17 apr 00:03manset

“AZAL premyer-liqada qalsa, 100 faiz əminəm ki, vəziyyət düzələcək”

“AZAL premyer-liqada qalsa, 100 faiz əminəm ki, vəziyyət düzələcək”
Vaqif Qasımov güzəşt istəyib, söz verdi

AZAL-ın premyer-liqanı tərk etdiyi artıq məlumdu. Bu isə o deməkdi ki, AFFA rəhbərliyinin özünəməxsus yeni qərarı olmasa, “təyyarəçilər” növbəti mövsümü birinci divizionda keçirəcək. Vaxtilə ölkənin sayılıb-seçilən klublarından olan, Zohair Benuahi, Junior Nildo, Tales Şutz kimi ortababları gətirib “İnter”ə, “Xəzər Lənkəran”a satan AZAL daim avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparardı. Klub hələ “Olimpik” adlandığı dönəmdə Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv 2007/08 mövsümünün yekununda gümüş medalları qazanaraq o vaxtkı UEFA kubokunda “Voyvodina”ya rəqib olmuşdu. Şüvəlanlılar bir də 3 ildən sonra – komanda 4-cü yeri tutanda azarkeşlərini sevindirə bilmişdi. Növbəti cəhddə Nazim Süleymanovun yetirmələri “Minsk”də “ilişmişdi”.
Yəni zamanında AZAL iddialılardan biri sayılar, arzuolunmaz rəqib kimi qələmə verilərdi. Ölkədə baş qaldıran iqtisadi böhran kluba sponsorluq edən şəxslərə də təsirsiz ötüşmədi. Belədə “Silkway”in rəhbəri Zaur Axundov komandaya əvvəlki kimi pul ayıra bilmədi. Artıq ikinci mövsümdü eyni durumdu. Tərlan Əhmədov bacarığından və xarakterindən istifadə edərək ötən mövsüm “təyyarəçilər”i elitada saxlamağı bacardı. Bu dəfə isə mümkün olmadı. İndi ortaya növbəti sual çıxıb: AZAL-ın aqibəti necə olacaq? Rəhbərlik komandanın aşağı dəstədə mübarizə aparmasına vəsait ayıracaq? Həssas suala uzun illər klub prezidenti kimi çalışmış, hazırda vitse-prezidentlərdən biri olan Vaqif Qasımovla söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Hələ heç nə bilinmir. AFFA hansı qərar çıxaracaqsa, elə də olacaq. Növbəti mövsümdə çempionatın hansı formatda keçiriləcəyi, neçə komandanın mübarizə aparacağı bilinmir. Bunun üçün mövsüm başa çatmalı, AFFA rəhbərliyi ilə İcraiyyə Komitəsi bir araya gəlib qərar verməlidi. Biz də gözləyirik, hələ heç kim heç nə bilmir. Amma yenidən 8 komanda ilə mübarizə aparmaq mümkün deyil. Belə davam etsə, Azərbaycan avrokuboklardakı 4 yerdən 1-ni itirəcək. AZAL-ı böyük futboldan silmək olmaz. Bir mövsümdü də, belə alındı. Hər halda, güzəşt etmək olar. Fikir verirsizsə, respublikada vəziyyət get-gedə yaxşılaşır. Belə olacağı təqdirdə AZAL da əvvəlki günlərini xatırladar. AZAL premyer-liqada qalsa, 100 faiz əminəm ki, vəziyyət düzələcək. İndikindən min dəfə yaxşı olacaq… Mənim həll edəcəyim məsələ deyil. Hamı kimi, mən də oturub gözləyirəm. Nə məsləhət bilsələr, elə də olacaq”.
Tərlan Əhmədov bir müddət öncə mətbuata açıqlamasında futbolçulara öz cibindən pul verdiyini gizlətməmişdi. Vəziyyət həqiqətən də baş məşqçinin dediyi kimidisə, AZAL-ın olmasındansa, olmaması yaxşıdı. Tərlan bəyin dediklərini Qasımovun diqqətinə çatdıranda, cavabı belə oldu: “Tərlan Əhmədov cibindən maaş paylaya bilməz. Guya nə maaş alırlar ki, nə də gecikmə olsun? Maaşlar vaxtında paylanır. Ola bilsin, kiməsə əlavə pul lazım olub, ya kimsə borc istəyib – bu başqa məsələ. Amma maaşı baş məşqçi vermir. Ola bilsin, fikirləri səhv başa düşülüb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar