19 apr 20:19manset

Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın!

Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın!
Qəzetimizin cümə sayında dərc olunan “Mənsimovlarla Zülfüqarlıların qohumluğu: Azərbaycana qarşı yeni cəbhə!” yazısı elə gözlədiyimiz reaksiyanı da doğurdu. “Xəzər Lənkəran”ın “Futbol+”ə borclu olduğu 9 min manatı almaq yolunda haqq davamızı dəstəkləyənlərlə yanaşı, bizi qınayanlar, hətta yeni qurulan ailənin xoşbəxtliyini istəməməkdə suçlayanlar da tapıldı. Əvvəki yazılarda demişik, bu gün növbəti dəfə təkrarlayırıq: Mais Mənsimovun qızı Zümrüd xanımla Loğman Zülfüqarlının oğlu Şahin bəyə ailə səadəti, xoşbəxtlik, oğul-qız sahibi olmağı arzulayırıq. Bizim davamız başqadı, daha doğrusu, başqaları ilədi.
“Futbol+”in daimi və sadiq oxucularının bildiyi kimi, artıq ayyarımdı “Xəzər Lənkəran”dan paramızı istəməkdəyik. Bu pul qəzetdə çalışanların, kollektiv üzvlərinin maaşı, qonorarıdı. Biz kimsənin malına, puluna göz dikmirik, amma eyni zamanda halal pulumuzu da kiməsə bağışlamaq fikrimiz yoxdu. Müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınan “Xəzər Lənkəran” rəhbərliyi, konkret Mais Mənsimov (Tuyqun Nadirovun məsləhəti ilə...) İstanbulun ən dəbdəbəli, bahalı şadlıq saraylarından sayılan “Çırağan”da Murat Boz, Hadisə Açıqgöz kimi ulduzların başına, ayağının altına niyə “Futbol+”in pulunu səpməlidi ki? Bu hərəkət nə insanlığa, nə də kişiliyə sığır.
Təbii ki, indiki durumda aylarla UEFA-nın, FİFA-nın qapısının kandarında yatan, məhz “Xəzər Lənkəran”a görə Azərbaycanı dünyada biabır edən, müxtəlif millətlərdən olan legionerləri, pulunu ala bilmədiyinə görə fəryad çəkən Hafiz Məmmədovu çox yaxşı anlayırıq. Qoy Mənsimovlar Hafiz bəyə baxıb, utansınlar. Adam Mənsimovlardan da pis duruma düşdü, amma heç bir jurnalistə, heç bir kütləvi informasiya vasitəsinə borclu qalmadı. Adı-sanı, ləyaqəti ilə hər kəsin pulunu qəpiyinə qədər ödədi, ödəyə bilməyəndə də insanca önümüzə çıxdı, üzrxahlıq etdi, təbii ki, jurnalistlər də “kişinin başına iş gələr” düşüncəsi ilə bu dəyərli iş adamına halallıq verdi.
Sonda bir daha Mübariz Mənsimova müraciət etmək istəyirik. Bakıda iş tapşırdığınız, güvəndiyiniz adamlar sizi aldadırlar, illərdi qazandığınız imicə xaincəsinə zərbə vururlar. Görünür, Mais Mənsimov – Tuyqun Nadirov tandemi “Xəzər Lənkəran” kimi böyük klubun “dəfni” ilə kifayətlənmək fikrində deyil. Onlar cəmi-cümlətanı 9 min manata görə imicinizin ləkələnməsinə, şəxsinizə, ad-sanınıza söz gəlməsinə razıdılar. Nə qədər gec deyil, “Futbol+”in haqqı olan 9 min manatın ödənilməsinə dair göstəriş verin. Haqq davamız burda, bu yazı ilə bitməyəcək. Onsuz da böyük büdcəyə malik olmayan “Futbol+”də çalışan hər kəsin, hər vətəndaşımızın həmin pulda haqqı var. Hörmətli, dəyərli oxucularımızı və həmkarlarımızı da bu işdə “Futbol+”ə dəstək verməyə, Mənsimovları və Nadirovu qınamağa çağırırıq.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar