28 apr 12:09manset

“Hökumətin mənə ayırdığı 2 saatı bu işlərə sərf edirəm”

“Hökumətin mənə ayırdığı 2 saatı bu işlərə sərf edirəm”
Samir Ələkbərovla açıq söhbət
Samir Ələkbərovla söhbətləşmək istəyimizin arxasında “Qarabağ”dakı çıxışı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək niyyəti dururdu. Amma söz sözü çəkdi, fikirlər qarışdı, təbii, Xankəndi də yada düşdü...
- Karantin günləriniz necə keçir?
- Hamı necə, mən də elə. Vəziyyət ağır və sabit olaraq qalır.
- Heç evdən bayıra çıxmırsız, dost-tanışla görüşmürsüz?
- Qanuna riayət edirəm. Harasa getmək lazım gələndə, məsələn, marketə yollananda 8103-ə SMS göndərib küçəyə çıxıram. Hökumətin mənə ayırdığı 2 saatı bu işlərə sərf edirəm. Fikrimcə, dost-tanışla görüşmək üçün 2 saat azdı.
- Dünyada baş verən hadisələri, idmanla bağlı xəbərləri izləyirsiz?
- Yox, heç nə ilə maraqlanmıram. Bu gün mənim izlədiyim ancaq koronavirusla bağlı xəbərlərdi. Hər gün neçə nəfərin virusa yoluxduğunu, neçəsinin sağaldığını imkan daxilində bilməyə çalışıram. Bəlkə kimlərsə maraqlanır, deyə bilmərəm. Ancaq indi mənə nə idman, nə də futbol maraqlıdı.
- Bu gün dünyanı cənginə alan koronavirusla bağlı adamlarda fikir ayrılığı var. Bəziləri deyir ki, bu kimlərsə tərəfindən ortaya atılmış böyük yalandı və pandemiyadan öz məqsədləri üçün istifadə edirlər. Ancaq elələri də var ki, COVID-19-u ciddi xəstəlik kimi qəbul edir. Bəs siz necə düşünürsüz?
- Mən siyasətçi deyiləm və ona görə də siyasi məsələlərə münasibət bildirmək istəmirəm.
- Sizcə, belə vəziyyətdə çempionat davam etməli, yoxsa mövsüm erkən qapadılmalıdı?
- Karantin mayın 4-də bitir. Hər şey yaxşı olsa, vəziyyət normallaşsa, çempionatı davam etdirmək olar. Məncə, ədalətli qərar qalan 8 turun keçirilməsidi.
- Artıq neçə vaxtdı işsizsiz. Çətin deyil?
- Təbii ki, ilin-günün bu vaxtında işsiz qalmaq çox çətindi. Bunu mən deməsəm də, özünüz yaxşı başa düşürsüz. Nə deyim? Qismət olsa, yenidən hansısa klubda və yığmada çalışaram.
- Azərbaycan futbolunda ad qoymuş Samir Ələkbərovun futboldan kənarda qalması nə dərəcədə düzdü? Siz həmişə ədalətli olmağa çalışmısız, sözün düzünü deyən adam kimi tanınmısız. AFFA-nın sabiq prezidenti Fuad Musayevlə qarşıdurmanız hələ də yaddan çıxmayıb...
- Rəhmətlik Fuad Musayevlə baş-başa gəldiyim zamanda çoxları Samir Ələkbərovun hesabına futbolçu oldu. Bizim təşkilatdan hamının xəbəri var. Bu gün də həmin təşkilatın sayəsində çoxları işlə təmin olundu. Ancaq Samir Ələkbərov işsizdi.
- Bu gün Nazim Süıeymanovun yanında olduğunuza görə peşman deyilsiz? Əks düşərgədə olsaydız, yəqin ki sizə bir təklif edərdilər.
- İlk növbədə Allah heç kimi peşman eləməsin. Adam var danışır, problemləri qabardır, bəzən kimə görəsə özünü pis edir. Adam da var bir tərəfə çəkilib ağzını açmır. Ən təhlükəlisi də elə o danışmayanlardı. Biz futbolu sevib danışırıq. Ancaq özünü düşünüb, danışmamaqla kimlərinsə yanında hörmətli olanlar, “hər şey əladı” deyib, var gücü ilə əl çalanlar Azərbaycan futboluna zərbə vuranlardı. Təşkilatı yaratmaqda məqsədimiz ölkə futboluna xeyir vermək, problemləri aradan qaldırmaqdı. Biz başqa şey istəmirik.
- AFFA Həmkarlar İttifaqını yaradanda Əfqan Talıbov, Babək Alxasov da sizin sıralarınızda idi. Ancaq sonradan yollarını ayırdılar və buna görə onlara iş verildi. Məndə olan məlumata görə, sizə də belə təklif olub, ancaq qəbul etməmisiz...
- Bəli, belə bir təklif olmuşdu. Bunu çoxları bilir. İnsan həqiqət axtarışı ilə yola çıxıbsa, onu sona çatdırmalı, yoldan yarımçıq dönməməlidi. Gedənlər barədə fikir bildirməyim düzgün olmaz. Ancaq özümdən danışa bilərəm. Mən həmin İttifaqın üzvüyəm, bunun işə nə aidiyyatı var? Samir Ələkbərov kimi hörmət qoyurlarsa, iş təklif olunmalıdı. Fərqli baxışa görə insanı işsiz qoymaq olmaz.
- Tahir Süleymanovun sizin Xankəndi “Qarabağ”ında çıxışınızla bağlı statusunun geniş reaksiyalara səbəb olduğundan xəbərdarsızmı? Munis Abdullayev, Fuad Talıbov kimi veteran futbolçular bununla bağlı açıqlamlar verdilər, “Qarabağ”da oynadıqlarını bildirdilər. Sizin də bu məsələyə münasibətinizi bilmək istərdik.
- Söhbətimizin əvvəlində bildirdiyim kimi, son vaxtlar idman mətbuatını izləmirəm və Tahir Süleymanovun söylədiklərindən xəbərsizəm. İndi siz dediz, bildim. Bəlkə də Tahir nədəsə səhv edib. Buna görə aləmi qatmaq nəyə lazım idi? Kim o komandada necə oynayıbsa, o cür də yadda qalıb. Kimin necə futbolçu olduğunu hamı bilir. Özünü tərifləmək kimi çıxmasın. Həqiqətən də mən “Qarabağ”da yaddaqalan mövsüm keçirmişdim. Oyunumu izləmək, futboldan həzz almaq üçün Xankəndində yaşayan azərbaycanlılar stadionu doldururdular. Bəli, Xankəndi komandasında məndən əvvəl də, sonra da azərbaycanlı oyunçular olub. Yəqin bir az seçilmişəm deyə, Süleymanov məni xüsusi qeyd edib.
- Samir Ələkbərovu qiyamçılara bənzətmək olar? Futbol oynayanda AFFA prezidentinə qarşı çıxdız, indi də yeni yaranan və AFFA rəhbərliyinin qəbul etmədiyi İttifaqdasız. Öz-özünüzə “bəlkə səhv edirəm” sualnı vermisiz?
- Səhvsiz insan yoxdu həyatda. O cümlədən də mənim hardasa səhvlərim olub. Ancaq qeyd etdiyiniz məsələlərdə mən həqiqəti demişəm. Bu gün də bu yoldayam. Heç vaxt da dediyim sözü geri götürməmişəm. O vaxt da belə idim, bu gün də beləyəm, Allah ömür versə, gələcəkdə də belə olacam. Hərdən jurnalistlər “işləyəndə belə danışardız” kimi fikir səsləndirirlər. Mən işləyəndə də sözümü açıq demişəm, işləməyəndə də deyirəm. Səhv edirəm-etmirəm, bunu zaman göstərəcək. Bir Allah bilir ki, niyyətim, amalım futbolumuzun inkişafına xeyir verməkdi. Kimin səhv, kimin düz olduğunu yaşayıb görərik. Ancaq məsələnin pis tərəfi odu ki, bəzən həyat vəfasız olur, gələcəkdə nələrin olacağını görməyə ömür çatmır. Hər şey də mənim başımda çatlayır.
- Bugünkü ölkə futbolunda istər oyunu, istərsə də xarakteri baxımından Samir Ələkbərovu xatırladacaq futbolçu var? Tanıyırsız beləsini?
- Futbolda o qədər yalanlar var ki, nə qədər danışsaq da, sonuna çıxa bilməyəcəyik. Bu mövzunu bir məsəllə başa vurmaq istəyirəm: “Bir gün biri bazara girib yalandan qışqırır ki, meydan da pul paylayırlar. Kasıb-kusub, bazar əhli bu sözü eşidib qaçırlar meydana. Bu kişi baxıb görür ki, bazarda heç kim qalmadı. Fikirləşir ki, bəlkə doğrudan da, pul paylayırlar. Özü də öz yalanına aldanıb qaçır meydana”. İndi bizim futbolda o qədər böyük yalanlar danışılır ki, artıq özləri də öz yalanlarına inanıblar. Hər şeyi öz adı ilə çağırmaq lazımdı. Nə qədər ki bizdə yaltaqlar, əl çalanlar olacaq, futbol düzəlməyəcək. İndiki vaxtda futbolumuzda Samir Ələkbərovu xatırladacaq futbolçuya gəlincə, həyatda bir-birinə bənzəyən iki yarpaq olmadığı kimi, insanlar da bir-birinə oxşamırlar. Ola bilər ki, hardasa, nədəsə müəyyən qədər oxşarlıq tapmaq olar, ancaq hər kəsin həyatda öz izi var və olacaq. Bu suala cavab verməyəcəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq Dünən, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq Dünən, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı Dünən, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər Dünən, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” Dünən, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir Dünən, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi Dünən, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” Dünən, 13:29 Aydan ulduZa Türkiyə futbolu Dünən, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar