07 may 14:50manset

Bir gün Naxçıvanda

Bir gün Naxçıvanda
“Toppuş bacı”, Röya və Elxan Məmmədov...

5 may, saat 07.55... “Hörmətli sərnişinlər, kəmərləri bağlayın. Uçuş Naxçıvan istiqamətinədi. Məsafə 650 kilometr, uçuş müddəti 1 saat 5 dəqiqədi. “Hava gəmisi” yerdən 9000 metr hündürlükdə, saatda 750 kilometr sürətlə hərəkət edəcək” - pilotun bu elanını eşidənlərin təxminən 70 faizi “kiçik torpağ”a kubokun final qarşılaşmasını izləməyə yollanırdı. Salonda yerini tutanlar təkcə 40-a yaxın idman jurnalisti deyildi. PFL-in operator və fotoqrafları da bizimləydi. Çox keçmədən tanınmış müğənni Röya da köməkçisi ilə birgə ilk cərgədəki yerini tutdu. Onunla paralel sırada isə AFFA-nın baş katibi Elxan Məmmədovla həmin qurumun İctimai Futbol Təşkilatları Birliyinin rəhbəri Elxan Tağızadə əyləşmişdi. Təyyarədə biznes-klass xidməti olmadığından həm AFFA rəsmiləri, həm də Röya ekonom-klassda əyləşməyə məcbur idi. Sərnişinlərin diqqətini çəkməyə hesablanmışdı, yoxsa gecikdiyinə görəydi - dəqiq fikir bildirmək çətindi. Amma əməkdar artist uçuşa sayılı dəqiqələr qalmış yerini tutdu. Uzun illərdi efirdə görməyə alışdığımız “Toppuş bacı” (Tünzalə Əliyeva) da həyat yoldaşı ilə birgə Naxçıvana səfər edənlər arasındaydı. Final oyununu izləməyə getmədiyinə əmin olmaq üçün futboldan danışanlara təəccüblə baxdığını görmək kifayət idi. Pilotun 1 saat 5 dəqiqə nəzərdə tutduğu uçuş 1 saat 20 dəqiqə çəkdi. Təxminən 10 dəqiqə Naxçıvanın üzərində dövrə vurmağımız təkərlərin vaxtında açılmamasına görəydi.
Prezidentlə millət vəkilinin zarafatları
Futbol ab-havası təkcə təyyarədə yaşanmadı. Dünən Naxçıvanda əsl futbol günü idi. Hava limanından birbaşa üz tutduğumuz “Duzdağ” otelində oyunun iştirakçıları – “Qarabağ” və “Qəbələ”ylə yanaşı, tanış simalara da rast gəldik. Dəhlizdə ilk rastlaşdığımız şəxs millət vəkili, “Qarabağ” azarkeşi Aqil Abbas oldu. Aqil bəy Naxçıvana bir gün əvvəldən gəlmişdi deyə, məskunlaşmaq üçün şəhərin bir nömrəli otelini özünə məkan seçmişdi. Ayaqüstü söhbətdə oyunla bağlı ehtimallardan danışdıq, müzakirələr apardıq. Fürsətdən istifadə edən millət vəkili zarafatlarından da qalmırdı. Futbolla bağlı lətifələri, vaxtilə qarşılaşdığı məzəli hadisələri nəql edəndən sonra Ramin Musayev gözə dəydi. Zarafatcıl PFL prezidenti üçün Aqil bəylə bir yerə düşmək əla fürsət idi. Həyat təcrübəsi zəngin olan şəxslərin maraqlı söhbətlərinə qulaq yoldaşı olmaq gərgin iş ərəfəsində əsl istirahət idi. Bu ərəfədə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov, klub rəsmisi Səbuhi Qarayev otelin həyətində gəzir, oyunun həyəcanını üzərindən atmağa çalışırdı. Elə gözə dəyən “Qarabağ” rəsmiləri də eyni dərəcədə gərgin görünürdü.
Qriqorçuk Naxçıvanı tərifləyib
“Duzdağ” otelinə təşrif buyurmağımız təsadüfi deyildi. Yox, oyundan sonra Naxçıvanda gecələməyəcəkdik. Bakıda çox sayda jurnalistlər gəlmişkən, bu ayın sonunda Muxtar Respublikada baş tutacaq Heydər Əliyev adına kubok turniri haqda məlumat veriləcəkdi. Media mənsubları önünə Naxçıvanın gənclər və idman naziri Azad Cabbarovla PFL prezidenti Ramin Musayev çıxdı. Mətbuat konfransını giriş sözü ilə açan “Araz Naxçıvan”ın mətbuat katibi Ceyhun Məmmədov öncə xüsusi hazırlanmış kubok haqda məlumat verdi. Deməli, Türkiyə şirkətinin araya-ərsəyə gətirdiyi qənimətin çəkisi 12 kq-dı. Ümumilikdə qızıl suyuna salınmış kubokun üzərində Heydər Əliyevin şəkli həkk olunub ki, təmiz qızıldandı. Həmin kuboka sertifikat verilib, eynisi yaxın 5 il ərzində istehsal oluna bilməz. Daha sonra yarış haqda söhbət açıldı. Mayın 26-da start götürəcək turnirdə 6, ya da 8 komandanın iştirakı nəzərdə tutulub. Komandalar iki qrupda yer alacaq və oyunlar 2-3 stadionda keçiriləcək. İştirakçılar arasında qonşu dövlətlərin təmsilçilərinin olacağı gözlənilir. Hakimlər isə yerlilər olacaq. Sonra söz Azad Cabbarova verildi. İdman naziri girişdə final qarşılaşmasının Naxçıvanda keçirilməsinə görə Ramin Musayevə təşəkkür edib, Muxtar Respublikada idmanın inkişafı yönündə görülən işlərdən söz açdı. Sıra Ramin Musayevə çatdı ki, PFL başqanı maraqlı açıqlamalarla yadda qaldı: “Final görüşünün Naxçıvanda keçirilməsi ilə bağlı narazılıqlar vardı. Əslində Bakıda da keçirmək olardı. Sizə sualım var: belə oyun niyə Naxçıvanda baş tutmasın ki?! Baxın, “Qarabağ”la “Qəbələ”nin heyətindəki legionerlər Naxçıvanı tanımırdı, burda olmamışdılar. Gəlib gördülər, gəzdilər. Bundan yaxşı nə ola bilər?! Ölkəmizin hər güşəsini tanıtmalıyıq. Dünən Roman Qriqorçukla ayaqüstü söhbətim oldu. Naxçıvandan ağızdolusu danışdı, xoş fikirlər səsləndirdi. Siz də gəlmisiz, havanızı dəyişin, gəzin, görün. Ayın sonunda baş tutan turnirə səfərinizi də təşkil edəcəyik. Həmin yarışda “Zaqatala”, “Şəmkir”, MOİK kimi komandalar da iştirak etmək istəyir. O ki qaldı azarkeşlərin Naxçıvan variantına etirazına, nədən narazılıq edirlər? Yol uzaqdı? Guya “Qarabağ” Qəbələdə oynayanda, ya da “Qəbələ” Bakıya gedəndə, azarkeşlərin sayı nə qədər olur ki? Ona görə də narazılıq etməyin adı yoxdu. “Mənəm-mənəm” demək istəmirəm, biz jurnalistlərin səfərini təşkil etdiyimiz kimi, klub rəhbərləri də azarkeşlərinə şərait yarada bilər”.
Alqışalayiq açılış mərasimi
Biz jurnalistlər oyuna bir saat qalmış stadiona təşrif buyuranda tribunaların yarıdan çoxu dolmuşdu. Oturacaqlarda yerlərini bərkidənlərin bir qismi əsgərlər, böyük əksəriyyəti şagird və tələbələr idi. İnsaf naminə, futbol xəstələrini də görmək olardı. Adamı yandıran günün istisindən qorunmaq üçün qadın və qızlar çətirin köməyindən istifadə etməklə tədarük görmüşdü. Kişilər isə çıxış yolunu pencəyini, gödəkçəsini, əlindəki qəzetin səhifələrini başına keçirməkdə tapmışdı. Saat 15.00-da əvvəldən bilindiyi kimi, aparıcı Nəsib Nurun təqdimatında meydanın kənarında quraşdırılmış səhnəyə Röya çıxdı. Sürəkli alqış sədaları altında mikrofonu əlinə alan gənclərin sevimlisi stadiona toplaşanları salamladıqdan sonra işinə start verdi. Bir-iki mahnı oxuyandan sonra növbəti mahnısının sonuna yaxın fonoqram kəsildi. Belədə pərt olmamaq üçün musiqisiz də olsa, oxumağa çalışdı. Bəli, məhz çalışdı. Çünki təbii səsinin effekti fonoqramın “bacarığından” qat-qat zəif idi. Röyanın yarımsaatlıq çıxışından sonra növbəti yarımsaatda PFL-in təşkilatçılıq bacarığına şahidlik etdik. Meydanın kənarında dayanan və əlində hər iki klubun bayraqları olan gənclər əsas heyətdə yer alacaq futbolçuların adı altında qazona ayaq basaraq onların mövqeləri üzrə düzülüş etdi. Rəmzi komanda görüntüsü yaratmaq istəyinin effektli alındığını deməliyik. Daha sonra sıra milli rəqslərə və ən əsası, yerli azarkeşlərin alqışına səbəb olan Şərur yallısına verildi. Və ən sonda meydana hər iki komandanın bayraqları gətirildi. Həmçinin üzərinə kubokun şəkli həkk olunmuş iri həcmli parça meydanın mərkəzində yerləşdirildi ki, kənardan olduqca baxımlı görünürdü. Açılış mərasiminin azarkeşlər tərəfindən xoş qarşılandığını qeyd etməliyik. Start heyətlərini açıqlayan Nəsib Nurun Nika Kvekveskirinin soyadını səsləndirəndə hansı çətinlik çəkdiyini özündən yaxşı bilən olmazdı. Fakt budu ki, gürcü yarımmüdafiəçi soyadını o şəkildə, həm də geniş kütlə qarşısında ilk dəfə eşitdi.
Naxçıvanlıların “Qarabağ” sevgisi
Qazonun durumu haqda danışmağa dəyməz. Kənardan yaşıl görünən örtük futbolçuların təkcə topla rahat rəftarına yox, adi vəziyyətdə asma etməsinə, ötürmə verməsinə belə mane olurdu. Meydanı yaxşı duruma salmağa çalışanlar işinin öhdəsindən lazımınca gəlməmişdi. Digər diqqəti çəkən məqam stadionda polis geyimli şəxslərin olmamasıydı. Əslində onlar var idi, amma xidməti yox, mülki geyimdə. Gözəgörünməz təsiri bağışlamağa çalışan asayiş keşikçiləri himn səsləndiriləndə duruşları ilə - farağat komandası almaqla dövlət adamı olduqlarını gizlədə bilmədilər. Oyundan hələ həftələr öncə əsas söhbət mövzusu komandaların Naxçıvanda dəstəksiz qalacağıydı. Narahatlıq əbəs deyilmiş. 90 dəqiqə boyunca tribunalarda final qarşılaşmasının atmosferi hiss olunmadı. Düzdü, Naxçıvanda “Qarabağ”ı sevənlərinin sayının çoxluğu bəzən özünü göstərirdi. Di gəl ki, bu həna o hənadan deyildi. Yalnız Bakıdan və Qəbələdən gələn məhdud sayda tərəfdarın baraban sədaları altında səsləndirdiyi şüarlar bəzən diqqəti çəkirdi. Ümumi götürəndə teatr mənzərəsiydi. 42-ci dəqiqədə Əfran topu dirəyə vuranda tribunadakıların “qol” deyib ayağa qalxması əsl həqiqəti ortaya qoydu: Naxçıvanda “Qarabağ” daha çox sevilir.
İnqilab Soltanovun “Zaqatala” bayrağı
Səfərə yollananlar arasında vaxtilə “Simurq”a azarkeşlik etmiş, hazırda “Zaqatala”nı uğurlara səsləyən, daha çox “feysbuk”dakı fəallığı ilə diqqəti çəkən İnqilab Soltanov da vardı. Bakıdan Naxçıvana eyni təyyarədə yola düşəndə stajlı azarkeşin hansı komandanı dəstəkləyəcəyi maraq doğururdu. Hələ oyun başlamamış sualın cavabı məlum oldu. Soltanov “Qarabağ” azarkeşlərinə yaxın əyləşsə də, niyyəti hansısa komandanı dəstəkləmək yox, yerli camaata “Zaqatala” adlı klubun varlığını çatdırmaq idi. Hər halda, tribunada açdığı bayraq kifayət qədər diqqətçəkən görünürdü.
İnternetlə gizlənpaç oyunu
Jurnalistlərə yaradılan şəraitdən ikibaşlı danışmaq olar. Stadiona çatana qədər hər şey yüksək səviyyədə idisə, işə başlayanda müəyyən çətinliklərlə üzləşdik. Oyunun protokolu təqdim olunmuşdu, xüsusi proqram da öz yerində. Bu baxımdan gileylənməyə dəyməzdi. Amma günəş şüasının bilgisayarın ekranına düşməsi operativ yazmaq istəyimizi gözümüzdə qoyurdu. Ən azı jurnalistlər əyləşən sektorun üstünü müvəqqəti də olsa, bağlamaq olardı. İnternet şəbəkəsi ilə əməlli-başlı gizlənpaç oynadıq. O qaçırdı, biz dalınca düşüb axtarırdıq. Tapan kimi yenə yoxa çıxırdı. Oyunun gedişində çətinlik aradan qalxdı. Su içmək üçün işi kənara qoyub stadionun yaxınlığındakı dükana baş çəkməliydik. Hər halda, stadion əməkdaşının müraciətimizə məsləhəti belə olmuşdu. Yaxşı ki, PFL-in işçiləri yanımızdaydı. Çox keçmədən sususluğumuza çarə tapdılar.
Gözəllə Heydərovun selfisi
Fasilədə VİP-lojada kifayət qədər tanınmış simalara rast gəlmək olardı. AFFA başqanı Rövnəq Abdullayevi tribunada oğlu Rəşad Abdullayev təmsil edirdisə, assosiasiyanın rəsmi şəxsi kimi Elxan Məmmədov oyunu canlı izləyirdi. Futzal Federasiyasının prezidenti Zaur Axundov da yerini tutmuşdu. Naxçıvan Ali Məclisinin sdəri Vasif Talıbovu isə görmədik. Deyilənə görə, vacib işi çıxdığı üçün gələ bilməyib. “Qəbələ”nin prezidenti Tale Heydərov babası, həm də millət vəkili olan Fəttah Heydərovla yanaşı əyləşmişdi. “Qarabağ”a azarkeşlik edənlər isə vitse-prezident Tahir Gözəllə direktor Əmrah Çəlikəl idi. Başqa bir millət vəkili Aqil Abbas da VİP-lojada yer almışdı. Fasilədə maraqlı görüntülərə şahidli etdik. İki millət vəkili kənara çəkilib şirin-şirin söhbət etdiyi halda, Tahir Gözəl Tale Heydərovla bir müddət danışandan sonra selfi çəkdirdi.
Kapitan qola sevinə bilmədi
“Qarabağ”ın arzuladığı qol ikinci hissənin əvvəlində gəldi. Mahir Mədətov topu qapıdan keçirən kimi ehtiyat oyunçular skamyasına tərəf gəldi ki, başına yığışan komanda yoldaşları gənc hücumçunun nəfəsini kəsdi. Həmin an diqqətlər Rəşad Sadıqova yönəlmişdi. Meydanın özlərinə aid hissəsində dayanan kapitanın narahatlığı aşkar duyulurdu. Sən demə, bu narahatlıq boşuna deyilmiş. Belə ki, qoldan az sonra Rəşad ilk hissədə aldığı zədəyə görə əvəzləndi. Qolu çılğınlıqla qeyd etməməsi də ayağındakı ağrılara görəymiş.
Rəşad Sadıqovdan örnək addım
Oyunun sonlarına yaxın Rəşad növbəti dəfə diqqət mərkəzinə düşdü. Hələ matçdan öncə futbolkasını bir nəfərə bağışlayacağına söz verən Sadıqov sözünün üstündə dura bilmədi. Buna səbəb ehtiyat oyunçular skamyasının arxasında əlil arabasında əyləşən yerli azarkeşlərdən birinin Rəşada “formanı mənə verə bilərsən?” müraciəti oldu. Kapitan fiziki qüsurlu azarkeşin müraciəti qarşısında dözə bilməyib futbolkasını ona bağışladı. Üstəlik, şəkil çəkdirmək istəyini də gözündə qoymadı. Bu azmış kimi, hakimin final fitindən dərhal sonra yerə sərilən “Qəbələ” futbolçularına tərəf gedib, bir-bir əllərini sıxdı.
Legioner mədəniyyəti
Yekun nəticəyə görə kubok ardıcıl üçüncü dəfə “Qarabağ”a qismət oldu. Lakin ənənəvi olaraq fəxri kürsüyə öncə “Qəbələ”nin üzvləri qalxdı. Medallara sahib çıxan futbolçular bir müddət meydanda oturub təəssüflənsə də, qənimətinə qovuşan Araz Abdullayev birbaşa paltardəyişmə otağına yollandı. Ardınca Ürfan Abbasov da komanda yoldaşı kimi davranınca, yerlilərin çoxu onların arxasınca getdi. Amma “Qarabağ”ın kubok sevincinə tamaşa etməyi özünə borc bilənlər də vardı. Rəşad Sadiqov, Baqali Dabo, Teo Uiks, Nika Kvekveskiri, Dmitri Bezotosnı və bir neçə klub rəsmisi. Baxmaqları azmış kimi, həmin legionerlərin “Qarabağ”a kubok təqdim olunanda rəqibi alqışlaması futbol adına bir başqa gözəllik – legioner mədəniyyəti idi. Kubok təqdim olunan anda dövlət bayrağımızın rənglərinə uyğun havaya buraxılan şarların mavi səma ilə hansı vəhdət yaratdığına canlı baxmaq bir başqa ləzzət idi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar