22 apr 00:09manset

Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır

Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır
“Futbol+”in pulunu verin!

Artıq hamıya bəllidi ki, "Xəzər Lənkəran"la qəzetimiz arasında olan reklam müqaviləsinin şərtləri birincilər tərəfindən sona qədər yerinə yetirilməyib və bu səbəbdən Mais Mənsimovun prezidenti olduğu klubun "Futbol+"ə 9 min manat borcu var. Bu, “Pal Süd”ün sahibi üçün cüzi məbləğ olsa da, nədənsə əlini cibinə atacaq cəsarəti özündə tapmır. Sanki kiminsə alın tərinin qarşılığı olan pulu yemək bu qədər asandı. Bəs görəsən, idman mediası bu məsələyə necə yanaşır? Bu suala aydınlıq gətirmək üçün həmkarlarımızdan bəzilərinin fikirlərini öyrəndik.
Elçin Cəlilov (futbolpress.az): “Futbol+” ilə “Xəzər Lənkəran” arasında yaşanan problemdən müəyyən qədər məlumatım var. Səhv etmirəmsə, klubla qəzetiniz arasında imzalanan reklam müqaviləsinə görə qarşı tərəf öhdəliyini sona qədər yerinə yetirməyib və hazırda 9 min manat borcları var. “Xəzər Lənkəran”ı idarə edən şəxslərlə vaxtilə futbolpress.az saytının da arasında mübahisə yaşanmışdı. Onlarla reklam müqaviləmiz var idi. Ancaq bir gün bizə xəbər göndərdilər ki, əməkdaşlıq etdiyimiz üçün saytda klubla bağlı neqativ materiallar yerləşdirilməsin. Bu ismarıcdan sonra biz öz tərəfimizdən müqaviləni birtərəfli qaydada pozduq. Sonradan pulumuzu tələb edə bilərdik. Sadəcə, gördük ki, “Xəzər Lənkəran” rəhbərliyi ilə sivil qaydalar çərçivəsində işləmək mümkün deyil. Məhz yarıtmaz idarəçiliyin nəticəsidi ki, bu klub fəaliyyətini dayandırdı. İstər yerli, istərsə də əcnəbi futbolçulara xeyli borcları qaldı. Hətta bəzi məşqçiləri aldadaraq halal pullarını vermədilər. Hələ də bilinmir ki, “Xəzər Lənkəran” kimi imkanlı klubun büdcəsi nəyə sərf olundu? Fikrimcə, “Futbol+” bu məsələdə haqqını tələb edir və sona qədər bu işin üstünə düşməlidi. Qarşı tərəf borcunu ödəmək istəmirsə, məhkəməyə müraciət olunmalıdı. Açığı, bu günə kimi reklam öhdəliyini yerinə yetirmədiyinə görə hansısa KİV-in klubu məhkəməyə verdiyinin şahidi olmamışıq. Bu sahədə idman mətbuatının təcrübəsi olmadığından bilmirik ki, belə məsələlərdə necə davranmaq, hansı addımı atmaq lazımdı? İstənilən halda, “Xəzər Lənkəran” rəhbərliyi müqavilə şərtlərini yerinə yetirməyibsə, məsuliyyət daşıyır. Fikrimcə, nəinki “Xəzər Lənkəran”, ümumiyyətlə, mətbuatla reklam müqaviləsi olan bütün klublar anlaşmada göstərilən şərtlərə sona qədər əməl etməlidilər. Bu məsələdə mən “Futbol+”in tərəfindəyəm və ümid edirəm ki, sonda istəyinizə çatacaqsız”.
Natiq Muxtarlı (komanda.az): “Futbol+”in düşdüyü durum bütün idman mətbuatının vəziyyətini əks etdirir. Demək olar ki, bütün klublar idman mətbuatına yuxarıdan aşağı baxıb, hörmətsiz münasibət göstərib. Hansısa klub mətbu orqanla reklam müqaviləsi bağlayıbsa, mütləq onun şərtlərinə əməl etməlidi. Bunun başqa yolu yoxdu. “Xəzər Lənkəran” rəhbərliyi əksər futbolçulara borclu qalsa da, qəpik-quruşa işləyən, yayın istisində, qışın soyuğunda stadionda olan jurnalistin pulunu yeməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdu. Klub fəaliyyətini dayandırsa da, məndə olan məlumata görə, rəhbərliyin maddi vəziyyəti indi də pis deyil. Onlar əvvəlki kimi cah-cəlal içində yaşayırlar. Mən də “Futbol+”in tələbinə qoşuluram və qarşı tərəfə səslənirəm: jurnalistlərin pulu qaytarılmalıdı! “Xəzər Lənkəran” rəsmiləri sivil yolla problemin həll olunmasını istəmirsə,onlarla başqa dildə danışmaq lazımdı ki, bunlardan biri də qınaqdı.Yuxarıda qeyd etdiyim kimi, qəzetin üzləşdiyi problem, demək olar ki, bütün idman mətbuatının başına gəlib. Ona görə də jurnalistlər bu işdə həmrəylik göstərməli, “Futbol+”in yanında olmalıdı. Belə olan halda başqaları da sabah haqqını müdafiə edə bilərlər. Bu həm də Azərbaycanın idman mətbuatının özünütəsdiq imkanıdı. Hamı bir nöqtəyə vursa, nə AFFA, nə PFL, nə də klublar bizə qarşı sayğısız davranmaz. Onu da deməyi özümə borc bilirəm ki, belə məsələlər məhz işgüzar mühitdə, qəzetlə klub rəhbərliyi arasında həll olunmalıdı. Ailəni, müəyyən insanları bu işə qatmaq olmaz. Yəqin ki, iki tərəf arasında imzalanan müqavilənin bir nüsxəsi “Futbol+”də var. Bu sənədlə məhkəməyə də müraciət etmək olar. Ancaq mənə elə gəlir ki, əsas məqam mətbuatın kütləvi qınağıdı. Bu addım daha yaxşı effekt verə bilər”.
Rəşad Ergün (komanda.az): “Futbol+”lə “Xəzər Lənkəran” arasında yaşanan problemdən xəbərim var. Bizim də klublarla reklam əməkdaşlığımız olub. Zaman-zaman biz də eyni problemlə üzləşmişik. Ancaq çalışmışıq bütün məsələləri sivil yolla həll edək. Heç bir mətbu orqan istəmir ki, pulu kimdəsə qalsın. Açığı, klubla qəzet arasında yaşanan problemin detallarından xəbərim yoxdu. Bilmirəm ki, klub rəhbərliyindən kimlər müraciətə necə cavab verib. Bildiyim odu ki, “Futbol+” ölkənin bir nömrəli idman qəzetidi və uzun illərdi bu statusu qoruyur. Məncə, “Xəzər Lənkəran” rəhbərliyi ən azı bu fakta hörmət etməli və probelmin həlli yolunda addım atmalıdı. Ümid edirəm ki, tezliklə klubla qəzet arasında yaşanan narazılıq aradan qalxacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar