01 may 16:23manset

“Forza Neftçi” “İmarət”in qeyri-etik pankartını normal qarşılayıb

“Forza Neftçi” “İmarət”in qeyri-etik pankartını normal qarşılayıb
Sübhan Əliyev: “Qoy klubu bu günə salanlar cavab versin”

Futbolu gözəlləşdirən yalnız futbolçular, onların qolları, sevinc göstəriləri, kuboklar yox, həm də azarkeşlər, onların səsləndirdiyi şüarlar və açdıqları pankartlardı. Bəli, bizim çempionatımızda və kubok matçlarında elə oyunlar olur ki, tərəfdarlar matçlara xüsusi gözəllik qatır. Tarixə qovuşmuş “Xəzər Lənkəran”ın möhtəşəm tərəfdarları hər zaman “Neftçi” azarkeşləri ilə baş-başa gələr, bir-birinə maraqlı atmacalar atardı. İndi cənublu fanatları son 4 mövsümün çempionu “Qarabağ”ın azarkeş qrupları əvəzləyib. Elə son turda baş tutan “Neftçi” – “Qarabağ” matçında da qonaq azarkeşlər maraqlı, daha dəqiq desək, qeyri-etik pankart açıb. Şəkildə gördüyünüz həmin pankartda qatar təsvir olunub, üzərində də belə yazılıb: “N.S.G.1.V”. Yəni “Neftçi” *** gəlib, bir vaqon”. Bu küçə ifadəsindən “İmarət” azarkeş qrupu qarşı tərəfi qıcıqlandırmaq niyyəti ilə yararlanıb.
Nəzərə alaq ki, “Neftçi”nin ən öncül azakreş qrupu olan “Forza Neftçi” matçı boykot etmişdi və “Bakcell Arena”ya getməmişdi. Görəsən, “Forza Neftçi” stadionda olsaydı, buna necə cavab verərdi? Bəlkə də aralarında insident yaşanardı. Məlum pankarta “Forza Neftçi”nin münasibətini öyrənməyi lazım bildik. Azarkeş qrupunun rəhbəri Sübhan Əliyevin fikirləri belə oldu: “Zirə” ilə oyunda bizi stadiondan çıxarmışdılar. Bu üzdən “Qarabağ”la görüşə getmədik. Bəli, rəqib fanatların açdığı pankartı saytlarda, sosial şəbəkələrdə gördüm. Bu, bizim üçün yox, klub üçün açılmış bir pankart idi. “İmarət” və “Qarabağ”ın digər azarkeş qruplarına hörmətimiz var. Bəzi azarkeşlər bu pankartla bağlı kəskin danışdılar. Hətta qarşı tərəfi təhqir edənlər də oldu. Amma bu lazım deyildi. Çünki həmin pankartın “Forza Neftçi”yə aidiyyatı yoxdu. Olsaydı, bu başqa məsələ. Biz də “Qarabağ”ın əleyhinə dəfələrlə pankart açımışıq. Rəqib azarkeşlər bunu normal qarşılayıb. Hətta təhqiramiz pankartlar olsa belə. Rəqib komandanın ünvanına söyüşlü şüarlar da səsləndirmişik. Bura Türkiyə tribunası deyil ki, azarkeş qrupları bir-birini söysünlər. Bura Qafqazdı. Heç bir azarkeş kluba ünvanlanan söyüşlərə cavabdeh ola bilməz. Qoy klub cavab versin. Biz isə qarşı tərəfə pankartla cavab verəcəyik. “İmarət” bu hərəkəti ilə oyuna gözəllik qatdı. “Forza Neftçi” bunu normal qarşılayır. Biz də fərqli şeylər edəcəyik. Stadionda olsaydıq, “Qarabağ”ın əleyhinə nəsə edərdik. Rəqib azarkeşlərdən inciməyə haqqımız yoxdu. Qoy klubu bu günə salanlar cavab versin. Biz azarkeşlik borcumuzu yerinə yetiririk. Kiməsə cavabdeh olmalı deyilik. Biz “Neftçi”ni sevirik, dəstək oluruq. Bütün çətin vəziyyətlərdə komandanın yanında olmuşuq. Çıxıb “İmarət”in açdığı pankarta görə onlarla söhbət çürüdəsi deyilik ki. Adama deməzlər ki, kluba cavabdehsən? Niyə hansısa futbolçunun, məşqçinin etdiyi hərəkətlərə cavabdeh olmalıyıq, qarşı tərəflə münasibətləri pozmalıyıq?”
“İmarət”in rəhbəri Elnur Quliyev isə pankartda təhqiramiz heç nəyin olmadığını düşünür: “Bu, “İmarət”in uşaqlarının ideyası idi. Biz də razılıq verdik. Bəli, orda xoşagəlməz fikir var. Amma biz bunu açıq yazmamışdıq. Kimisə təhqir etməmişik. Kim necə istəyir, elə də başa düşsün. Biz azarkeşik, komandaya dəstək olmağa getmişdik. İstədiyimiz pankarı da açmışıq. Heç kim buna qarşı çıxmadı. Başqa heç nə deyə bilmərəm”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar