12 may 20:09manset

Yaxşılığı şantaj predmetinə çevirən Tuyqun Nadirov

Yaxşılığı şantaj predmetinə çevirən Tuyqun Nadirov
Günlərin bir günü imkanlı bir kişi gecə yatarkən yuxu görür. Röyada ona deyirlər ki, filan kənddə bir nəfər yaşayır. Həmin adamın isə 1000 manat borcu var. Apar ona pul ver ki, borcunu bağlasın. Səhər oyanan imkanlı şəxs yuxunu yaddan çıxarıb öz işlərinin arxasınca yollanır. Həmin gecə yenə eyni yuxunu görür və eyni sözləri eşidir. Ancaq bu dəfə də əhəmiyyət vermir. Artıq üçüncü dəfə eyni hal təkrarlananda, imkanlı şəxs qorxuya düşür və öz-özünə düşünür ki, söylənilənlərə əməl etməli, yuxuda deyilən ünvana yollanmalıdı. Və bu minvalla səhər yerindən duran kimi yuxuda söylənilən kəndə yollanır. Darvazanı bir neçə dəfə döydükdən sonra qapını özü yaşda biri açır. İmkanlı şəxs ondan borcunun olub-olmadığını soruşur. Ev yiyəsi onu sorğu-suala tutan şəxsi tanımasa da, həqiqətən 1000 manat borcunun olduğunu, hec cür imkan edib onu qaytara bilmədiyini söyləyir. İmkanlı şəxs çıxarıb ev yiyəsinə deyilən məbləği verincə, borcu olan şəxs əlini göyə qaldırıb dönə-dönə Allaha dua edir. Kişiyə pul verən imkanlı onun bu hərəkətindən qəzəblənir və ondan nəyə görə pulu verəni qoyub Allaha dua etdiyini soruşur. Ev yiyəsinin cavabı isə belə olur: sən məni tanımırsan. Heç bilmirdin də ki, mənim 1000 manat borcum var. Deməli, səni bura göndərən, ürəyinə insaf salan göydəkidi. Məhz bu səbəbə görə də əllərimi göyə qaldırıb ona dua edirəm.
Bu məsəli xatırlamağım bəlkə də sizlərə qəribə gəldi. Ancaq bunun özəl səbəbi var. “Xəzər Lənkəran”ın “Futbol+”ə 9 min manat borcunun olduğundan xəbərdarsız. Bu məsələ ilə bağlı bugünlərdə əslən cənub bölgəsindən olan əməkdar artist Baloğlan Əşrəfovun fikirlərini öyrənmişdik. Onun söylədikləri qəzet səhifəsində çap olunar-olunmaz “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Baloğlan bəyə zəng vuraraq, nəyə görə qəzetə açıqlama verdiyini soruşmuş, iki daşın arasında ona məhz Mübariz Mənsimovun sayəsində hazırda həyatda olduğunu xatırlatmışdı. Necə deyərlər, Nadirov bir neçə il öncə Mənsimovun etdiyi yaxşılığı əməkdar artistin başına taqqıldatmışdı. Vitse-prezidentin bunu Mübariz bəyin tapşırığı ilə etdiyini və yaxud özündən dediyini bilmirik. Ancaq görünən odu ki, Nadirov kimilər üçün mənəvi dəyərlər, yüksək insani hisslər yoxdu. Çətinə düşən kimi hər şeyin üstündən xətt çəkir. Tuyqun bəyin uzun illər Lənkəranla bağlantısı olduğundan yəqin ki, o “sağ əlin verdiyini sol əl bilməməlidi”,”əl tutmaq Əlidən qalıb” kimi atalar sözlərini bilir. Hər halda, cənub bölgəsində dindar, inanclı insanların, Allahın varlığına şübhə etməyənlərin sayı yetərincə çoxdu. Və ona da bu yöndə müəyyən məsləhətlər veriblər. Ancaq görünür, Nadirov öyüd-nəsihəti tez unudanlardandı. Yəqin ki, Nadirov onu da bilmir ki, Mənsimov əməkdar artisti şəxsi vəsaiti hesabına əməliyyat etdiribsə belə, ona bu addımı atdıran, ürəyində mərhəmət, xeyirxahlıq hiss oyadan uca yaradandı. Ancaq “Xəzər Lənkəran”ın vitse-prezidenti bu məqamdan şantaj vasitəsi kimi istifadə edir və haqqına danışan insanı küncə dirəyib şəxsi maraqlarının əsirinə çevirmək yolunu tutur.
MƏMMƏD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar