24 apr 15:42manset

Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı

Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı
“İlham müəllimin hazırda “Turan Tovuz”la bağlı hər hansı planı yoxdu”

Birinci divizionda mövsümün sonuna iki tur qalmış “Turan Tovuz” çempionluğu rəsmiləşdirərək, elitaya vəsiqəni təmin etdi. Qərb təmsilçisinin uğuru bütün tovuzluları sevindirsə də, Əsgər Abdullayevin rəhbərliyi altında kiçik “qızıl” qazanan komandanın 2017/18 mövsümündə elitada çıxış edəcəyi hələ də sual altındadı. Buna səbəb tovuzluların premyer-liqada mübarizə aparmaq üçün yetərincə maliyyə dayaqlarına sahib olmamasıdı. Düzdü, klubun normal stadionu, aşağı yaş qrupları üzrə komandaları var. Ancaq maliyyə zəmanətinin olmaması qərb təmsilçisini çıxılmaz vəziyyətdə qoyub. Bu problem təkcə klub rəhbərliyini yox, əslən Tovuzdan olan Milli Məclisin deputatı Qənirə Paşayevanı da narahat edir. Qənirə xanım bir neçə gün öncə sosial şəbəkədə “Turan Tovuz”u aşağı dəstənin çempionu olması münasibəti ilə təbrik etməklə yanaşı, rayonun imkanlı adamlarını komandaya yardım etməyə səsləmişdi. Bizə çatan məlumata görə, bir çox tovuzlu ziyalılar da kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək fikrindədi. Ancaq hələ ki heç kim bu məsuliyyətin altına girmək istəmir.
Ancaq bir neçə gün öncə mətbuatda “Turan Tovuz”un yeni sponsora qovuşacağı ilə bağlı xəbərlər yayılıb. Bəzi idman portalları Moskvadakı mənbələrinə istinadla Rusiyanın ən böyük meyvə-tərəvəz bazası olan “Fud Siti”nin Tovuz təmsilçisini himayəyə götürəcəyini bildirib. Yazılanlara inansaq, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı qubalı iş adamları Qod Nisanov və Zarah İliyev idarə edir. Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan Rəhimov ona ünvanlanan müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.
Artıq neçə ildi İlham Rəhimovun “Turan Tovuz”a sponsorluq edəcəyi ilə bağlı söz-söhbət dolaşır. Xatırlayırsızsa, Musa Süleymanov qərblilərin prezidenti postundan imtina etdikdən sonra klub vəsait çatışmazlığı səbəbindən az qala tarixin yaddaşına qovuşacaqdı. Həmin dönəmdə də kuluarlarda İlham bəyin doğma rayonunun komandasına sahib çıxacağı ilə bağlı xəbərlər dolaşsa da, bu reallaşmadı. Və belədə bölgədə futbol ölməsin, köklü klub fəaliyyətini dayandırmasın deyə AFFA Tovuz təmsilçisini qanadı altına aldı.
Görəsən, bu dəfə yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir? Doğrudanmı Rəhimov bu dəfə, belə çətin durumda Tovuz təmsilçisinə sahib çıxacaq? Bu məsələyə aydınlıq gətirmək üçün dünən İlham bəyin köməkçisi Azad Məsiyevlə əlaqə saxladıq. Məsiyev bizi dinlədikdən sonra bunları söylədi: “Mətbuatda yazılanlardan xəbərsizəm. Professorun “Turan Tovuz”u himayəyə götürəcəyi harda yazılıb?” Bu yerdə ona ölkə mətbuatında belə informasiyanın yayıldığını bildirdik. O isə “mən həmin yazılarla tanış olduqdan sonra sizinlə danışa bilərəm. Yarımsaatdan sonra yenidən əlaqə saxlayın” söylədi. Azad bəyin zəngimizə reaksiyasından belə başa düşdük ki, bu lap “qız evində toydu, oğlan evinin xəbəri yox” məsəlini xatırladır. İlham bəyin “Turan Tovuz”la bağlı hansısa planı olsaydı, heç şübhəsiz, köməkçisinin də bundan xəbəri olardı. Buna baxmayaraq, deyilən vaxtda yenidən Məsiyevə zəng vurduq: “Saytlarda gedən xəbərlərlə tanış oldum. Açığı, həmin yazılarda konkret heç nə göstərilməyib. Məncə, ehtimallarla “komandaya sponsor tapıldı” yazmaq bir qədər peşakarlıqdan uzaqdı. Professor artıq neçə vaxtdı ölkədə yoxdu. O şəxsi işləri ilə bağlı xaricə yollanıb. Bu üzdən özü ilə danışmadan sizə dəqiq nəsə deməyim düzgün sayılmaz. Yalnız onu deyə bilərəm ki, İlham müəllimin hazırda “Turan Tovuz”la bağlı hansısa planı yoxdu. Bildiyim qədər kluba Oqtay müəllim ( klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevi nəzərdə tutur) rəhbərlik edir. Professor isə onunla görüşməyib, yaxın günlərdə də belə görüş planlaşdırılmayıb. Odu ki, bu məsələnin gündəmə gəlməsi bir qədər qeyri-ciddidi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar