17 may 13:31manset

Musa Süleymanovdan acı etiraf

Musa Süleymanovdan acı etiraf
“İki ildə “Turan”ın ayaqüstə qalması üçün 5 milyon manata yaxın vəsait sərf etdim”
Ötən sayımızda “Turan Tovuz”un azarkeşlərinin AFFA-nın qarşısında aksiya keçirmək istədiyini xəbər vermişdik. Bu haqda tovuzlu azarkeşlər “feysbuk” sosial şəbəkəsində bəyanat paylaşıblar. Onların əsas tələbi başa çatan mövsümdə birinci divizonda çempionluğu bayram edən komandanın premyer-liqaya buraxılmamasıdı. Xatırladaq ki, qərblilər elitada çıxış etmək üçün tələb olunan bank təminatını Lisenziyalaşdırma Qrupuna təqdim etmədiyindən “oyundankənar vəziyyətdə qalıblar”.
Azarkeşlərin sevimli komandalarını elitada görmək istəyi anlaşılandı. İdman prinsiplərini nəzərə alsaq, “Turan Tovuz” bunu haqq edib. Ancaq onu da unutmaq olmaz ki, elitada çıxış etmək istəyən klub ən azı daxili çempionat üçün tələb olunan meyarlara cavab verməlidi. Kim zəmanət verə bilər ki, mövsümün ortasında Tovuz təmsilçisi məhz maliyyə çətinliyi üzündən çempionatdan geri çəkilməyəcək? Belə məqamda məhz bank təminatı verən qurum məsuliyyəti öz boynuna çəkib, mövsümü başa vurmaqda komandaya yardımçı olmalıdı. Azərbaycan reallığınında belə halların yaşanmasına dəfələrlə şahid olmuşuq. Uzağa getməyə, tarixi vərəqləməyə ehtiyac da yoxdu. Geridə qoyduğumuz “futbol ili”ndə “İnter”in timsalında buna şahidlik etdik. Odu ki, tovuzlu azarkeşlər AFFA-nın qarşısında aksiya keçirmək əvəzinə, rayonun imkanlı şəxsləri ilə görüşsünlər, onlardan komandaya yardım göstərməyi tələb etsinlər. Hər halda, Tovuzda və Bakıda əslən bu rayondan olan yetərincə imkanlı iş adamları var.
Məsələ ilə bağlı 2010-cu ildən 2012-nin qışına qədər klubun prezidenti olmuş Musa Süleymanovun fikirlərini öyrəndik. Görəsən, Musa bəy Tovuz təmsilçisinin belə çətin durumunda yenidən komandaya sahib çıxa bilər? Sabiq prezident sualımıza belə reaksiya verdi: “Tovuzda həmişə futbol olub və olacaq, orda daim istedadlı uşaqlar yetişəcək. Buna şübhəniz olmasın. Ancaq tovuzluların əsas problemi bir araya gəlib birləşə bilməmələridi. İki il “Turan”a sponsorluq etdim. Prezident olduğum dönəmdə çoxu elə bilirdi ki, mən komandaya kənardan gələn pulların hesabına baxıram. Elə düşünürdülər ki, kimlərsə kluba pul ayırır, mən də onun yarısını “Turan”a xərcləyib, yarısını cibimə qoyuram. Daha bilmirdilər ki, əziyyətlə qazandığım pullar hesabına komandanı saxlayırdım. İki ildə “Turan”ın ayaqüstə qalması üçün 5 milyon manata yaxın vəsait sərf etdim. Sonu nə oldu? Xatırlayırsızsa, 14 nəfər tovuzlu gənci İspaniyaya göndərmək istəyirdim. Namiq Məstanov isə bəzi fırıldaqçılarla əlbir olub həmin uşaqların valideynlərini yoldan çıxardı. Onların da dünyagörüşü dayaz olduğundan kənardan deyilən yalanlara inandılar. Guya mən həmin 14 uşağı qul kimi işlətmək üçün İspaniyaya aparmaq istəyirəm. Məndən sonra nə oldu? Namiq və havadarları həmin uşaqları dəyər-dəyməzinə başqa yerli klublara satıb ciblərini doldurdular. Prezidentlyim dönəmində bir gündə klubun bazasında 600-ə yaxın adam yemək yeyirdi, stadionu təmir etdirmişdim. Daha 3 meydança inşa etdirirdim. Lakin tovuzluların bunu qiymətləndirməməsi, kənar təsirlərə uyub əməyimə qiymət verməməsi məni həvəsdən saldı. Mən Tovuz Xeyriyyə Cəmiyyətinin sədriyəm. O vaxt “Turan” ağır vəziyyətdə olanda rayonun sayılıb-seçilən insanları komandaya yardımçı olmaqla bağlı mənə müraciət etdi. Mən də 20-yə yaxın iş adamını görüşə dəvət etdim. Onlara təklif etdim ki, hərəmiz ildə 50 min manat kluba ayıraq, pis-yaxşı “Turan”ı saxlayaq. Siz də mənimlə razılaşarsız ki, kənar yerdə “Tovuz” dedikdə ağla ilk gələn aşıq və futboldu. Bu üzdən istəmirdim “Turan” dağılsın. Hamısı “əla fikirdi” deyib, lazımi köməyi göstərəklərinə söz verdilər. Sonradan həmin adamların heç birini tapa bilmədim. Bir-iki ay Arif Əsgərov, bir az da Ramiz Zeynalov kömək etdi. Sonradan bütün yük mənim boynumda qaldı. Sizə açıq deyirəm, bundan sonra müraciət etsələr belə, “Turan Tovuz”a maliyyə ayırmaram. Adam bir dəfə səhv edər. Bəlkə də zəhmətimə qiymət verilsəydi, “çox sağ ol” demirəm, heç olmasa, işləməyə mane olmasaydılar, bu gün nəsə edərdim. Ancaq həmin dönəmdə gördüklərim məni futboldan soyudub”.
“Turan”ın ilk prezidenti Vidadi Əhmədov isə 90-cı illərdəki kimi imkanının olmadığını, ancaq cüzi də olsa, kömək edə biləcəyini söylədi: “Hamının bir fikri var – "Turan Tovuz” güclülər dəstəsində mübarizə aparmalıdı. Azərbaycan futbolunda Tovuz klubunun öz yeri var. Lakin fikir, istək başqa, reallıq başqadı. Etiraf edək ki, ortabab komandanı bir il saxlamaq üçün ən azı 600-700 min manat lazımdı. AFFA-nın da elitaya lisenziya almaq üçün bank təminatı 500 min manatdı. Assosiasiyaya klublara yardım etdiyi üçün təşəkkürümüzü bildiririk. Çox iş görüblər. Təəssüf ki, çatdırmaq çətindi. Kənardan baxan adama döyüş həmişə asan gəlir. Özüm bu işlərin içində olmuşam, futbol klubunu saxlamağın nə olduğunu, bu işin hansı əziyyətlər hesabına başa gəldiyini yaxşı bilirəm. Böyük vəsiat lazımdı. Fərdi olaraq kimlərsə nəsə etmək istəyə bilər. Lakin birlikdə heç bir iş görülməyib. Şəxsən mənim elə imkanım yoxdu. Lakin iş adamları bir araya gəlib komandanın gələcəyi üçün nəsə etsə, mən də gücüm çatan qədər onlara kömək edə bilərəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar