11 may 15:11manset

“Nə Mətbuat Şurası, nə də başqa bir qurum mənə qəzetdə bu haqda yazmaqla bağlı qadağa qoya bilməz”

“Nə Mətbuat Şurası, nə də başqa bir qurum mənə qəzetdə bu haqda yazmaqla bağlı qadağa qoya bilməz”
Vüqar Məmmədov “Xəzər Lənkəran”ın növbəti yalanı haqda danışdı

Bildiyiniz kimi, artıq uzun müddətdi “Xəzər Lənkəran”ın reklam əməkdaşlığına görə qəzetimizə borclu olduğu 9 min manatı almaq uğrunda haqlı mübarizəni davam etdiririk. Artıq tarixə qovuşan klubun həyatda olan sabiq rəhbərliyi isə qəzetdən Mətbuat Şurasında müraciət ünvanlayıb. Mayın 8-də bu məsələni müzakirə edən qurumun Şikayətlər üzrə komissiyasının mövqeyi belə olub: “Xəzər Lənkəran” futbol klubunun “Futbol+” qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, qəzetlə klub rəhbərliyi arasındakı narazılıq müxtəlif illərdə mövcud olmuş qarşılıqlı münasibətlərdən qaynaqlanır. Mövcud xüsusda konkret olaraq kommersiya maraqları ön plana gəlir. Bu mübahisələrin aydınlaşdırılması üçün digər hüquqi prosedurlar var. Ancaq hətta haqlı olsa belə, heç bir KİV kommersiya marağının ödənilməməsini qarşı tərəf barədə tənqidi material dərc etmək üçün əsas kimi istifadə etməməlidi. “Futbol+” qəzeti rəhbərliyinə bu xüsusda tövsiyə verilib”.
Komissiyanın tövsiyəsi klubun rəsmi “feysbuk” səhifəsində də yerləşdirilib. Ardınca isə “Xəzər Lənkəran” rəhbərliyi həmişə olduğu kimi, ictimaiyyətə yalan sırımaq yolunu tutub və bu fikirləri paylaşıb: “Bildiririk ki, "Xəzər Lənkəran" "Futbol+" qəzetinin borc iddiası ilə razı deyil və bunun üçün hüquqi əsasları var. Klub öz mövqeyində əmindi və qəzetə istənilən mübahisənin məhkəmə vasitəsilə Azərbaycan Respublikası qanunlarına uyğun həll edilməsini təklif edir. Lakin qəzet jurnalistika prinsiplərinə zidd olaraq qarayaxma yolunu seçdi. "Xəzər Lənkəran" ümid edir ki, qəzet tərəfindən Mətbuat Şurasının qərarı nəzərə alınacaq. Qarayaxma kampaniyası davam edəcəyi təqdirdə klub Şuraya, həmçinin digər instansiyalara qanunla nəzərdə tutulmuş qaydada şikayət etmək hüququnu özündə saxlayır”.
Bu yerdə qarapapaqlı kişilərin əsrlər əvvəl söylədiyi, hələ də aktuallığını itirməyən “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” məsəli yada düşür. Mais Mənsimov - Tuyqun Nadirov tandemi “Futbol+”ə 9 min manat borclu ola-ola, qəzeti qarayaxma kampaniyası aparmaqda ittiham edir. Görəsən, söhbət hansı qarayaxmadan gedir? Bəlkə klub rəhbərliyinin legionerlərin başına açdığı oyunları, ikili müqavilələr imzaladığını, “Xəzər Lənkəran”a ayrılan büdcənin yağmalanmasını özümüzdən uydurmuşuq? Bəlkə elə düşünürsüz ki, Türkiyənin “Radyospor” radiosuna açıqlama verən, Mübariz Mənsimovun fəxri prezident olduğu klubu Avropada biabır edib “fırıldaqçılar yuvası”, Nadirovu “ən böyük saxtakar” adlandıran ispan agent Toni Kruea da bizim uydurduğumuz personajdı?
İctimaiyyətə həqiqəti çatdırmaq, real durumun necə olduğunu aydınlaşdırmaq üçün “Futbol+”in sahibi Vüqar Məmmədovla söhbətləşməyi lazım bildik. Vüqar bəy əvvəlcə Mətbuat Şurasına dəvətdən danışdı.
- Məni Mətbuat Şurasına “reket jurnalistika” ilə bağlı tədbir var” adıyla dəvət etməmişdilər. Mənə bildirdilər ki, “Xəzər Lənkəran” sizdən şikayətçidi və klubun rəhbərliyi sizinlə görüşmək istəyir. Ora çatanda qarşı tərəfin müzakirələrə hüquqşünas və mətbuat xidmətinin rəhbəri ilə qatıldığını bildim. Və bu səbəbdən görüşə qatılmaq istəmirdim. Çünki görüşə qatılanlar klubda söz sahibi deyil. Onlar ancaq icraçıdı. Mənə rəhbərliklə görüşmək, onların fikirini bilmək maraqlı idi. Ancaq Mətbuat Şurasının sədri Əflatun Amaşovun ciddi təkidi ilə görüşə qatıldım.
- Görüşdən əvvəl qarşı tərəfin nədən şikayətçi olduğunu bilirdiz?
- Heç nədən xəbərim yox idi. Yalnız müzakirə zamanı “Xəzər Lənkəran” rəhbərliyinin nədən şikayətçi olduğunu bilmişəm. Çox yaxşı olardı ki, Mətbuat Şurasının tövsiyəsini klubun “feysbuk” səhifəsində yerləşdirən şəxslər hansı yazılarımızı konteksdən çıxarıb şikayətçi olduqlarını da orda göstərəydilər. Niyə bunu ictimaiyyətdən gizlətdilər? Bu məsələdə özünüzü haqlı sayırsızsa, ancaq özünüzə sərf edən məqamları yox, hər şeyi ortaya qoyun.
- Mətbuat Şurasının qərarı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Şuranın qərarı incik bir adamın könlünü almağa bənzəyir. Çünki orda şuranın rəhbərliyi də gördü ki, bu gülünc bir şeydi. Şikayətçi tərəf özü arada olan reklam müqaviləsinin şərtlərini yerinə yetirmədiklərini, məhz buna görə qəzetdə yazılar getdiyini bildirdi. Onları dinlədikdən sonra qarşı tərəfə sual verdim. Reklam müqaviləsi qüvvədə olduğu müddətdə qəzetdə “Xəzər Lənkəran”la bağlı tənqidi materaillar olub? Etiraf etdilər ki, daim tənqid yazıları olub. Ardınca “müqavilədə hansısa öhdəlik götürməyimizlə bağlı bənd var”, - deyə soruşdum. Dedilər yox. Onda nədən şikayətçi olduqlarını bilmək istədim. Bildirdilər ki, guya yazılarda separatçılığı qızışdıran hansısa sözlər var, Mais Mənsimovu təhqir etmişik. Zülfüqarlı qardaşları ilə qohumluq əlaqələrini qabartdığımıza görə narazıdılar.
- İki ailənin quda olduğunu artıq bütün ölkə bilir...
- Zülfüqarlı qardaşları Azərbaycanı Avropa Məhkəməsinə verib, ölkəmizdən şikayətçidilər. Biz də yazımızda bu məqamı xatırlatmışıq. Hakimiyyətdən şikayətçi olan şəxslərlə iqtidar tərəfindən dəstəklənən, iş qurmaq, pul qazanmaq üçün imkanlar yaradılan iş adamının qohumluğu jurnalist olaraq marağımızı çəkdi. Orda başqa şey yazılmayıb. Deyirlər ki, məlum toy barədə xoş olmayan fikirlər qeyd olunub. Bütün “Futbol+”, “Hürriyyət” oxucuları bilir ki, yazıda yeni ailə quran hər iki gəncə xoş sözlər ünvanlamışıq, ailə səadəti arzulamışıq. Biz, sadəcə, qardaşlara iradımızı çatdırmışıq. Qəzet rəhbəri olaraq, fikirimcə, bu addımımız da tam düzgündü. Sən mənə “pul yoxdu” deyib borcunu ödəmirsən, amma Türkiyənin ən bahalı məkanında məclis təşkil edib yarıçılpaq Hadisənin ortaya çıxıb bir iki-mahnı oxumasına 100 min, Murat Bozun arada atdanıb-düşməsinə bəlkə də daha çox vəsait xərcləyirsən. Bunu necə başa düşmək olar? 9 min manat borcunu ödəməyən biri Türkiyədə baş tutan tutan toya milyonlar sərf edir. Biz də yazmışıq ki, doğrudan da pulun yoxdusa, toyu elə Bakıdakı sarayların birində edərdin. Mən də, başqaları da bilərdi ki, həqiqətən imkanın yoxdu. Sən jurnalistin çörək pulunu kəsirsən, ancaq “Çırağan”dakı toy-büsata yüzminlərlə vəsait sərf edirsən. Bunları nəzərə alıb yazmışıq ki, bu mediaya qarşı saymazlıq, artistlikdi. Bununla kimin gözünə kül üfürürsüz?
- “Xəzər Lənkəran”ın separatçılıqla bağlı iradı da gülməlidi.
- Separatçılığa gəlincə, qarşı tərəf Mübariz Mənsimovla bağlı qeydlərdən əndişələnib. Şuraya müraciətdə bu məsələni da vurğulayıblar. Bu məqama toxunanda ordakılara sual verdim. Dedim siz hansı millətdənsiz? Kimi türk olduğunu bildirdi, başqa birisi talış olduğunu dedi. Lənkəranda “talışam” deyib, Türkiyədə “türkəm” deməyin etik cəhətdən nə dərəcədə düz olduğunu soruşdum. İnsan bir millətə mənsub olar, ikisinə yox ki. Yazıda da bu məqama toxunduğumuzu, yazılanları separatçılıqla əlaqələndirməyin düzgün olmadığını söylədim. Mənsimovun valideynlərindən biri türk olsaydı, deyərdik ki, hardasa türklərlə yaxınlığı var. Ancaq bizdə olan dəqiq məlumata görə, valideynlərinin hər ikisi talışdı və yaşadıqları kəndin əhalisi də sırf talışlardan ibarətdi. Biz olanı qabardıb, əslən talış olnan şəxsin nəyə görə özünü türk adlandırmasının səbəbini araşdırmağa çalışmışıq. Bu yazıya başqa prizmadan yanaşmaq lazımdı. Bu qeydlərlə onu göstərməyə çalışmışıq ki, Azərbaycan tolerant ölkədi və burda dinindən, irqindən, millətindən asılı olmayaraq, hamıya eyni münasibət göstərilir, iş qurmaq istəyən biznesmenlərə şərait yaradılır, yeri gələndə onlara müəyyən güzəştlər edilir. İstər talış olsun, istər ləzgi, istərsə də başqa millətin nümayəndəsi - işləmək, ölkəyə fayda vermək istəyən istənilən şəxs qarşısında “yaşıl işıq” görür. Ancaq nədənsə talışların arasına düşəndə böyük fəxrlə “mən talış oğluyam” deyən Mənsimov sərhədi adlayan kimi özünə türk deyir ki, biz də bunun səbəbini araşdırmağa çalışmışıq.
- Mətbuat Şurasının tövsiyəsinə əməl edəcəksizmi?
- Mətbuat Şurası belə qənaətə gəlib ki, qarşı tərəflə aramızda maliyyə problemi olduğuna görə biz onlar haqda tənqidi fikirlər yazmamalıyıq. Şuranın belə qərar verməsinə çox təəssüflənirəm. Birincisi, bizi “reketlər” ilə bir sıraya qoymaq Mətbuat Şurasının şəninə şərəf gətirmir. “Futbol+” 1997-ci ildən, “Hürriyyət” isə ondan da əvvəl nəşr olunur və geridə qoyduğumuz müddətdə heç vaxt “reketliklə” məşğul olmayıb. Bunu bütün Azərbaycan və Şurada oturanlar yaxşı bilir. İkincisi, biz qəzet olaraq öz haqqımızı tələb edə bilmiriksə, başımıza gələn problemi işıqlandırmağa özümüzdə cəsarət tapmırıqsa, bizə bu ixtiyarı vermirlərsə, sabah hansısa şikayətlə redaksiyaya müraciət edən vətəndaşa necə yardım göstərə bilərik? Tuyqun Nadirov mətbuata açıqlama verib, heç kimə borclu olmadıqlarını bildirir. Biz indi nə edək, yalana göz yumaq? Deyək ki, qəzetə borcu olduğuna görə onun bu yalanını ötürək getsin? Bu hansı məntiqə uyğun gəlir? Bu qərardan sonra “Xəzər Lənkəran”ın “feysbuk” səhifəsində öz aləmlərində guya bizə hədə-qorxu gəlib, belə davam edəcəyi halda məhkəməyə müracət edəcəklərini yazıblar. Sizi inandırıram, qarşı tərəf bizim zərrəcə yanlışlığa yol verdiyimizə əmin olsa, Mətbuat Şurasına yox, birbaşa məhkəməyə müraciət edərdi. Heç kim bu hüququ onlardan almayıb, istəyirlər bu gün şikayət etsinlər. Şikayətdə nə yazacaq? Deyəcək ki, borcumuz var, ödəmirik. Ortada rəsmi sənəd, müqavilə var. Nə Mətbuat Şurası, nə də başqa bir qurum mənə qəzetdə bu haqda yazmaqla bağlı qadağa qoya bilməz. Tuyqun Nadirov düz adamdısa, niyə mənlə üz-üzə gəlmir? Niyə gizlənir? “Xəzər Lənkəran” bizə reklama görə pul ödəyən vaxtda belə, yuxarıda qeyd etdiyim kimi, klubla bağlı yetərincə tənqidi yazılar olub. İstər rəhbərliyin, istər məşqçilərin, istərsə də futbolçuların səhvlərini qabardıb, hər şeyi olduğu kimi ictimaiyyətə çatdırmışıq. Bu yoldan da geri çəkilmək fikrimiz yoxdu. Bu yazılar bu gün də davam edir. Ölkənin ən böyük klublarından biri tarixin yaddaşına köçüb və onu çökdürən səbəbləri araşdırmaq, klubu məhvə sürükləyən şəxsləri tənqid etmək normaldı. Hamı bilir ki, bütün günahlar Mais Mənsimovla Tuyqun Nadirovdadı. Hətta klubun fəxri prezidenti Mübariz Mənsimov müsahibələrinin birində daxildə külli miqdarda yeyinti aşkarlandığına görə “Xəzər Lənkəran”a maliyyə ayırmayacağını bildirib. Hələ mən vergidən yayındırılan vəsaitdən danışmıram. Külli miqdarda yeyinti olubsa, deməli, ölkə büdcəsinə də yetərincə ziyan dəyib. Bu məsələ ilə bağlı da materiallarımız olacaq. Bu gün qəzet olaraq haqqımızı tələb edir, borcun ödənilməsini istəyirik. Mətbuat Şurası isə bu məsələdə ədalətin yanında yox, imkanına görə Mübariz Mənsimovun yanında dayanırsa, buna çox təəssüf edirəm. 20 il müddətində “Futbol+”dən heç bir quruma şikayət ünvanlanmayıbsa, deməli, qəzet həmişə obyektiv olub, düzü düz, əyrini əyri yazıb.
MƏMMƏD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar