabsız qalırdı. Nəhayət, dünən Abdullayevlə danışmaq mümkün oldu.
- Son günlər bəzi milli üzvlərinin adları “Neftçi”ylə yanaşı hallanır. İstərdik ən dəqiq məlumatları sizdən öyrənək.
- Nəğd olmayan məsələ haqda qabaqcadan danışmağı xoşlamıram. Danışıqlar başa çatsın, məsələyə nöqtə qoyulsun, ondan sonra nə qədər istəyirsiz, danışaq. Hələ ki rəsmi heç nə yoxdu.
- Söhbət milli üzvlərindən gedir. Özünüz də hər imkanda yerli futbolçulara maraq göstərdiyinizi qeyd edirsiz. Hər halda, Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Elvin Məmmədov kimilərin adlarının çəkilməsi boşuna deyil.
- Əlbəttə. Hər bir məşqçi sərəncamında yığma üzvlərini görmək istəyər, o cümlədən mən.
- İşin rəsmiləşməsinə nə mane olur? Nəyi, kimi gözləyirsiz?
- Elvinin söhbəti hardan çıxıb, bilmirəm. Belə bir söhbət yoxdu axı.
- “Neftçi”nin Elvin Məmmədovla maraqlanması həqiqəti əks etdirmir?
- Xeyr.
- Bəs Məhəmməd?
- Onunla danışıqlar davam edir. Bəzi detallar var ki, ortaq məxrəcə gəlməliyik. Özünüz də bilirsiz ki, yığma üzvü olan futbolçuları heyətə qatmaq bir saniyənin içində baş vermir. O öz təklifini irəli sürür, klub öz mövqeyini açıqlayır.
- Səlahət Ağayev?
- Bəli, Səlahət növbəti mövsümdə komandamızda olacaq. Artıq bütün detallar razılaşdırılıb. Sadəcə, Avroliqada “İnter”ə kömək edəcək.
- Birdən zədələnib 3-5 aylığa sıradan çıxsa, necə?
- İşin pis tərəfini düşünmək istəmirik. Ona qalsa, istənilən futbolçu hər an zədələnə bilər. Adi yol gedəndə də.
- Axı siz “çərçivə” ilə bağlı planı Səlahətin üzərində qurmusuz. Biri var məlum səbəbdən zədələnsin, biri də var müqavilə ilə komandanıza məxsus olan futbolçu başqa komandada xəsarət alsın.
- Belə deyim, Azərbaycan futbolunun inkişafı, təmsilçilərimizin uğur qazanması naminə risk etmək olar.
- Məhəmmədlə Səlahəti bildik, siyahıda başqa kimlərin adı var?
- Hələ ki heç nə yoxdu. Səssizlikdi, gözləyirik.
- Cavid İmamverdiyev, Maksim Vaylo, Murad Aağayev, Kamal Qurbanov, Filyo kimi ayrılanların əvəzinə cəmi iki futbolçu cəlb olunacaq? Məlum məsələdi ki, azı gedənlərin sayı qədər yeni oyunçu gətiriləcək.
- Futbolçu olsun ki, götürək də. Kim var, kimi alaq, namizəd var ki?
- “Qarabağ”la “Qəbələ”də əsas heyətə düşə bilməyən o qədər oyunçu var...
- Hələ vaxtımız var. Tələsmək istəmirəm. Fikirləşməli, yüz ölçüb bir biçməliyik.
- Yeni legionerlər olacaq?
- Düzünü desəm, əsas məqsəd yerli futbolçuların cəlb olunmasıdı. Bu dəqiqə yalnız bunun üzərində düşünürük. Görsək ki, çatışmazlıq var, hansısa mövqe “axsayır”, onda legioner məsələsinə baxa bilərik. İndiki vəziyyətdə belə fikrimiz yoxdu. Dəqiq desəm, namizədlər var, sadəcə, ən son plandadı.
- İslam Həmrəyliyi Oyunlarında yığmanın çıxışını yaxından izləyirsiz?
- Əlbəttə. Bu gün də “Neftçi”nin iki futbolçusu – Məqsədlə Ruslan qol vurmaqla milliyə qələbə qazandırdı.
- Kimlərisə gözaltı edə bilmisiz?
- Yığmada oynayanların hamısı öz komandaları üçün vacib fiqurlardı. Üstəlik, müqavilələri var. Lap mən istəsəm də, kimdi onları bizə verən? Oyunlara seleksiyaçı gözüylə yox, sadəcə, azərbaycanlı mütəxəssis kimi baxıram. Sağlıq olsun, finalda da layiqli futbol oynayıb azarkeşləri sevindirərlər.
- Yay hazırlıq planları nədən ibarətdi?
- Bunun üzərində işləyir, götür-qoy edirik. İyunun 23-də bir araya gələcəyimiz dəqiqdi. Ondan sonrası hələ məlum deyil. 10-14 gün Bakıda hazırlıq keçəndən sonra xarici ölkələrdən birinə yollanıb güclü rəqiblərlə yoldaşlıq görüşləri keçirəcəyik. Amma ölkənin adını hələ bilmirik. Klubda bu işlə məşğul olan şəxslər var, onlar həll edəcək. Hara getmək mənim üçün maraqlı deyil. Vacib olan rəqiblərin səviyyəli olmasıdı.
- İyunun 23-ü? Təxminən iki ay fasilə çox deyilmi?
- Başqa yolumuz yoxdu. Əvvəlki vaxtlar olsaydı, yəni çempionat avqustun ilk həftəsində başlasaydı, iyunun əvvəlində yığışacaqdıq. Lakin bu dəfə premyer-liqaya avqustun 15-dən sonra start veriləcək. Ona görə də planı buna uyğun qurmuşuq. Mövsümə hazırlaşmaq üçün təxminən iki ay vaxtımız olacaq. Fikrimcə, yetərli müddətdi.
- Birdən fikirlərini dəyişib yenə əvvəlki kimi avqustun əvvəlində başlamasına qərar verdilər, onda necə olacaq?
- Elə bir şey olmayacaq, dəqiq bilirəm. Gec başlayar ki, tez başlamaz. Ondan narahat deyiləm. Vaxtımız çox olacaq.
- Köməkçilərinizdən biri Novruz Əzimov olacaq. Bəs digəri?
- Bir nəfərlə danışıq aparırıq, görək necə olacaq.
- Kimdi ki?
- Ad açıqlaya bilməyəcəm. Sabah alınmasa, yaxşı çıxmaz. Dəqiqləşən kimi məlumat veriləcək. Klubla həmin mütəxəssis arasında danışıq gedir, görək necə olacaq.
- Azərbaycanlıdı?
- Xeyr. Əcnəbi olacaq.
HƏBİB
Стесняются все люди, кто адекват
-----

www.zaxvatu.net


Пойду покурю сигу, пока
----

windows 8 скачать торрент

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar