18 may 18:24manset

SİS şirkətinin rəsmisi “Futbol+”ə söz verdi

SİS şirkətinin rəsmisi “Futbol+”ə söz verdi
Sinan Öztürk: “Avqustun sonuna kimi Gəncə stadionunun qazonu ideal səviyyəyə çatacaq”

Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi ilə bağlı işlərə start verildiyini ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, yeni təbii örtüyün salınması AFFA tərəfindən İrlandiyanın SİS şirkətinə tapşırılıb. Xatırladaq ki, adı çəkilən şirkət Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena", Qəbələ və Lənkəran stadionlarında da eyni işləri həyata keçirib.
“Kəpəz”in ev oyunlarını keçirdiyi arenada görülən işlər haqda son məlumatları əldə etmək üçün SİS-in iş icraçısı Sinan Öztürklə əlaqə saxladıq: “Artıq bir həftədən çoxdu işə başlamışıq. İlkin mərhələdə qazıntı işləri aparır, köhnə meydançanı çıxarırıq. Gələn həftənin birinci günü Hollandiyadan xüsusi texnikalarımız gələcək. Onlar bura gələndən sonra təmir işlərinin ikinci mərhələsi başlayacaq. Hava şəraiti işləməyimizə mane olmur. İstilər düşənə qədər yeni toxumun səpilməsini başa çatdırmağa çalışırıq. Gəncə stadionuna səpiləcək toxum da Hollandiyadan sifariş olunub. Bizim əsas işimiz müasir standartlara cavab verən örtük salmaqdı. Bu yöndə yetərincə təcrübəmiz var. Drenaj sistemi yenidən qurulacaq, müasir suvarma qurğuları da istifadəyə veriləcək. Bundan başqa stadionda fors-major hadisələr üçün nəzərdə tutulan 50 tonluq çən də quraşdırılacaq. Drenaj borularının şəhərin kanalizasiya sisteminə ötürülməsi də bizim öhdəmizə düşür”.
Yuxarıda qeyd etdiyimiz kimi, SİS şirkəti Azərbaycanda bir çox arenalarda iş təcrübəsinə malikdi. Ancaq o da nəzərə alınmalıdı ki, iqliminə görə Abşeron, Cənub bölgəsi, Böyük Qafqazın ətəyi, Qərb bölgəsi fərqli iqlimə malikdi. Bu üzdən heç şübhəsiz, toxum seçmək, ona aqrotexniki qulluq bölgələr üzrə dəyişir. Görəsən, “Kəpəz” üçün yeni meydan salan şirkət bu nüansları nəzərə alıbmı Yeri gəlmişkən, ölkədə kənd təsərrüfatı üzrə mütəxəssis yetişdirən yeganə ali təhsil ocağı olan Aqrar Universiteti məhz Gəncədə yerləşir. Yeni təbii örtüyün salınması, regionun özəlliyi ilə bağlı oranın mütəxəssislərinin də fikirini öyrənmək olar. Ancaq Sinan bəy buna ehtiyac olmadığını bildirdi: “Bizim şirkət Avropanın bir çox arenalarının ot örtüyünü dəyişib. Sizin nə demək istədiyinizi çox gözəl başa düşürəm. Lakin onu da bildirim ki, şirkətimiz tikinti işlərinə başlamamış toxum və torpaqla məşğul olan nümayəndələrimiz yerli mühiti öyrənir, laboratoriya şəraitində sınaqlar aparır. Məhz belə sınaqlardan sonra hansı toxumdan istifadə ediləcəyi ilə bağlı qərar verilir. Bəyəm Türkiyə, Rusiya, İngiltərə və İspaniyanın iqlimi eynidi? Trabzonda istifadəyə verilən yeni stadionun ot örtüyü də bizim əl işimizdi. Onunla yanaşı, İstanbuldakı “Vodafon Arena”nın da təbii örtüyünü biz salmışıq. Qara dəniz sahilində yerləşən Trabzonla İstanbulun iqlimi də fərqlidi. Ancaq gördüyünüz kimi, qazonlarda heç bir problem yoxdu. Rusiyada da iş təcrübəsinə malikik. Buna nümunə kimi “Krasnodar”ın meydanını göstərmək olar. İngiltərə və İspaniyada isə SİS-lə əməkdaşlıq edənlər daha çoxdu. Biz bir dünya brendiyik və daim yüksək səviyyədə iş görməyə çalışırıq. Hardasa səhvə yol versək, bazarda yerimizi itirə, nüfuzdan düşə bilərik”.
Öztürk bizimlə söhbətdə arenanın avqustun sonuna kimi istifadəyə tam yararlı olacağını da bildirdi: “Biz işimizi başa çatdırandan sonra səpinlə məşğul olan heyət işə başlayacaq. Onların ardınca isə estafet meydanın ot örtüyünə xidmət edən komandaya veriləcək. Üçüncü mərhələ artıq sonuncu sayılır. Avqustun sonuna kimi Gəncə stadionunun qazonu ideal səviyyəyə çatacaq. İnşallah, “Kəpəz” növbəti çempionatın ilk oyununu doğma azarkeşləri qarşısında keçirəcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar