02 may 17:23manset

Üç futbolçu və bir məşqçi Azərbaycana dönə bilmir


Klublar onları qaytarmağın yollarını axtarır
Ölkəmizdə top dalınca qaçan, hətta məşqçilik edən əcnəbilər bilsəydi ki, futbolsuzluq bu qədər davam edəcək, yollar qeyri-müəyyən müddətə bağlanacaq, sizi inandırım, biri də burda qalmazdı. Hərəsi bir bəhanə ilə “dabanına tüpürüb” qaçardı.
Amma vaxtında ağıllı tərpənib aradan çıxanlar da oldu. Onların kimliyi ilə yazının əsas hissəsində tanış olacaqsız. Bu gün sual doğuran məqam hazırda vətənində, sevdiklərinin yanında, isti evində oturan legionerlərin nə etməsi deyil. Cavabsız qalan sual klub rəhbərlərinin hansı qərar çıxaracağı, baş məşqçilərin onlarsız nə edəcəyidi. Maşallah, hər biri öz komandası üçün “yıxılan evin dirəyi” funksiyasını daşıyır.
Deyək ki, karantin rejimi nəzərdə tutulduğu kimi mayın 4-də başa çatdı və çempionat mayın 23-də qaldığı yerdən davam etdirildi. Belədə xaricdə qalanların aiqbəti necə olacaq? Bilməyənlərin nəzərinə çatdıraq ki, xariclə quru və hava yollarının mayın 31-nə qədər açılmamasına qərar verilib. Yəni gedənlərin heç biri iyunun ilk günündən tez komandaya qoşula bilməyəcək.
Hətta həmin vaxt qoşulsalar belə, onların kollektivlə düz-əməlli hazırlıq keçməsi, ideal forma yığması azı 10 gün vaxt alacaq. O vaxta kimi premyer-liqanın 2-3 turu geridə qalacaq. Yəni hara fırladırsan-fırlat, aybaay maaş alan həmin futbolçular çempionatın ən çətin və ağır dönəmində komandalarına kömək edə bilməyəcəklər. Birinin dişi ağrıyırdı, digərinin övladı dünyaya gəlmişdi – fərq etmir. Fakt faktlığında qalır, kömək edə bilməyəcəklər!
Maraqlıdı, belə olacağı halda klub rəhbərləri, məşqçilər heyəti Bakıya öz ölkəsindən baxanlara hansı cəzanı verəcək, cəriməni kəsəcək? Ümumiyyətlə, bu məsələ ilə bağlı düşüncələri, planları nədi? Bu baxımdan əziyyət çəkənlər bir araya gəlib ölkə rəhbərliyinə müraciət etməyi düşünürlərmi?
Bu və başqa sualları 8 elita təmsilçisinin mətbuat katibinə ünvanlamaq istəyirdik. Əslində ünvanladıq da. Məlum oldu ki, “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə”nin bu baxımdan problemi yoxdu. Vaxtında ağıllı davranan adı çəkilən klubların rəhbərləri ilə məşqçiləri “olar evə dəyib, qayıdım” xahişində bulunan futbolçuların heç birinə icazə verməyiblər. Qalan 4 komandanın hərəsindən bir nəfər isə çempionat mayın 23-də bərpa olunacağı halda komandasına kömək edə bilməyəcək. Buyurun, mətbuat katiblərinin cavabları ilə tanış olun. Hərçənd cəza və cərimə mexanizmi ilə bağlı heç biri konkret fikir söyləyə bilmədi.
Murad Axundov (Keşlə): “Bizdə futbolçulardan yalnız Stanislav Namaşkodu, onu da bilirsiz. Qalan hamı Bakıdadı. Namaşko ilə bağlı vəziyyət qeyri-müəyyəndi. Klub rəhbərliyi futbolçunun Bakıya gəlməsi üçün bütün hüquqi yollara əl atır. Əlbəttə, çətindi, mümkünsüz görünür. Amma yenə də rəhbərlik cəhd edir. Stasın özü ilə daim əlaqə saxlayırıq, bu dəqiqə Moldovada da gücləndirilmiş xüsusi karantin rejimidi. Əlimizdən gələni edirik ki, futbolçumuz qısa zamanda Bakıya qayıtsın. Alınacaq, ya yox – bunu zaman göstərəcək”.
Anar Hacıyev (Qəbələ): “Əcnəbilərdən yalnız Fernan Lopes vətəni İspaniyaya yollanmışdı və indiyə qədər də ordadı. Hava yolları mayın 31-dən tez insanlara xidmət etməyəcəksə, deməli, həmin tarixdən tez gələ bilməyəcək. Karantin rejimi mayın 4-də başa çatsa, bir gün sonra komanda məşqə çıxacaq. Bu isə o deməkdi ki, Fernan mayda komanda ilə məşq edə bilməyəcək.
O ki qaldı futbolçu ilə bağlı hansı tədbir görüləcəyinə, bu haqda indidən nəsə demək çətindi. Çünki ilk növbədə məşqlərin və çempionatın bərpasını gözləməliyik. Düzdü, ilkin variant kimi tarixlər göstərilib, lakin karantin rejimi uzadılsa, planlar pozulacaq. Ona görə də mayın 4-nü gözləyək. İşlər nəzərdə tutulduğu kimi davam etsə, yəqin ki Fernanın məsələsinə baxılacaq. Dediyiniz məsələ bu gün üçün aktual deyil”.
Rəşad Məmmədov (Sumqayıt): “Komandadakı futbolçuların hamısı ölkədədi, yalnız Aleksey İsayevdən başqa. Ötən ay Alekseyin övladı dünyaya gəlmişdi. Ona görə də “Qəbələ” ilə 20-ci turun görüşündən iki gün sonra klub rəhbərliyindən və məşqçilər heyətindən yeni doğulmuş körpəsini görmək üçün icazə aldı və getdi. Plan beləydi ki, gedib uşağını görəcək, 3 gündən sonra isə ailəsini də götürüb Azərbaycana gələcək. Lakin bir anın içində vəziyyət mürəkkəbləşdi, yollar bağlandı. Odu ki, Aleksey burda yoxdu. Özü ilk reyslə gələcəyini deyir. Lakin necə olacaq, rəhbərlik nə deyəcək, məşqçilər heyəti hansı qərarı verəcək – onu zamanın öhdəsinə buraxaq”.
Törə Əhmədova (Səbail): “Oyunlar təxirə salınmamışdan təxminən bir həftə əvvəl fiziki hazırlıq üzrə məşqçimiz Toni Boqdanovskinin övladı dünyaya gəlmişdi. Ona görə də rəhbərlikdən və baş məşqçidən icazə alıb, ölkəsinə yollanmışdı. Buna baxmayaraq, məşq proqramını onlayn göndərir, fiziki hazırlığın gedişatına nəzarət edir. Mayın 5-də məşqlərə başlamağa icazə verilsə, komanda Boqdanovskisiz hazırlaşacaq. O isə komandaya yollar açılandan sonra qoşulacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar