18 may 18:52manset

İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur

İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur
“CBC Sport”un yayın hüququnu almağa gücü çatmayıb

İslam dünyasının diqqət mərkəzində olan 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı maraqlı xəbərlərin ardı-arası kəsilmir. Düzünü desək, ölkədə heç də böyük idman turniri ab-havası hiss olunmur. Bu yarış adamlarda daha çox ikrah hissi doğurur. Təsəvvür edin, artıq adamlar qalib olan, boynundan medal asan və bayrağı ucaldan idmançılara nifrət etməyə başlayıb. Bunun da əsas səbəbi həmin idmançılara verilən pul mükafatlarıdı. Belə ki, president İlham Əliyevin sərəncamına əsasən İslamiadada birinci yeri tutan hər idmançıya 100, ikinciyə 50, üçüncüyə isə 30 min manat ayrılıb. MOK da uyğun olaraq 50, 30 və 20 min manat nəzərdə tutub. Bura məşqçilərin qazancını da əlavə etsək, mənfi reaksiyaların səbəbi aydınlaşır. Ağır iqtisadi durumda olan ölkənin vətəndaşları bu rəqəmləri nəinki görmək, eşitmək belə istəmir.

Natiq Cəfərli: “Ölkədə maaşlar və təqaüdlər yüksək olsaydı, belə qıcıq olmazdı”
İnsanlar artıq belə mənasız yarışa xərclənən pullara görə dərindən ah çəkir. Olimpiya Oyunlarını başa düşdük. Lap elə Avropa Oyunlarını da anladıq. Axı İHO kimi rəqabətsiz yarışa niyə bu qədər pul xərclənsin ki? Hamı bu suala cavab axtarır. Müqayisə üçün deyək ki, Türkiyə Bakıda “qızıl” alan hər idmançıya 5 min dollar ödəyəcək. Yəni hardasa 8500 manat. Komanda yarışlarında qalib olanlara isə qardaş ölkə ümumilikdə 40 min dollar verəcək. Bu məbləğ də məşqçilər korpusu və idmançılar arasında bölünəcək. Rəsmi olmasa da, idmanda bizdən daha öndə olan Qazaxıstan da böyük məbləğ ödəmir. Onların “qızıl” qazanan idmançıya verdiyi mükafat 7-8 min dollardan çox deyil. Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik: “Əslində idmançılara hansısa mükafatların verilməsi normaldı. Müasir dünyada da bunun örnəkləri var. Düzdü, Azərbaycandakı qədər böyük rəqəmli məbləğlər deyil. Az da olsa, verilir. İslamiadada qızıl medal almış şəxsə verilən məbləğ bir müəllimin və ya həkimin 50 illik məvacibinə bərabərdisə, bu məqam qıcıq doğurmaya bilməzdi. Əsas səbəb də budu. Ölkədə əməkhaqqı və təqaüdlər çox aşağıdı. İnsanlar son vaxtlar iqtisadi çətinliklərlə üzləşib, dolanışıq səviyyəsi və sosial vəziyyət aşağı düşüb. Bu üzdən idmançılara verilən pulları görəndə onlar narahat olur. Ölkədə müəllimlərin və həkimlərin maaşı və təqaüdlər yüksək olsaydı, belə qıcıq olmazdı”.
İqtisadçının sözlərinə görə, adamlarda ikrah hissi doğuran digər məsələ “milliləşdirilmiş” idmançılarla bağlıdı: “Bilirsiz ki, idmanımızda kigayət qədər “milliləşdirilənlər” var. Demək olar ki, medalların çoxunu onlar qazanır. Bu da qıcıq elementidi. Heç olmasa, bu pullar öz idmançılarımızın inkişafına, idman məktəblərinin qurulmasına xərclənsəydi, daha məntiqli olardı. Legionerlərlə idmanı inkişaf etdirmək mümkün olmayacaq”.
Cəfərlinin sözlərinə görə, İHO-nun statusu da aşağıdı: “Gələcəkdə bu oyunları çox xatırlayacağıq. Maraqlı vəziyyət yaranacaq. Bu gün İslamiadada qızıl medal qazanan idmançılar Avropa və ya dünya çempionatlarında ilk “10-luğ”a belə düşə bilməsə, artıq xərclənən vəsaitin mənasız olduğu deməkdi. Bu, İHO-nun statusu ilə bağlıdı. Bilirsiz ki, bu oyunların təsnifat mərhələləri yoxdu. Daha zəif idmançılar gəlir, rəqabət olmur. Bu üzdən qızıl medallar rahat qazanılır. İnsanlar bunu yaxşı anlayır. Sabah həmin idmançılar dünyada uğur qazanıb, Azərbaycan bayrağını dalğalandıra bilməyəcəksə, bu qədər məbləğin xərclənməsi məntiqsizdi”.

“CBC Sport” İslamiadanın yayın hüququnu niyə ala bilməyib?
İHO-nun yayın məsələsi də gündəmdədi. Bildiyiniz kimi, oyunları dövlət telekanalı olan Az.TV və onun nəzdində olan “İdman Azərbaycan”la “Mədəniyyət” yayınlayır. Bəs “CBC Sport”? Niyə bu idman telekanalına yayın hüququ verilməyib? Bəlkə heç müraciət etməyiblər? Əldə etdiyimiz bilgiyə görə, telekanal yayın hüququna malik olmasa da, işçiləri İHO-dan kənarda qalmayıb. Onların bir çoxu arenalarda diktor işləyir, bəziləri isə təşkilatçılara kömək etməklə məşğuldu. Hər iki məsələni “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla müzakirə etdik: “İHO-nun yayın hüququnun satışı ilə bağlı bizə müraciət olunmuşdu. Sadəcə, gücümüz çatmadı. Bu üzdən yayın hüququnu ala bilmədik. Məbləği açıqlamayacam. Amma yetərincə yüksək olduğunu deyə bilərəm. Bizim telekanalın rəhbəri Volkan Üstlə bu haqda danışıqlar olmuşdu. Açığı, bizə çox təəccüblü gəldi ki, Azərbaycanda keçirilən İHO-nun yayın hüququ bütün telekanallara verilmir? İnsanlar bu oyunları istədiyi kimi izləyə bilmir. İdeal olardı ki, bütün, hətta bölgə kanallarına belə yayın hüququ verilsin. Buna baxmayaraq, hər gün İslamiadaya çox böyük yer ayırırıq. İstər xəbərlərdə, istər verilişlərdə qaçan sətirdə bu yarışlarla bağlı geniş məlumatlar veririk. Xəbərlərdən sonra bizdə canlı yayında “Start” verilişi olur. Orda da İslamiadaya geniş yer ayrılır. Əməkdaşlarımızın İslamiadada çalışmasına gəlincə, “CBC Sport” yaranan gündən ətrafımıza peşəkarları yığmağa çalışmışıq. Bəli, bizim bir neçə işçimizə təkliflər gəlib. Bəzi aparıcı şərhçilərimiz və müxbirlərimiz İHO-da təşkilatçılıqla bağlı işlərdə çalışırlar. Burda pis heç nə yoxdu. Bəzi işçilərimiz haqlı məzuniyyətlərini götürüb bunu edir, bəziləri də icazəli şəkildə. Burda heç bir problem yoxdu. Dünyanın hər yerində bu cür hallar var. Telakanallar da bunda maraqlıdı. Çünki bu yarışlar insana iş təcrübəsi qazandırır”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar