26 apr 19:50manset

Ağdamın tanınmışları Gözəllə razılaşmadı

Ağdamın tanınmışları Gözəllə razılaşmadı
Aqil Abbas: “Komanda çempionluq kuboku ilə birgə Quzanlıya yollanmalı və orda yerli komanda ilə yoldaşlıq matçı keçirməlidi”
Elbrus Abbasov: “Yaxşı olardı ki, komanda ilin 365 günündən birini bizə həsr etsin”
Rəmiş: “Quzanlını bəyənmirlərsə, qaçqınları saymırlarsa, komandanın qarşısına Bakı və yaxud Dağıstan yazsınlar”


“Qarabağ”ın mükafatlandırma mərasiminə qatılan klub prezidenti Abdulbari Gözəl tədbir başa çatandan sonra jurnalistlərin əhatəsinə düşüb. Abdulbari bəyə ünvanlanan suallardan biri də çempionluq kubokunun Ağdama aparılıb-aparılmaması ilə bağlı olub. Klub prezidenti məsələyə belə reaksiya verib: “Bunu bir neçə dəfə müzakirə etmişik. Kubokun ordan-ora, burdan-bura aparılması bizim üçün enerji itkisidi. “Qarabağ” təkcə Ağdamı yox, bütün Qarabağı təmsil edir. Ona görə də vaxtımızı və enerjimizi belə işlərə sərf etməməliyik. Komandanın adını yaşatmaq lazımdı”.
Deyəsən, Abdulbari bəy yavaş-yavaş “Qarabağ”ın Ağdamı təmsil etdiyini, komandanın Bakıda müvəqqəti məskunlaşdığını unudur. Klub prezidenti yəqin onu da nəzərə almayıb ki, rəsmi rəqəmlərə görə sayı 191 min nəfərə çatan rayonun əhalisinin yarıdan çoxu məhz Quzanlı və Ağdamın işğal altında olmayan 25 kəndində yaşayır. Onların da hamısı, demək olar ki, “Qarabağ”a azarkeşlik edir, uğurlarına sevinir, uğurusuzluğuna məyus olur. Odu ki, çempionluq kubokunu görmək hələ də Ağdam torpaqlarında yaşayan ağdamlıların haqqıdı. Hər halda, maddi vəziyyəti yaxşı olmayan qaçqın gəncin, cavanlığında “İmarət”də bir oyun buraxmayan, indi isə müəyyən səbəblərdən yaşadığı kəndi, qəsəbəni hər saat tərk edib Bakıya gələ bilməyən orta nəslin nümayəndəsinin də könül verdiyi komandanın futbolçularını görmək, onlarla görüşmək arzusu var.
Bir də ki hansı vaxt və enerji itkisindən söhbət gedə bilər? Dekabra qədər az qala bütün Avropanı gəzən, minlərlə km yol qət edən kollektiv üçün Bakıdan Quzanlıya olan 320 km məsafəni getmək nə çətindi? Klub rəhbərliyi istəsə, bir günə ora yollanıb, ictimaiyyətlə görüşüb geri qayıda bilər. Çempion komandanın təmsil etdiyi bölgənin əhalisi ilə görüşə getməsi, həm orada yaşayanlara hörmət, həm də qaçqınlara “sizləri də unutmamışıq” mesajı kimi qəbul oluna bilər.
Abdulbari bəyin açıqlamasına Ağdamın sayılıb-seçilən ziyalılarının və idman adamlarının münasibətini öyrənməyi lazım bildik. Bu məqsədlə əvvəlcə Milli Məclisin deputatı, “Qarabağ” azarkeşi kimi tanınan Aqil Abbasla əlaqə saxladıq: “Abdulbari Gözəl və onun rəhbəri olduğu “Azərsun Holdinq” “Qarabağ”ın yaşaması və uğur qazanması üçün çox şey edib. Məhz onlar sponsorluq etməyə başlayandan klub yüksələn qrafik üzrə hərəkət edir. Bunu danmaq bizə yaraşmaz. Ancaq klub prezidentinin “çempionluq kubokunun Quzanlıya aparılması əlavə vaxt və enerji itkisidi” söyləməsi, məncə, yanlışdı. “Qarabağ” öncə ağdamlıların, sonra qarabağlıların, daha sonra isə Azərbaycanındı. Komanda çempionluq kuboku ilə birgə Quzanlıya yollanmalı və hətta deyərdim ki, orda yerli futbolçulardan qurulmuş komanda ilə yoldaşlıq matçı keçirməlidi. Sizi inandırım, həmin qarşılaşmaya azı 10 min tamaşaçı gələr. Bunu həmin bölgənin deputatı, ziyalısı kimi söyləyirəm. “Qarabağ”ın Quzanlıya səfəri əsl el bayramına çevrilər. İnanıram ki, klub rəhbərliyi bir gün vaxt tapıb ağdamlılarla görüşə yollanacaq”.
Ağdam futbolunun fəxrlərindən biri, vaxtilə “Neftçi”nin şərəfini qoruyan Elbrus Abbasov da klub prezidentinin açıqlamasından narazı qaldığını bildirdi: “Hazırda Ağdamda 19 qəsəbə və 25 kənd var. Bu qəsəbə və kəndlərdə isə 100 mindən çox əhali yaşayır. Həmin insanların da 70 faizi “Qarabağ” azarkeşidi. Sadəcə, hamının imkanı yoxdu ki, həftəsonları pul xərcləyib, Bakıya gəlib “Qarabağ”ın oyunlarını stadiondan canlı izləsin. Ona görə də yaxşı olardı ki, komanda ilin 365 günündən birini bizə həsr etsin, Ağdama gəlsin, onu sevənləri sevindirsin. Onsuz da biz ağdamlıların hazırda “Qarabağ”dan başqa öyünməli heç nəyi qalmayıb. Düzü, inanmıram ki, Abdulbari bəy belə fikir səsləndirsin. Onu vətənpərvər, Qarabağı sevən, işğal altında olan torpaqları unutmayan biri kimi tanıyıram. O hər çıxışında Ağdamı unutmadığını, qaçqın və köçkünlərin problemlərinin öz problemi olduğunu söyləyib. Görəsən, indi nə dəyişib, ona nə deyiblər ki, çempionluq kubokunun Quzanlıya gətirilməsini əlavə vaxt və enerji itkisi kimi qiymətləndirir?”
Xalq artisti, məşhur gitara ustası Rəmiş də “Qarabağ”ın çempionluq kubokunu Quzanlıya aparmamasını qınadı: “Qarabağ”ın qarşısında Ağdam yazılırsa, nəyə görə komanda Quzanlıya getməməlidi? Bunun səbəbi məlumdu. Çünki o kollektivdə bir nəfər də ağdamlı futbolçu yoxdu. Quzanlını bəyənmirlərsə, qaçqınları saymırlarsa, komandanın qarşısına Bakı və yaxud Dağıstan yazsınlar. Biz də sakit durub danışmayaq. Mən klub rəhbərliyi ilə yanaşı, Ağdamın icra başçısını da bu məsələdə qınayıram. Heç olmasa, o Gözəl ailəsi ilə görüşüb bildirməliydi ki, ürəyi “Qarabağ”la döyünən onmimlərlə qaçqın çempion komandanı görmək, kumirləri ilə görüşmək istəyirlər”.
RƏŞAD
cavid ağdamli
Men uzumu tutub deyiremki qarabagi agdamindi beyenmiyenin gozu cixsin. Qarabag fk agdamla ireliiii

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar