26 apr 20:32manset

Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam!

Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam!
Mübariz Mənsimov talış olmağı özünə sığışdırmır

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidi. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.
Bu sözlərin müəllifi ümummilli lider Heydər Əliyevdi. Dərindən düşünəndə dillər əzbəri olan bu kəlamın altında böyük həqiqət yatır. Ağlı başında olan, vətəninə, ailəsinə və ən əsası, özünə hörmət edən hər bir şəxs milli mənsubiyyətini, hansı xalqı təmsil etdiyini danmamalıdı. Məsələn, İsveçdə yaşayan azərbaycanlı vəziyyətin necəliyindən asılı olmayaraq, “azərbaycanlıyam” deməkdən utanmamalıdı. Necə ki hər gün üz-üzə gəldiyimiz talışlar, ləzgilər, avarlar özlərinə məxsus şirin ləhcədə hansı xalqın nümayəndəsi olduğunu fəxrlə dilə gətirir.
Haqlıdılar, belə də olmalıdı. Onlar bununla fəxr etməklə bir növ keçmişi unutmadıqlarını göstərirlər. Talışlar Azərbaycanın cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik və qismən Masallı rayonunda, eləcə də İranın şimalında yaşayan xalqdı. Bu gün talışların sayı 500 mindən artıqdı. Dünya tarixində təbii yox, zorakı assimilyasiyaya məruz qalmağa, başqa xalqın dilini, adət-ənənələrini qəbul etməklə onun içində əriyib-getməyə dair yüzlərlə nümunə var. Şükür Allaha ki, Azərbaycan ərazisində belə praktika yayılmayıb. Hər bir xalq, etnik qrup milli kimliyini, etnogenezini qorumaqla Azərbaycançılıq ideyası ətrafında birləşib. Talışlar da adət-ənənələrini, dilini qorumaqla bizlərlə qaynayıb-qarışıblar, hamımız birlikdə vahid ailəyə çevrilmişik. Bir məqamı xüsusi qeyd edək: bu gün ölkəmizdə tədris proqramında talış dili öyrədilən 248 məktəb fəaliyyət göstərir. Təkcə bu fakt özü talışların xalq kimi möhkəmlənməsinin göstəricisidi. Özlərinə məxsus xarakterə sahib olduqları sirr deyil. Kiminsə qarşısında əyilmirlər, daim zirvələrə can atırlar. Xüsusi vurğulanmalı məqam isə vətəninə, xalqına bağlı olmalarıdı. İstər hərbi xidmətdə olsun, istərsə də gündəlik həyatda talışlara az rast gəlmirik, az ünsiyyətdə olmuruq. “Haralısan” sualının birmənalı cavabı “talışam” olur. Kiminsə onlara yuxarıdan aşağı baxacağından çəkinmirlər. Bilirsiz, niyə? Çünki bu xalq Ziya Bünyadov, Həzi Aslanov kimi tarixi şəxsiyyətlər yetişdirib. Çünki bu xalq Qarabağ döyüşlərində neçə-neçə şəhid verib, bu günə qədər də verməkdədi. Talışlar əsrlər boyunca türklər və bu torpaqların üzərində yaşayan başqa xalqlar ilə çiyin-çiyinə verərək, ümumi düşmənlərimizə qarşı mərdliklə, qəhrəmanlıqla döyüşüblər. 1993-cü ilin yayında separatçı Əlikram Hümbətov qondarma “Talış Muğan Respublikası”nı elan edəndə məhz talışlar ona inadla müqavimət göstərdi, başıpozuq dəstəsi ilə birgə Lənkərandan qovdu.
Qəhrəmanlıq, döyüşkənlik, uduzmamaq hissi qanlarındadı. Talışların nə dərəcədə mərd xalq olduğunu əyani görüb-bilməyənlərin, sadəcə, ətrafına göz gəzdirməsi kifayətdi. Yəni bir türk, ləzgi, kürd, avar milli kimliyi ilə qürur duyduğu kimi, talış qardaşlarımız da duyur. İndi də bir sitata baxaq: “Ben Türkiyede bir kuruş para kazanamıyorum, tam tersine dünyada kazandıklarımı getirip burada yatırım yapıyorum. Ben Türk milletinin bir parçası olan azeriyim, türk oğlu türküm”.
Bu sözlərin müəllifi isə Mübariz Mənsimovdu. Türkiyədə özünə iş quran, əli milyonlarla oynayan Mənsimov türkiyəli jurnalistə müsahibə verərkən məhz bu ifadəni işlədib (mənbə: hiziracil.tr). Adam özünü “türk oğlu türk” kimi qələmə verib. 1968-ci ildə Bakıda anadan olsa da, valideynləri əslən Masallının Miyankü kəndindəndi, milliyyətcə talışdı. Belə olmasaydı, talışlar ona “talış xalqının layiqli oğlu” deməzdi. Azərbaycanda əl qoyduğu hər işdə insanlar ona təkcə Mübariz Mənsimov kimi yox, həm də talışların fəxri gözüylə baxıb. Odu ki, artıq neçə illərdi kürəyini talışlara söykəyib. O da bunu yaxşı bilir, görür, hiss edir. Belədisə, bu çəkidə adam niyə siyasi səhvə yol versin ki? Özünü türklərə şirin göstərmək istəyib, yoxsa həqiqətən də özünü türk sayır – konkret söz demək çətindi. Babalı öz boynuna. Amma bir talışın “türk oğlu türkəm” deməsi heç bir məntiqə sığmır. Çünki talışlar özlərinə “türkəm” demir, talış olduqlarını fəxrlə dilə gətirirlər. Təkcə bir faktı – talış dilinin fars, tat, kürd, osetin dillərinə daha yaxın olmasını xatırlatmaq kifayət edir. Məsələn, hansısa kürdün “mən türkəm” deməsi rus İvanın özünü afrikalı sayması qədər mümkünsüzdü. Çünki özünü təmsil etdiyi xalqın nümayəndəsi sayır, bununla qürur duyur. Belədə Mübariz Mənsimovun talış olduğunu etiraf etmək əvəzinə özünü türk kimi tanıtması talış xalqına arxa çevirməsi deməkdi. Bunun başqa adı yoxdu. Türkiyədə qurduğu işin yağ kimi getməsi üçün “türkəm” deməsi biznes hiyləgərliyidi. Eyni zamanda talışlara hörmətsizlikdi. Yəni sizin yanınızda talışam, sərhəddən o tərəfdə türkəm. Məhz talışların sevgisini qazandıqdan sonra Azərbaycanda özünə yer tapan, biznes quran, “Xəzər Lənkəran”ı yaratmaqla onminlərin sevgisini qazanan Mənsimov özünü talışlıqdan çıxarıb türk gözündə gördüyünə görə kimsə onu divara söykəyə bilməz. Yəqin talış olması ilə qürur duymur, bu xalqın adını dilinə gətirməyi özünə borc bilmir. Öz işidi, özü bilər. Halbuki ləzgi, kürd, avar kimi, talış da milli kimliyi ilə qürur duymalı, bunu fəxrlə bəyan etməli, yaşadığı ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verməlidi.
…Biz, sadəcə, pərdə arxasında qalan səhnəni sizlərə təqdim etdik. Mübariz Mənsimovun talış yox, türk olduğunu faktla göstərdik. Sabah “azəriyəm” sözündən də imtina etsə, təəccüblənməyin…
MƏMMƏD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar