08 may 21:40manset

Premyer-liqada çıxış edəcək divizion klublarının adları “Futbol+”də!

Premyer-liqada çıxış edəcək divizion klublarının adları “Futbol+”də!
Samir Əliyev “Səbail”i çalışdıracağını təsdiqlədi

Mayın 5-də Naxçıvanda baş tutan ölkə kubokunun finalı ilə 2016/17 mövsümünə nöqtə qoyuldu. İstər elitada, istərsə də birinci divizionda çempion və mükafatçılar sırasına düşən komandaların adı bəllidi. Ancaq bütün bunlara baxmayaraq, hələ də fitbol ictimaiyyəti bəzi suallara cavab tapmaqda acizdi. Bəlkə də Azərbaycan UEFA-nın yeganə üzvüdü ki, sənəd üzərində hər şey məlum olsa da, əslində heç nə bəlli deyil. İndi hamını bir sual düşündürür: 2017/18 mövsümündə premyer-liqada neçə komanda mübarizə aparacaq, aşağı dəstədən hansı komandalar elitaya yüksələcək? Ən təəccüblüsü budu ki, bu sualın cavabını heç ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər də bilmir. İstər AFFA rəsmiləri, istərsə də PFL rəhbərliyi hər dəfə bu məsələ ilə bağlı mətbuata açılama verəndə ümumi sözlərlə kifayətlənir, konkret fikir bildirməkdən yayınırlar. Elə bu boşluğun nəticəsidi ki, hər gün hansısa aşağı dəstə təmsilçisi premyer-liqaya “yüksəlir”, hansısa “fəaliyyətini dayandırır”. Premyer-liqaya yüksələcək komandaların “sükanı” sutka ərzində bir neçə dəfə bir əldən başqa ələ keçir, hazırda işsiz olan məşqçilərin gah ölkənin şimal-qərbində, gah qərbində, gah da şərqində göründüyü barədə palaz-palaz yazılar paylaşılır. Futbolçulardan isə danışmağa dəyməz. Bir neçə futbolçu var ki, bəlkə də 6 klubla müqavilə bağladığı söylənilir. Bütün bu söz-söhbətin yaranması isə, yuxarıda qeyd etdiyimiz kimi, qeyri-müəyyənliyin nəticəsidi. Nə qədər ki ortada konkret qərar olmayacaq, hansı klubların elitaya çıxış edəcəyi dəqiqləşməyəcək, bu mövzu hər gün müzakirə olunacaq, yeni-yeni versiyalar ortaya çıxacaq.
Ancaq deyəsən, yavaş-yavaş sular durulmağa, qaranlıq məqamlara və futbol ictimaiyyətini narahat edən suallara aydınlıq gəlməyə başlayır. Belə ki, istirahət günlərində etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, yeni “futbol ili”ndə premyer-liqada 10 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Aşağı dəstədən isə “Səbail”, “Zaqatala” və “Şəmkir” elitaya yüksələcək. Hətta adını qeyd etdiyimiz “üçlük”dən ikisinin - “Səbail” və “Zaqatala”nın baş məşqçisinin kim olacağı da bəllidi. Mənbəmizin sözlərinə inansaq, paytaxt təmsilçisinin “sükan”ı futbolsevərlərə “Neftçi”dən tanış olan, bir ara “ağ-qaralar”ın əsas komandasını çalışdıran, son mövsümdə isə əvəzedicilərin baş məşqçisi olan Samir Əliyevə həvalə olunacaq. Aşağı dəstədə “şirlər”in texniki zonasının ağası olan Elman Sultanova isə klubda başqa vəzifə tapşırılacaq. Böyük ehtimalla, o aşağı yaş qruplarına nəzarət edəcək. Bir mövsümlük fasilədən sonra elitaya başqa adla qayıdacaq Zaqatalanın eyniadlı komandasına isə Aftandil Hacıyevin rəhbərlik edəcəyi bildirilir. Xatırladaq ki, hazırda Belarusda PRO kateqoriyası kurslarına qatılan Hacıyev geridə qoyduğumuz mövsümdə “Qarabağ”ın əvəzedici komandası ilə çempionluq sevinci yaşayıb. Aftandil bəyin Qurban Qurbanovun kadrı olması, “ağ-yaşıllar”ın İdarə Heyətinin sədri postunu Musa Qurbanovun tutması ehtimalların real olacağından xəbər verir. “Şəmkir” isə bu yöndə o biri klublardan geri qalır. İkiqat ölkə çempionunun növbəti mövsümə kimin rəhbərliyi altında hazırlaşacağı ilə bağı sual hələ ki açıq qalır. Bir ara Əsgər Abdullayev və Tərlan Əhmədovun adı “qırmızı-ağlar”la yanaşı hallansa da, sonradan hansısa səbəbdən mütəxəssilərin adları namizədlər siyahısından çıxarılıb. Qeyri-rəsmi məlumata görə, qərb təmsilçisinin rəhbərliyi hazırda Ramiz Məmmədovla danışıqlar aparır.
Söylənilənlərə aydınlıq gətirmək üçün yuxarıda adını çəkdiyimiz çalışdırıcılarla danışmağı lazım bildik. Öncə Aftandil bəylə əlaqə saxladıq. Hacıyev xəbəri nə təsdiq, nə də təkzib etdi: “Məndə olan məlumata görə, elitada çıxış edən bir neçə klub mənimlə maraqlanır. Ancaq ortada real heç nə olmadığından, rəhbərlik səviyyəsində heç kimlə görüşüb fikir mübadiləsi aparmadığımdan, indi bu məsələ ilə bağlı fikir bildirə bilmərəm. Gələcəyini futbolla bağlayan, qarşısına ciddi məqsədlər qoyan istənilən gənc mütəxəssisin adı premyer-liqa klubu ilə yanaşı hallanırsa, heç şübhəsiz, bu onun üçün xoşdu. O cümlədən mən də məşqçiliyə başlayanda qarşıma müəyyən hədəflər qoymuşam. Yəqin ki, yaxın vaxtlarda bütün məsələlərə aydınlıq gələcək”.
Samir Əliyev isə bizimlə söhbətdə 2017/18 “futbol ili”ndə “Səbail”i çalışdıracağını təsdiqləməklə yanaşı, məşçqçilər korpusunda kimlərin yer alacağını da bildirdi: “Yeni mövsümdən “Səbail”in baş məşqçisi olacağım düz söhbətdi. “Neftçi”nin əvəzedici heyətində köməkçilərim olan məşqçiləri də özümlə yeni komandaya aparacam. Komandanın elitaya vəsiqə qazanmasında böyük xidməti olan Elman Sultanov isə rəhbərliyin qərarı ilə əvəzediciləri çalışdıracaq”.
Təəssüf ki, adı “Şəmkir”lə yanaşı hallanan Ramiz Məmmədovdan fikir öyrənmək mümkün olmadı. Ramiz bəy zənglərimizi cavabsız qoydu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar