19 may 19:26manset

AFFA ölkə futbolunu inhisara alıb?

AFFA ölkə futbolunu inhisara alıb?
Tahir Süleymanov ciddi islahatları zəruri sayır

Mayın 12-də AFFA Lisenziya Komissiyasının açıqladığı qərar – yalnız bir klubun premyer-liqaya buraxılması, növbəti mövsüm də 8 komandalı çempionatın keçiriləcəyi geniş müzakirələrə yol açdı. "Səbail"in elitaya yüksəlməsi, digər birinci divizion klublarına isə lisenziya verilməməsi futbol ictimaiyyətində belə bir fikir formalaşdırıb ki, AFFA futbolumuzu inhisara çevirib. Bir sıra klubları birbaşa və ya dolayı yolla AFFA (SOCAR) maliyyələşdirir ki, bu da birmənalı qarşılanmır. Bəziləri bu vəziyyəti absurd sayır, idman prinsiplərinin pozulması hesab edir, rəqabətə ciddi zərbə vurulduğunu düşünür. Ancaq bəziləri onsuz da heç kimin yaxın durmadığı klubların dağılmağındansa, AFFA-nın himayəsinə keçməsinin daha düzgün olduğunu düşünür. Fakt budu ki, yeni mövsüm premyer-liqada çıxış edəcək 5 klub - “Neftçi”, “Kəpəz”, “İnter”, “Səbail” və “Sumqayıt” birbaşa və dolayı yolla eyni mənbədən qidalanır. Bu isə 8 komandalı çempionatda heç də xoş mənzərə deyil. Hansısa başqa bir ölkədə oxşar vəziyyətin mövcudluğu inandırıcı deyil. Hələ birinci divizionu nəzərə almırıq. Orda vəziyyət daha da acınacaqlıdı.
Bəs bu durumdan qaçmağın yolu nədi? Doğrudanmı AFFA-nın bir neçə klubu himayəsinə götürməsi birmənalı şəkildə “baltalanmalıdı”? Ümumiyyətlə, bu durumda AFFA haqlıdı, yoxsa başqa yollara əl atmaq mümkündü? Məsələ ilə bağlı bir sıra futbol adamlarının fikirlərini öyrəndik.
Ceyhun Əliyev, sport24.az saytının baş redaktoru: “AFFA haranı zəbt edib? “İnter”i? Beynəlxalq Bank klubu himayəsində saxlamaqdan imtina etdikdən sonra AFFA hansı addımları ata bilərdi? Ya “gözüm aydın” deməli idi, ya da klubun yaşaması üçün əlavə xərcə düşməli idi. Hansı yolu seçdiyini bilirik. “Xəzər Lənkəran” “bizi sıxdılar, boğdular” deyir. Həqiqət necədi? Avrokuboklarda Azərbaycan adına ən böyük rəzaləti yaşadan “Xəzər Lənkəran” olub. Futbolçularla imzalanan müqavilələrdə fırıldaq işlədilməsi barədə UEFA və FİFA-dan gələn palaz-palaz məktubların səbəbkarı də həmin klub olub. Premyer-liqada çıxış edən “Neftçi”, “Sumqayıt”, “Kəpəz” AFFA-nın birbaşa və ya dolayı himayəsindədi. Bu gün ali qurum Gəncədəki stadionun ot örtüyünü dəyişdirir. Dediklərimi etməsəydi belə, həmin komandaların yaşamadığına görə hüquqi cəhətdən heç bir məsuliyyət də daşımayacaqdı. “Şəmkir”, “Turan Tovuz” kimi klublar elitada çıxış etmək istəyir. Əla, bunu kim istəməz ki? Ancaq kimin, nəyin hesabına? Tovuzun, Şəmkirin icra başçısı şəhərin komandasının elitada təmsil olunması üçün vəsait ayırmırsa, bunun günahı AFFA-dadı? Fakt budu ki, heç bir rayonun İcra Hakimiyyəti komanda saxlamaq istəmir. AFFA-nın da bəlli büdcəsi var. Həmin büdcədən kənara çıxmaq mümkünsüzdü. Divizionda belə, bölgələrdəki İcra Hakimiyyətləri komanda saxlamaqda maraqlı deyillər. Assosiasiya faktiki həmin icra başçılarının biganəliyini ört-basdır edir. Yəni elitada klub sayının az olmasının birbaşa məsuliyyəti bölgələrdəki icra başçılarının üzərindədi! Daha bir alternativ var. Bu da iş adamlarına vergi güzəştlərinin edilməsidi. Ancaq bu proses ətrafında illərdi söz-söhbət gəzsə də, əməli addım atılmayıb”.
Aslan Şahgəldiyev, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri: “Ümumiyyətlə, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdı. Amma bir reallıq var ki, Azərbaycanda futbol biznes layihəsi deyil, sosial layihədi. Azərbaycan klubları qrup mərhələsində oynadıqdan və ya bir neçə mərhələ keçdikdən sonra pul qazanmağa başlayıblar. Buna qədər heç bir ciddi qazanc yox idi. İndiki məqamda sponsorun qoyduğu pulu əldə etməsi üçün avrokubpoklarda çıxış etməsi və uğur qazanması vacibdi. Necə ki, bunu “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter” kimi klublar edib. “Böyük beşlik” ölkələrini çıxsaq, digər əksər ölkələrdə futbol qazanc gətirən sahə deyil. Ona görə də futbola sponsor qazandırmaq çətinlik yaradır. İndiki durumda Azərbaycanda futbolu himayəyə götürən başqa bir neçə şirkət yoxdusa və bunu SOCAR həyata keçirirsə, burda qəbahətli bir şey görmürəm. Bunun Peşəkar Futbol Liqasının keçirdiyi yarışlara heç bir mənfi təsiri yoxdu. Əksinə, çempionatda çıxış edən komanda istəyər ki, uğur qazansın. Komandanın uğur qazanması eyni zamanda ona rəhbərlik edən şəxsin uğur qazanması deməkdi. Burda haqlı-haqsız məsələsi gündəmdə deyil. İş burasındadı ki, reallıq bunu tələb edir. Və biz reallığı ön planda tutub işlərimizi görməliyik. SOCAR-ın futbola maliyyə ayırması dövlətin futbola dəsətəyi deməkdi”.
Tahir Süleymanov, sabiq FİFA referisi və futbol funksioneri: “Tək klub futbolunun deyil, ümumi Azərbaycan futbolun inkişafına birbaşa AFFA cavabdehdi. Son 10-12 ildə futbola yatırılan milyonlar sayəsində heç bir layihə uğurlu olmayıb. AFFA ilə SOCAR səhv salınır. Federasiya heç kimə sponsorluq edə bilməz. Buna maliyyə imkanları da yoxdu. SOCAR dövlət deməkdi. Maliyyəni dövlət ayırırsa, bu dövlətin adına yazılmalıdı, AFFA-nın yox. Təəssüf ki, dövlətin yardımını, qayğısını federasiyada oturanlar öz adlarına yazırlar. Daha pisi isə dövlətin, xalqın vəsaiti ilə futbolda monopoliya yaradıb klubları ələ keçirirlər. FİFA və UEFA-nın futbol qanunlarında da klublar müstəqil olmalıdı. Necə ki, dövlət qurumlarının federasiyanın işinə müdaxiləsini FİFA, UEFA yolverilməz sayır... Son illər elə vəziyyət yaradıblar ki, məşhur rus filmində olduğu kimi, "myasokombinat, ya" prinsipi ilə federasiya məmurları klublara yeridilir, eyni insanlar həm AFFA-da, həm də klublarda çalışır. Buna nə ad vermək olar? AFFA-nı bir qrup insanın qohum, dost, tanışları üçün şəxsi şirkətə çeviriblər. Bəzi klubların dağılmasında günahkarlardan biri özləri idisə, ümumi vəziyyətin belə dözülməz duruma gəlməsinin səbəbkarı da federasiyada oturanlardı. 2013-cü ildə İcraiyyə Komitəsi klublarda Müşahidə Şuralarının yaradılması ilə bağlı qərar qəbul etməməliydi. Ondan qat-qat öncə klublara kütləvi şəkildə transfer olunan legionerlərin qarşısı alınmalıydı. Bunun üçün sifariş vərəqinə hər klubun mövsüm ərzində maksimum 10 əcnəbi futbolçu sifariş etməsi ilə bağlı qərar kifayət idi. Əvvəlki illər qalsın bir tərəfə, 8 komanda arasında 7-ci olan "Neftçi" 16 legioner oynatdı. Qeyd etdiyim qərar olsaydı, heç bir klub bunu edə bilməzdi. Bu milyonların havaya sovrulması deməkdi. AFFA-nın lazımı qanunları qəbul etməməsindən klublarda və onların ətrafında olan işbazların boşluqlardan istifadə etməsidi. Mövzu çox geniş olduğu üçün ictimaiyyət arasında ətraflı müzakirələrə böyük ehtiyac var. AFFA-dakıların futbolu yox, özlərini düşünərək mövcud durumu yaradıb cəfakeş ata obrazında özlərini təqdim etməyə ehtiyac yoxdu. Futbolda ciddi islahatlara ehtiyac var”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar