19 apr 19:50manset, gundem

“Qurbana təbrik mesajı göndərmişəm”

“Qurbana təbrik mesajı göndərmişəm”
Qriqorçuk “Qəbələ”dən ayrılmaq ehtimalını inkar etmədi

“Növbəti ölkə çempionu hansı komanda olacaq” sualına, nəhayət, cavab tapıldı. Yenə vaxtından əvvəl, yenə “Qarabağ”. Mövsümün gedişində izlədiyimiz gərgin mübarizə və ağdamlılarla qəbələlilərin şəxsi görüşlərində qeydə alınan nəticələr söhbətə son turda nöqtə qoyulacağından xəbər verirdi. Lakin şimallıların sona yaxın itirdiyi vacib xallar “köhlən atlar”ın üzünü güldürdü. İndi “Qəbələ”nin ümidi ölkə kubokunu qazanmaqdı. Mümkün olacaq, ya yox - zaman göstərəcək. İndiki məqamda “qırmızı-qaralar”ın çempionluq şansını əldən verməsiylə bağlı xeyli cavabsız sual var. Həmin suallara isə ən dolğun cavabları baş məşqçi Roman Qriqorçukla söhbətdə ala bilərdik. Ukraynalı çalışdırıcıyla söhbətdə “niyə çempion ola bilmədiz” sualının cavabını tapmağa çalışdıq.
- Martın 23-dəki müsahibəyə “necəsiz” sualı ilə başlayanda cavabınız belə olmuşdu: “mən əlayam, siz necəsiz”? Bu dəfə də həmin sualı versəm, cavabınız necə olacaq?
- Onda əla demişdim, indi isə normaldı. Düzdü, çempionluğun əldən çıxmasına görə təəssüf hissi keçirirəm. Bunu mən deməsəm də, bilirsiz. Amma qarşıda bizi daha iki oyun və kubokun final qarşılaşması gözləyir. Ona görə də iş mühitini qoruyub-saxlamağa çalışıram.
- Nə gözləyirdiz, nə baş verdi?
- Gözləntim başverənlərdən daha yüksək idi.
- Çempionluq...
- Təbii ki. Asan başa gəlməyəcəyini bilsəm də, ümidimiz qızıl medallara idi.
- Sizcə, “Qəbələ” çempion adına layiq idi?
- Hər şeyə möqtə qoyulandan sonra bu haqda danışmaq yox, düşünməyin belə mənası yoxdu. Layiq idi, layiq deyildi – bunu mənim deməyim düzgün olmaz. Faktiki çempion “Qarabağ”dı, buna görə əziyyəti keçən hər kəsi təbrik edirəm.
- Bazar günü Gəncədə “Kəpəz”ə qarşı oynayan komandanın “Qəbələ” olduğunu yalnız futbolçuların geydiyi formadan tanımaq mümkün idi. Avroliqanın qrup mərhələsinə düşən, çempionluğa oynayan kollektivdən əsər-əlamət qalmamışdı.
- Sizinlə tam razıyam. Bu haqda fikirlərimi matçdan sonra da dedim. Çempionatda məğlub olduğumuz, heç-heçə etdiyimiz bütün oyunlardan tam razı qalmışdım. Rəqibə oynamağa imkan vermir, təzyiq altında saxlayır, qol imkanları yaradırdıq. Üzürlü, ya da üzürsüz səbəblərdən xallar itirdiyimiz görüşlər olub. Amma bu dəfə... Rəqib bizi bütün komponentlərdə üstələyərək layiqli qələbə qazandı. “Kəpəz” qələbəyə layiq idi.
- Niyə?
- Psixoloji cəhətdən onlar daha hazırlıqlı idilər, qələbəni də bizdən çox istəyirdilər. “Kəpəz”in oyunçuları bu qarşılaşmaya sonuncu şans kimi çıxmışdı ki, Avroliqaya vəsiqə qazanmaq istəyən komandanın arzusu başadüşüləndi. İçlərindən gələn həmin istək oyunlarına da təsir etdi.
- Mövsümün başa çatmasına 3 tur qalarkən psixoloji gərginlik nəyin nəticəsiydi?
- “Qarabağ”la oyunun heç-heçə bitməsi futbolçulara ciddi psixoloji zərbə vurdu. Üzə deməsələr də, içlərində çempionluğun əldən çıxdığını hiss etmişdilər. Əlbəttə, belə olması düzgün deyil. Hər bir idmançı sona qədər mübarizə aparmalıdı. Xarakter nümayiş etdirmək vacibdi. Ancaq bəzən elə vəziyyət alınır ki, hər şey heç də səndən asılı olmur. Yəni nə qədər mübarizə aparsan da, sonda istəyinə çata bilməyəcəyini əvvəldən görürsən. Məhz bu hal yaşanırdı.
- “Qəbələ niyə çempion ola bilmədi” sualını versəm, neçə səbəb göstərə bilərsiz?
- Hədəfə çata bilməmisənsə, mütləq ki, hardasa boşluqlar olub, nəyisə düz etməmisən. Komanda psixoloji, fiziki, taktiki və texniki planda hazır olmalıdı. Bu cəhətlərdə ciddi boşluqlara yol verdiyimizi düşünmürəm. Qısa vaxt ərzində klub və komanda olaraq xeyli inkişaf etdik, böyük təcrübə topladıq. Artıq “Qəbələ”nin özünəməxsus oyun tərzi var. Tam olmasa da, komanda müəyyən mənada istədiyim futbolu oynayır. Ardıcıl iki il Avroliqanın qrup mərhələsində çıxış etmişik. Bu faktın özü böyük təcrübə deməkdi. Deməyim odu ki, zəif olmağımızdan, təcrübəsizlikdən söhbət gedə bilməz. Əsas çatışmazlıq qol imkanlarının boşa verilməsiydi. Mövsümboyu qaçırılan imkanları hesablasaq, saya gəlməz. Halbuki çox yox, 2-3 oyunda imkanlardan maksimum istifadə etsəydik, indi başqa suallar verər, cavablar eşidərdiz. Çempionatın ilk yarısında kobud hakim səhvlərini də unutmamalıyıq. Buna baxmayaraq, yanvardan sonrakı idarəçiliyə görə hakimlərə təşəkkür düşür. İstənilən idman növündə bəxt də yaxşı şeydi. İdman xoşbəxtliyi desəm, başadüşülən olar.
- Sabit heyətlə oynamamağınızı səbəblərdən biri kimi görmürsüz? Az qala hər matça fərqli heyətlə çıxırdız.
- Xeyr, bunu səbəb göstərməyəcəm. Səbəb göstərmək əlində olan bir şeyin buraxılması deməkdi. Yəni hansısa iş alınmırsa, bunun səbəblərini göstərirsən. Sabit heyətin olmasını hər məşqçi istəyir, o cümlədən mən. Ancaq bəzən səndən asılı olmayan vəziyyətlə üzləşirsən. Heyətdə ad dəyişikliklərinin olması sırf zədəli futbolçulara görə idi. Rafael Santos, Vitali Vernidub, Rəşad Sadiqov, Elvin Camalov, Baqali Dabo, Teo Uiks, Asif Məmmədov, Nika Kvekveskiri zədə səbəbindən bir çox oyunlarda komandaya kömək edə bilmədi. Cavid Hüseynov, Daniel Subotiç, Rasim Ramaldanov bizə mövsümün gedişində qoşuldu. Yəni belə bir vəziyyət yarananda dəyişiklik etməkdən başqa çarəm yoxdu. Belə deyim, istəməsəm də, buna məcbur idim. Xüsusilə dekabra qədər həm də Avroliqada mübarizə aparmağımız heyətdəki dəyişiklikləri zəruri edirdi.
- Çempionluğun əldən çıxmasına görə Roman İosifoviç özündə hansı səhvləri görür?
- İnsan hərəkət etməmişdən qabaq 1000 dəfə fikirləşib qərar verir. Bu yolda hansısa səhvin olacağını görəndə alternativ yollar axtarır. Mən də belələrindənəm. Yəni götür-qoy etməmiş iş görmürəm. Əmin olanda ki, orda səhv olmayacaq, davam edirəm. Lakin bəzən heç gözləmədiyin zamanda ortaya problem çıxır, hansısa çətinliklə üzləşirsən. Buna səhv deyilmir. Əlbəttə, buraxılmış səhvlər var, fərqindəyəm. Amma həmin səhvləri açıqlamaq istəmirəm. Çünki başqaları bundan nəticə çıxarıb öyrənə bilər (gülür).
- “Qızıl” nə vaxt əldən çıxdı: “Zirə”, yoxsa “Qarabağ” ilə oyundan sonra?
- Bu cür yanaşmanı doğru saymıram. 26 oyunun cəmi 13-nü qələbə ilə başa vurmuşuq. Bu isə qalan 13 qarşılaşmada xallar itirməyimiz deməkdi. “Neftçi”yə uduzmuşuq, “Kəpəz”ə, “Qarabağ”a və s. Belədə konkret rəqib adı çəkmək çətindi. Qatar gedibsə, arxasınca danışmaq heç nəyə yaramayacaq. Vaxtında minmək lazım idi.
- “Qarabağ”la sonuncu oyun yadıma düşdü. Sanki 3 xal sizə yox, rəqibə lazım idi. Həmin matçda nə baş vermişdi?
- Hücum futbolu mənim dəyişməz oyun fəlsəfəmdi. Rəqibin kimliyindən asılı olmayaraq, rəhbərlik etdiyim komanda hücum etməli, qol vurmağın yollarını axtarmalıdı. “Qarabağ”la görüşdən öncə də futbolçularıma bununla bağlı göstərişlərimi vermişdim. Sadəcə, “Qarabağ” müdafiədə olduqca ağıllı davranmaqla istəyimizə çatmağa imkan vermədi. Həm fərdi, həm də kollektiv müdafiə olunmaq bacarıqları ən üst səviyyədə idi.
- 20-ci turda Gəncədə baş tutan “Kəpəz” – “Qəbələ” qarşılaşmasından sonra dörd klub rəsmisinə ağır cəzalar verildi. Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev fərqli cəzalara layiq görüldülər. Rəsmilərin sonrakı oyunlarda yoxluğunun da hansısa təsiri oldu?
- Bir söz deyəcəm, heç kim bəhanə kimi qəbul etməsin. “Qarabağ” çempion oldu, buna görə rəqibi təbrik edirəm. Özümüz isə irəli boylanmalıyıq. Bir şeyə təəssüflənirəm. “Kəpəz”lə oyunda yaşananlar xeyli vaxtdı yığılan qığılcımların partlamasıydı. Baş verəcəkdisə belə, kaş ötən mövsüm baş verəydi. Hakim səhvləri çoxdan var idi. Belə qalmaqal və cəzalar keçən il olsaydı, bu il həmin səhvlər təkrarlanmayacaqdı. Bu sözləri “Qarabağ”ın çempionluğuna ləkə salmaq üçün demirəm. Sadəcə, cəzalarla bağlı mövqeyimi açıqladım. Onsuz da “partlayışın” geci-tezi var idi.
- Rəşad Eyyubovun futbolçu bacarığı “Qəbələ”nin səviyyəsi ilə üst-üstə düşür?
- Ayrı-ayrı futbolçulardan danışmağı xoşlamıram. Madam ki, sual vermisiz, fikrimi deyim. Rəşadın potensialı var, onda potensial görməsəydim, komandaya götürməzdim. Sadəcə, bacarığından maksimum yararlanmaqda biz ona kömək etməliyik. Çempion ola bilməmişiksə, günahkar qismində Eyyubovu görməyək.
- “Kəpəz”lə oyundan bu yana Tale Heydərovla danışmısız?
- Xeyr.
- Bəs “Qarabağ”ın çempion olması münasibətiylə Qurban Qurbanovla necə?
- Qurbana təbrik mesajı göndərmişəm. Bu dəqiqə o qədər işi var ki, dəstəyi qaldırıb danışmaq imkanı yoxdu. Ən yaxşısı mesajdı.
- Cavab yazdı?
- Səhər göndərmişdim, hələ ki o telefona baxmamışam.
- Futbolçuları kubokun final görüşünə hazırlamaq çətin olmayacaq?
- Final oyunu üçün nəsə deməyimə ehtiyac yoxdu. Özləri hər şeyi yaxşı başa düşür. Final qarşılaşması titul şansı deməkdi. Titulu qazananda isə bunu övladlarına, nəvələrinə fəxrlə deyə bilirsən. Ki, atan, baban sıradan yox, titul qazanan futbolçu olub. Sizcə, bunu dərk edən futbolçunun əlavə motivasiyaya ehtiyacı var? Düzdü, ölkə kuboku çempionluğun yerini vermir. Amma yenə də tituldu.
- “Qəbələ” ilə müqavilənizin müddəti nə vaxt bitir?
- Yayda.
- Nə düşünürsüz?
- “İnter” və “Sumqayıt”la matçları, bir də “Qarabağ”la final qarşılaşmasını (gülür).
- Bəs müqavilənin müddətini uzatmaqla bağlı?
- O haqda düşünməyə vaxtımız yoxdu.
- Belə çıxır ki, “Qəbələ”dən ayrılmaq ehtimalınız yox deyil.
- “Bez kommentariyev” (şərhsiz)!
- Hər dəfə eyni cavabı eşidirik. Bəlkə bu dəfə ənənəni pozasız? Qalırsız, ya gedirsiz?
- Belə söhbətlər mövsüm başa çatandan sonra aktuallaşır. Hələ ki oyunlar davam edir, çətin sınaq qarşısındayıq. Mövsüm başa çatsın, bir şey fikirləşərik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar