05 in 15:27manset

Vicdansızlığın Comolunqma zirvəsi!

Vicdansızlığın Comolunqma zirvəsi!
“Qarabağ” necə Geryeyə qucaq aça bilər?
Pandemiya üzündən yaranan uzunmüddətli fasilənin belə problemlər doğuracağı bilinirdi. Azərbaycan da dünya futbol ailəsindən ayrı deyil. Hər ölkədə fasilə dövründə futbolçularla ödənilən pulun məbləği, müqavilə müddəti bitənlərlə əməkdaşlığın tənzimlənməsi yönündə suallar yaranır ki, bizdə prosesin “qaranquş”u Vild-Donald Gerye oldu. “Qarabağ”da və Haiti yığmasında bir neçə uğurlu oyun keçirəndən sonra xəyalı göylərdə dolaşan, gözü ayağının altını görməyən, futbola yalnız qazanc prizmasından baxan və bu üzdən də heç bir tərifi haqq etməyən adam...
Əslində yerli futbolçular arasında “inkassator”, əyninə geydiyi formaya adi bir mayka gözü ilə baxan o qədər adam görmüşük ki, məntiqlə Geryenin “Neftçi” ilə danışıq üslubu, ümumiyyətlə, futbol və həyat məsələlərinə yanaşması bizi təəccübləndirməməlidi.
O məqamdan başlayaq ki, futbolçu müqaviləsinə mövsüm ərzində 20-dən artıq oyunda forma geyəcəyi halda müddətin avtomatik 1 il də uzadılacağıyla bağlı bənd saldırıbmış. Bu bəndin sətiraltı mənası odu ki, mövsümün gedişində komandadakı duruma baxacam, ürəyim istəsə, özümü elə aparacam ki, məşqçi mənə bütün oyunlarda şans versin, ürəyim istəməsə də, özümü ölülüyə vurub, məşqçinin gözündən düşəcəm. Heç kim məni Geryenin məhz belə düşünmədiyinə inandıra bilməz!
2-ci vurğulanası məqam: Gerye premyer-liqanın 20-ci turu çərçivəsində martın 7-də keçirilən “Sabah”la oyunda 90 dəqiqə meydanda olub və ardından təxminən üç ay dincəlib. Martın qalan günləri və aprel üçün “Neftçi”yə heç bir fayda vermədən maaşını qəpiyinə qədər alıb və utanmadan mayın da pulunu istəyir. Və əlavə edir ki, mayın 31-də müqaviləmin müddəti bitib, iyun-iyulda pulsuz oynamaq istəmirəm, çünki zədələnə bilərəm. Yəqin bu adam anlamır ki, istənilən canlının yolla getdiyi vaxt da zədələnməsi, hətta həyatını itirməsi də mümkündü. Amma klub iki ay ərzində xidmətindən yararlanmadan sənə pul ödəyibsə, kişilik və mənəvi borc deyilən anlayışlar adamı yaşıl meydana çıxmağa, fədakarlıq göstərməyə sövq etməlidi. Gerye sonrakı cümlələrində lap vicdansızlığın Comolunqma zirvəsinə qalxır: “3 ay futbolsuz qalmağımız mənim günahım deyildi. Mənlik bir şey olsaydı, razıyam, qalıb pulsuz oynayardım. Amma məndən asılı olmayan səbəbdən futbol dayanıbsa və həmin müddətdə məşqlərimi davam etdirmişəmsə, məşqçilərin tapşırıqlarına uyğun addım atmışamsa, deməli, klubun rəsmisi kimi davranmışam, peşəkarlığımı qorumuşam”.
Adam, pandemiyanın yaradıcısı “Neftçi”, illərdi pul qazandığın Azərbaycan deyil, yəqin bilirsən ki, ABŞ Çinin boynuna qoymağa çalışır, Çin də vəziyyətdən çıxmağa çalışır. Koronavirus dünyanı cənginə alan, bu günə qədər 385 minə yaxın adamı məhv edən bəladı. Dünya iqtisadiyyatı və onda önəmli yer tutan futbol çöküb, klublar milyonlarından olub, büdcəsini azaldıb, layihələrini təxirə salıb. Sən isə iki ay pulsuz oynamamaq naminə futbola da tüpürürsən, dünyaya da, mənəviyyata da!
Bütün bunlardan sonra “Qarabağ”da gözəl və unudulmaz günlər keçirmişəm, ordan ayrılanda da demişdim ki, “Qarabağ” mənim ailəmdi, mənə doğma olan yerdi” demək nəyin nəyidi? Sırtıqlıqdı, həyasızlıqdı, yoxsa xidmətini təklif etmək? Qurban Qurbanov Stavropola məhz “Neftçi”dən yollanıb, bu komandanı çalışdırıb, əminəm ki, “ağ-qaralar”ın taleyinə biganə deyil. Mənim tanıdığım Qurbanov belə mənəviyyat yiyəsi olan futbolçuya “Qarabağ”ında yer verməməlidi. Cəmi bir il əvvəl ağdamlıların pulunu bəyənməyib, bakılıların düşərgəsində keçmişdi, indi də “Neftçi”ni pula sataraq, “Qarabağ” üçün oynamaq istəyir, gizlətməyə çalışsa da, ürəyi yerindən oynayır. Sabah ilk imkandaca yenidən “Qarabağ”ı satacaq. Mənim anlayışımda mənəvi cəhətdən yoxsul belələrinə həyatı dar etmək lazımdı. Futbol meydanını yox a! Qoy sevimli sol cinahında ürəyi istəyən qədər qaçsın. Amma “Neftçi” ilə “Qarabağ” arasında yox!
ORXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar