30 apr 16:22manset, gundem

Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi

Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi
Rəhbərlik Elxan Abdullayevi göndərmək üçün “Qarabağ”la oyunu gözləyir

“Neftçi”nin cari mövsümü titulsuz başa vurması və futbolçuların mövsümün başa çatmasına bir tur qalmış əllərini yana salması klub rəhbərliyini narahat etməyə bilməz. Mövsümün əvvəlində baş məşqçi postuna Elxan Abdullayevi gətirən, yeni çalışdırıcının hədəfə çatması üçün qışda doqquz futbolçunun keçidini rəsmiləşdirən rəhbərlik indi bunun acısını çəkir. Təxminən üç həftə əvvəl “Forza Neftçi”nin ünvanına səsləndirdiyi fikirdən sonra ciddi qınağa tuş gələn, buna baxmayaraq, rəhbərlikdən “Elxan Abdullayevlə müqavilə müddətini daha birilliyə uzadacağıq” şəklində dəstək alan baş məşqçi faktiki ümidləri doğrulda bilmədi. Görünür, Müşahidə Şurasının cümə axşamı baş tutan iclası da buna hesablanıbmış. Yoxsa mövsüm başa çatmamış tələsik yığıncağa nə ehtiyac vardı?
Və ən maraqlı məqam şuranın iclasının ictimaiyyətdən gizlədilməsidi. Dünən Səməd Qurbanov apasport.az saytına açıqlama verməsəydi, çox güman, heç kim bu iclasdan xəbər tutmayacaqdı. “Neftçi”nin saytının “susmasının” kökündə nəyin dayandığını klubda çalışanlardan yaxşı bilən olmaz. Öncəki iclaslar haqda geniş məlumat verilən, şəkillər yerləşdirilən, müzakirə olunan mövzuları ictimaiyyətə təqdim edən saytda Müşahidə Şurasının iclası ilə bağlı bir cümlə belə yazılmayıb. Baş vermiş olayı bir gündən sonra klub yox, idman saytının daha əvvəl təqdim etməsi “Neftçi” adına növbəti biabırçılıqdı. Məhz bu biabırçılığa aydınlıq gətirmək üçün Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyevlə əlaqə saxladıq. Onun dedikləri ört-basdır etmək istədiyi biabırçılıqdan da biabırçı oldu: “Bəli, Müşahidə Şurasının iclası baş tutub. Amma belə qərara alındı ki, bu haqda indi yox, gələn həftənin ilk günlərində - “Qarabağ”la oyundan sonra ətraflı məlumat verək. Səbəbi nədi? Sadəcə, belə məsləhət görüldü. Hansı mövzular müzakirə olunmuşdusa, hamısını təqdim edəcəyik. O ki qaldı idman saytının xəbəri klub saytından əvvəl təqdim etməsinə, burda qeyri-adi bir şey görmürəm. Ona qalsa, fasilə dönəmlərində hansısa futbolçunun hansısa kluba keçəcəyini mətbuat bəzən klub saytından əvvəl işıqlandırır”.
Fətəliyev açıq danışmaqdan çəkinsə də, dediklərindən sonra söhbətin məğzi gün kimi aydındı. Gələn həftəyə işarə verilməsinin səbəbi də çox sadədi. Rəhbərlik Elxan Abdullayevə qapını göstərmək, eyni zamanda klubda islahatlar aparmaq üçün “Qarabağ”la oyundan sonranı gözləyir. Artıq qərarlar qəbul olunub, sadəcə, bunu şuranın qərarı şəklində ictimaiyyətə təqdim etmək üçün bir neçə günə ehtiyac var. Belə olmasaydı, xəbər vaxtında çatdırılardı. Elxan Adullayevin müsahibədən boyun qaçırıb, mövsümün sonunu işarə verməsi də, sən demə, buna görəymiş. Kluba rəis təyin olunacaq Tural adlı şəxsin təqdimatı da həmin xəbərdə veriləcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar