14 apr 00:55manset

“Həmin an Mourinyoya nifrət etdim”


Turkəsilli almaniyalı yarımmüdafiəçi Məsut Özil bugünlərdə İspaniyanın ünlü “Marka” nəşrinə diqqətçəkən etiraflar edib. “Real”dan ayrılandan sonra - 2013-cü ildən bəri “Arsenal”ın şərəfini qoruyan və bu yaxınlarda ata olan 31 yaşlı futbolçu Madrid nəhəngində Joze Mourinyo iləyaşadığı problemlərdən, Almaniya yığmasındakı karyerasını bitirməsinə səbəb olan Rəcəp Tayyib Ərdoğanla çəkdirdiyi şəkildən və başqa məqamlardan danışıb.
* Stolüstü tennisi çox yaxşı oynayıram. 11-12 yaşıma qədər bu idman növüylə ciddi məşğul olurdum. Hətta təxminən 3 aylığa futbolu buraxdım və stolüstü tennis üzrə qatıldığım turnirdə hər kəsi yenərək çempion oldum. Gələcəyimlə bağlı qərar vermək məcburiyyətindəydim. Hiss edirdim ki, futbola ehtiyacım var. Futbolu sevmirdim demək düzgün olmaz. Amma stolüstü tennis mənə daha əyləncəli gəlirdi.
* DÇ-2010-dan sonra “Real”, “Barselona”, “Bavariya”, “Arsenal”, “Mançester Yunayted” kimi klublar məni transfer etmək istəyirdi. Açığı, daha çox “Barsa”ya keçməyə can atırdım. Çünki həmin vaxt ən gözəl futbol oynayan onlar idi. Bu transferin baş tutacağına inanırdım. Amma Xosep Qvardiolanın məni bəyənmədiyini öyrəndim. Danışıqlar prosesində onun iştirak etməməsi məni təəccübləndirdi. Klub rəsmiləri onun tətildə olduğunu söylədilər. Joze Mourinyo isə əksinə, ilk görüşümüzdən xidmətimə çox ehtiyac duyduğunu göstərdi. Yəni Qvardiolanın tam tərsi idi. Ona görə də “Real”a üstünlük verdim.
* “Real”a keçərkən həm gərgin, həm də xoşbəxt idim. “Real” həmişə arzusunda olduğum bir klub idi. Çünki kumirim Zidan burda oynamışdı. Onunla ilk dəfə tanış olanda çox həyəcanlıydım. Heç vaxt unutmayacağım anlar idi. “Real”ın həmişə qəlbimdə xüsusi yeri olacaq. Orda oynadığım illər çox gözəl idi və üstəlik özümə əla dostlar qazandım.
* Mourinyonun son mövsümündə nəticələr ürəkaçan olmadığından komandada gərginlik artdı. Onunla aramızda ən güclü mübahisə “Deportivo”yla oyunun fasiləsində yaşandı. Mourinyo birdən-birə qışqırmağa başlayaraq “səncə 2 dəqiq ötürmə vermək yetərlidi? Bir futbolçunun ötürmələrinin 50 faizinin düz olması yetərlidi?” dedi. Məni durdurdu. Qəhvə rəngli gözlərini gözlərimə zilləməyə başladı. Ona eyni şəkildə qarşılıq verdim. Sanki iki böyük boksçunun döyüşünün ilk raundu başlayırdı! Onu həqiqətən sevdiyimə və hörmət etdiyimə baxmayaraq, həmin an Mourinyoya nifrət etdim! Sonra qolumdan tutub “adam kimi oynamağını, topa kişi kimi girməyini istəyirəm. İndi sənə necə oynamalı olduğunu göstərəcəm” dedi və nəsə tullanıb-düşüb hərəkətlər göstərməyə başladı. Mən də “belə “bomba”sansa, çıx özün oyna, özün də forma geymək şansı qazan. Sənə uğurlar” dedim. O da “ağ bayraq qaldırırsansa”, deməli, sən qorxaqsan. İndi duşa gedib qəhvə içmək, yoxsa meydana çıxıb komanda yoldaşlarına və fanatlara kim olduğunu göstərmək istəyirsən? Aglayayacaqsansa, get duşa! Sənə ehtiyacımız yoxdu” dedi. Dəsmalımı götürüb heç bir söz demədən yanından keçdim və duşa yollandım. Sonradan bu hərəkətimə görə Serxio Ramosdan və komanda yoldaşlarımdan üzr istədim (“Real”ın 5:1 hesabıyla qalib gəldiyi həmin oyunun fasiləsində Məsut Kaka ilə əvəzləndi. Ramos ikinci hissədə Məsuta dəstək nümayiş etdirmək məqsədiylə öz formasının altından onun formasını geydi. O, qol vuracağı təqdirdə Mourinyonun acığına formasını çıxarıb Özilin formasını nümayiş etdirəcəkdi. Amma Ramos qol vura bilmədi – red.).
* Madriddən ayrılmaq həyatımın ən çətin qərarı oldu. Çünki ən böyük arzum olan ÇL-i qazana bilmədim. Atam Florentino Pereslə görüşdü və ondan dürüst olmağını istədi. Pereslə mübahisəyə girişmək ağıllı addım deyildi. Mətbuatda atam günahkar kimi göstərildi və ona acgöz adı verildi. Əsəbləşərək “tvitter” hesabımı bağladım və milyonlarla izləyici itirdim.
* Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla şəkil çəkdirdiyimə görə almanlar tərəfindən nəinki tənqid, hətta təhqir olundum. Mənə və əslən türk olmağıma hörmətsizlik etdilər. Bu əsl irqçilik idi. Həmişə Almaniyanın şərəfini böyük qürurla qoruyurdum. Amma bu hadisədən sonra yığma mövzusu mənim üçün bitdi. Biri alman, biri türk olmaqla iki qəlbim var. Almaniyada doğulub böyümüşəm. Amma hələ də alman olduğumu qəbul etməyən adamlar var. Anam həmişə mənə keçmişimizi, adət-ənənələrimizi unutmamağı öyrədib. Ərdoğanla görüşüm heç bir siyasi xarakter daşımırdı. Onunla şəkil çəkdirməyimin yeganə məqsədi ailəmin ona olan hörmətini göstərmək idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar