15 dek 13:28manset, gundem

İntizam Komitəsi 16 nəfəri futbola qaytardı, “qara siyahı”ya iki nəfəri əlavə etdi

İntizam Komitəsi 16 nəfəri futbola qaytardı, “qara siyahı”ya iki nəfəri əlavə etdi
Rəmiş Malıyev: “Bəzi adamlar bununla məşğul olur ki, adları da hallanır”

İntizam Komitəsi (İK) noyabrın 22-də futbol ictimaiyyətini lərzəyə salan siyahı açıqladı. Siyahıda birinci divizionda oyun alğı-satqısında şübhəli bilinən şəxslərin adları yer almışdı. Həmin “qara siyahı”da yer alan 24 nəfərdən bir çoxunu danışdırmışıq. Onların heç biri təqsirkar olduğunu dilə gətirməmiş, əksinə, bu cür siyahını açıqladığına görə İK-nı qınamış, kəskin etirazını bildirmişdi. AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev araşdırmanın davam etdiyini bildirmiş, bu işlə məşğul olanların ciddi cəzalanacağını açıqlamışdı. Görünür, bu çirkin əmələ görə “yananların” sayı o qədər də çox olmayacaq. Hər halda, İK-nın dünənki qərarı bunu deməyə əsas verir. Belə ki, komitə məlum “qara siyahı”da yer alan bəzi şəxslər barədə 22 noyabr tarixli qərarı qüvvədən salıb. Yəni siyahıdakı bəzi şəxslər üzərindən qadağa götürülüb, onlara bəraət verilib. Şübhəli olsalar da, “qəzadan canını qurtaranlar” 16 nəfərdi. Bunlar “Şahdağ”dan Kamran Ağakərimov, Tofiq Şəfiyev, Mahiddin Ağamov və Faik Ağakərimov, “Rəvan”dan Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Omid Masumi və Fərid Quliyev, “Şərurspor”dan Mehdi Rəsulovla Samir Musayev, “Bakılı”dan Bəhram Bəhramzadə ilə Xəzər Qəribov, “Göyəzən”dən Orxan Əsgərov, “Energetik”dən isə Orxan Əlibabayevdi. “Şahdağ”ın futbolçusu İqrar Səmədov ilə inzibatçısı Rafael Küberov, “Rəvan”ın üzvləri Elvin Əliyevlə Cəmşid Məhərrəmov, “Göyəzən”in oyunçuları Arzuman Vəliyevlə Tunar Şahtaxtinski, “Energetik”in futbolçuları Elvin Əlizadə ilə Kamran Lalayev, o cümlədən hakim Anar Niyazovun adı isə “ləkəlilər” siyahısında qalıb. Bundan əlavə, həmin siyahıya daha iki nəfərin adı əlavə olunub. Bunlar “Şahdağ”ın legioneri Uçe Çukunyere və “Energetik”in futbolçusu Ruslan Həmidovdu. Müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən yuxarıda adları sadalanan şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.
Belədə ortaya maraqlı sual çıxır: İK niyə təqsiri sübuta yetirilmədən şəxslərin adlarını ictimaiyyətə açıqladı?
(yazının davamı qəzetin çap variantında)
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar